KİV-lərimiz Azərbaycançılıq ideyası uğrunda fəaliyyətə istiqamətlənməlidir
29.09.2010 [09:40]
Keçmiş sovet cəmiyyətinin bir hissəsi olmuş Azərbaycan sosiumu artıq 17 ildir ki, yüksələn xətli inkişaf çərçivəsində müasir dəyərlərə doğru transformasiya edir. Bu mərhələdə cəmiyyətimiz güclü siyasi iradəyə malik hakimiyyətin formalaşdırdığı söz, fikir, ifadə, vicdan azadlıqlarının ehtiva olunduğu plüralist və demokratik atmosferdən bəhrələnərək, yeni dəyərlər yaratmaqdadır. Mədəniyyətlərin, fəlsəfi-düşüncələr sisteminin qarşılıqlı inteqrasiyasının güclü olduğu və ənənəvi cəmiyyətlərə xas olmayan dəyərlərin sürətlə yayıldığı bir zamanda, xalqların kataklizimlər vaxtı ayaqda durmasına xidmət etmiş ali dəyərlər yavaş-yavaş sıradan çıxarılmış olur. Bütün bunları nəzərə alan, Azərbaycanda ali dəyərlərin, milli maraqların qorunması hazırda sosium qarşısında duran əsas vəzifələrdən sayılır. Bu gün xalqımızın əsrlər boyu inkişafını və dünya xalqları sırasında öz layiqli yerini tutmasını təmin etmiş dəyərlərimizi və ilk növbədə, dövlətçiliklə, ölkəmizin gələcəyilə bağlı milli maraqları qorumaq həm də KİV-lərin borcudur...
KİV-lər cəmiyyətin aparıcı qüvvəsidir...
Mətbuat vasitələri cəmiyyətdə ictimai fikrin formalaşdırılmasında böyük rol oynadığı kimi, eyni zamanda, sosial-siyasi ideyaların da insanlar tərəfindən mənimsənilməsinə çalışmalıdır. Əgər söhbət dövlətin gələcəyindən, onun beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsindən, milli-mənəvi dəyərlərin və milli maraqların qorunmasından, mədəniyyətin, əldə etdiyi nailiyyətlərin dünya miqyasında təbliğ edilməsindən gedirsə, burada iqtidar və ya müxalifət mətbuatı problemi ortaya çıxmamalıdır. Təbii ki, hər bir düşərgənin mətbuatı müəyyən ideya çərçivəsində fəaliyyətini qursa da, ümumi dövlətçilik maraqları hər bir media orqanı üçün əlahiddə olmalıdır.
Amma təəssüflər olsun ki, bir çox hallarda müxtəlif səbəblər üzündən mətbuat vasitələri maddiyyatı əsas tutaraq, dövlətin milli maraqlarını, cəmiyyətin ali dəyərlərini diqqətdən kənar edir. Belə olan halda isə, həmin dövlətə qarşı təzyiqlər artır, onun dinamik inkişafı qarşısına sədlər çəkilir...
Azərbaycanda da bu cür vəziyyət mövcuddur...
Təəssüflə qeyd olunmalıdır ki, bu gün Azərbaycanda da xarici qərəzli dairələrin maliyyəsilə dövlətimizin maraqlarına zidd addımlar atan mətbuat orqanları mövcuddur. Onların fəaliyyətinin əsas konsepsiyası həmin maliyyə mənbələrinin sahibləri tərəfindən hazırlandığı üçün orada əsas etibarilə dövlətimizin milli maraqlarına zidd maddələr öz əksini tapmış olur. Ad çəkmədən bildirək ki, həmin mətbuat orqanlarının əsas vəzifəsi məhz Azərbaycanın əldə etdiyi nailiyyətləri inkar etmək, müxtəlif əsassız iddialarla dövlətimizin nüfuzuna zərbələr vurmaq, cəmiyyətimizin ali dəyərlərinə zidd fikirlər ortaya atmaq və Azərbaycana təzyiqlər etmək üçün həmin qərəzli dairələrin əlinə “kozur” verməkdir. çox uzağa getmədən bildirək ki, bir neçə həftə öncə Beynəlxalq Böhran Qrupu (BBQ) Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, qeyri-obyektiv bir “hesabat” ortaya qoydu. Həmin hesabatı isə qeyd etdiyimiz xarici dairələrin diktəsilə fəaliyyət göstərən media vasitələri də nöqtə-vergülünə qədər dərc etdi.
Hesabatın tərtibatına nəzər saldıqda görürük ki, BBQ onu məhz həmin media orqanlarının müxtəlif zamanlarda dərc etdiyi materiallar əsasında hazırlayıb. Təbii ki, bu “hesabat”ın Azərbaycanda ictimai fikrə hər hansı bir təsiri olmadı. Amma bununla da, bir məqam hər kəsə aydın oldu ki, daxilimizdə Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən KİV-lər həqiqətən mövcuddur.
Əlbəttə ki, müxalif mətbuat çatışmazlıqları diqqətə çatdırmalıdır və mövcud problemlərin həlli istiqamətində addımların da atılmasına çalışmalıdır. Amma xarici dairələrə Azərbaycanın imicinə zərbə vurmaq üçün əlavə “kozurlar” vermək, artıq heç bir mənəvi kodeks çərçivəsinə sığmır.
Mətbuatın əsas vəzifələrindən biri məxsus olduğu dövlətin inkişafı üçün ideya istehsalını təşkil etməkdir
Bu gün dünyada hər kəsin ideal hesab etdiyi bir dövlət var. Həmin dövlətə getmədən hər kəs elə başa düşür ki, orada bütün problemlər həll olunub və insanlar bolluq içərisində yaşayır...
Bu dövlətin adı isə Amerika Birləşmiş Ştatlarıdır. Təbii ki, bu dövlət əldə etdiyi nailiyyətlərə görə, dünyada liderlik statusunu qoruyur və burada insanların yaşayış səviyyəsi kifayət qədər yaxşıdır. Amma hər bir cəmiyyətdə olduğu kimi, burada da problemlər, çatışmazlıqlar var. Bu zaman belə bir sual ortaya çıxır: nə üçün və necə ABŞ haqqında dünyada belə bir müsbət fikir yaranıb?
ümumiyyətlə, “Amerikan ideyası” və ya arzusu hələ XVII əsrdə meydana gəlsə də, ilk dəfə termin kimi 1931-ci ildə Ceyms Truslou Adamsın “Amerikan eposu” əsərində öz əksini tapıb. Məhz həmin tarixdən bu günə qədər ABŞ-da fəaliyyət göstərən bütün mətbuat vasitələrinin, eyni zamanda, ictimai fikri fomalaşdırmağı bacaran yaradıcı intellektual təbəqə “Amerikan ideyası”nın insanların fəaliyyətinin əsas stimulverici mənbəyinə çevrilməsinə çalışıb.
Qeyd edək ki, “Amerika arzusu”, “Amerikan ideyası” var-dövlət haqqındadır. Nə üçün dünyada fransız, italyan, rus ideyaları yoxdur, məhz Amerikanın varıdır. Əlbəttə ki, Avropa dövlətlərində də yüksək ideallar barədə ideyalar mövcud olub. Amma həmin ideyaların müxtəlif qrupların maraqları, xarici qüvvələrin təsiri nəticəsində inkişafı baş tutmamış və bu gün də o, mövcud deyildir.
Lakin ABŞ-da bu ideyanın cəmiyyətin inkişaf stimuluna çevrilə bilməsi cəmiyyətin intellektual təbəqəsinin, mətbuatın fəaliyyəti nəticəsində mümkün olub. Bedekker, Fridrix Engels, A.Tokvil, filosof Adorno, sosioloq Abel və başqalarının ABŞ haqqında səsləndirdikləri yüksək fikirlər də məhz bugünkü Amerikanı formalaşdırıb. Həmin ideyaların isə bu gün ABŞ cəmiyyətində ictimai şüuru formalaşdıran müxtəlif kanallar vasitəsilə cəmiyyətə çatdırılması bunu daha da möhkəmləndirir...
Ona görə də, hesab edirik ki, ictimai fikrə təsiri böyük olan mətbuat orqanları məxsus olduğu dövlət haqqında cəmiyyətin ali dəyərlərinə uyğun həmin ideyanı istehsal etməli və onun mənimsənilməsini həyata keçirməlidir.
KİV-lərimizi Azərbaycançılıq ideyası uğrunda fəaliyyətə səsləyirik...
XVII əsrin sosialist-utopistləri Tomas Mor, T.Kampanella, XVIII əsrdə yaşamış Sen-Simon, Furye və Ouen Platonun ideal dövlət haqqında ideyalarını inkişaf etdirərək nəzəriyyə formalaşdıra bildilər ki, XX əsrdə də həmin modellərin reallaşdırılması üçün sənayenin inkişafı nəticəsində maddi baza yarandı.
Bu gün isə artıq sadəcə olaraq, bir qədər təkan və ictimai fikirdə bu modelin qurulmasına inam yaratmaqla həmin istəyə çatmaq olar. Skott Fitscerald “Böyük Hetsbi” romanında yazırdı ki, “arzu hər zaman bizdən irəlidədir. O nə qədər gələcəyə doğru gedirsə, biz də çalışırıq ona əlimizi uzadaraq çataq. Biz əllərimizi qaldıraraq, daha tez-tez qaçmağa başlayırıq...”
Məhz mətbuat vasitələri cəmiyyəti həmin arzunun, ideyanın arxasınca qaçmağa səsləməli və onu inandırmalıdır.
Ona görə də, Azərbaycan mətbuatı siyasi spektrdən kənar olaraq, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı Azərbaycançılıq ideyası uğrunda fəaliyyətə istiqamətlənməlidir.
İstəyirik ki, xarici qərəzli dairələrin göstərişlərini yerinə yetirmək və cəmiyyətin ali dəyərlərinə, dövlətin maraqlarına qarşı çıxmaq kimi fəaliyyətlər keçmişdə qalsın. Düşünürük ki, bu gün mətbuatımız Azərbaycançılıq ideyasının təbliğini özünün mənəvi borcu bilməlidir. Əgər bu baş tutarsa, bir neçə onillikdən sonra ölkəmizdə gələcək nəsillərin nümayəndələri deyəcəklər ki, “bu gün inkişaf edən Azərbaycanda milyonları əldə etmək asanlaşdığından, Azərbaycançılıq ideyası abstrakt arzu və ya ideya olaraq qalmayıb. Bu ideya artıq hər bir kəsin həyat hədəfinə, ümumi ictimai maraqların episentrinə çevrilib”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

