Türkmənistanın yeni prezidenti kimdir?
16.03.2022 [10:05]
Məlik Məmmədov
Martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib. Qazaxıstanda baş verən son hadisələrdən sonra bəzi ekspertlər Türkmənistanda da oxşar ssenarinin olacağını proqnozlaşdırsalar da, seçkilər zamanı xoşagəlməz sürprizlər baş verməyib. Ümumilikdə 3,4 milyondan çox seçici qeydə alınıb, MSK-nın məlumatına görə, seçici fəallığı 97,12% təşkil edib. Xaricdəki seçki məntəqələrində seçicilərin 90,93 faizi səs verib.
Səsverməni 2726 milli müşahidəçi, eləcə də MDB, Türk Dövlətləri Təşkilatı, ŞƏT, İƏT və bir sıra qonşu ölkələrdən olan xarici müşahidəçilər izləyib.
Respublika prezidenti postuna 9 namizəd mübarizə aparırdı. MSK-nın martın 15-də yaydığı bəyanata görə, hazırkı prezidentin oğlu, hakim Türkmənistan Demokratik Partiyasından namizəd Sərdar Berdiməhəmmədov 72,97 faiz səslə Türkmənistanın yeni prezidenti seçilib. İkinci ən böyük nəticəyə Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun elmi işlər üzrə prorektoru Xıdır Kakabayeviç-Nunnaev malikdir - 11,09%. Prezidentlik yarışında üçüncü yeri Marıy Vilayəti hakiminin müavini Ağacan Bekmiradov tutub - 7,22%.
Türkmənistanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi martın 19-da Oğuzxan Saray Kompleksində keçiriləcək.
Xatırladaq ki, 15 ildir bu vəzifəni tutan hazırkı prezident Qurbanqulu Berdiməhəmmədov 2022-ci il fevralın 11-də bu vəzifəni gənc liderə vermək niyyətini açıqlamışdı. O, yalnız ölkə parlamentinin yuxarı palatası sədri postunda qalacaq.
2021-ci il fevralın 11-də Sərdar Berdiməhəmmədov baş nazirin müavini təyin edilib və Türkmənistanın Dövlət Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib. O, görkəmli dövlət vəzifələrində çalışıb, o cümlədən xarici işlər nazirinin müavini, Axal vilayətinin başçısı və sənaye naziri olub. Baş nazirin müavini təyin olunana qədər o, Türkmənistanın Ali Nəzarət Palatasına rəhbərlik edib. Bundan əlavə o, 2022-2052-ci illərdə dövlətin sosial-iqtisadi inkişafı Milli Proqramının müəllifidir. Sərdar Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyasını bitirib və ona görə də rus dilini yaxşı bilir, rus mədəniyyəti və ədəbiyyatına bələddir. O, ingiliscə də yaxşı danışır. Üç il Cenevrədə Türkmənistanın BMT-dəki missiyasında çalışıb.
Türkmənistanda keçirilən prezident seçkiləri ölkəmizdə də yaxından izlənilib. Sovet İttifaqının dağılmasından sonra bəzi məsələlərdə iki ölkə arasında münasibətlərdə fikir ayrılıqları olsa da, son illər Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunda iki dövlət başçılarının şəxsi təmasları və qarşılıqlı səfərləri böyük rol oynadı. 2021-ci il yanvarın 21-də Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət başçılarının fəaliyyətinin mühüm nailiyyəti olub. Bu yataq uzun müddətdir ki, ölkələr arasında fikir ayrılığının əsas səbəblərindən biri olub və memorandumun imzalanması Transxəzər qaz kəmərinin tikintisinə ən son maneəni aradan qaldıraraq ikitərəfli əməkdaşlığın inkişafında mühüm addım olub. Bu qaz kəməri Cənub Qaz Dəhlizinin genişləndirilməsinin bir hissəsi hesab olunur və bu kəmər vasitəsilə türkmən qazı Avropa bazarlarına çıxa bilər ki, bu da həm Rusiya ilə çətin münasibətlər şəraitində Avropa üçün, həm də əsasən Çin bazarından asılı olan Türkmənistan üçün vacibdir.
Azərbaycan və Türkmənistan həm də TRASEKA, Lapis Lazuli, Xəzər dənizi-Qara dəniz, Şərq-Qərb kimi transkontinental nəqliyyat dəhlizlərinin mühüm iştirakçılarıdır. Bundan əlavə, ötən il Azərbaycan, İran və Türkmənistan arasında Aşqabadda qazın svop tədarükünə dair üçtərəfli saziş imzalanıb. Bu saziş əsasında 2021-ci ilin dekabr ayından İran ərazisindən Azərbaycana ildə 1,5-2 milyard kubmetr həcmində qazın svop tədarükü həyata keçirilir.
Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığın ötən illəri yüksək səviyyəli dövlətlərarası dialoqla əlamətdar olub və beynəlxalq arenada qarşılıqlı dəstək və etimad ilə səciyyələnir. Bu gün dünya miqyasında Türkmənistan-Azərbaycan səmərəli tərəfdaşlığının əsasını hər iki dövlətin beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə qətiyyətli sadiqliyi təşkil edir. Və buna görə də Azərbaycan Türkmənistanın yeni prezidentinin atası kimi bu müsbət tendensiyanın davam edəcəyini gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

