Ermənistan sanksiyaların bir addımlığında...
31.03.2022 [10:02]
Qərb onu cəzalandıracaq?
Taleh Ağaverdiyev
Amerika yazıçısı Con Steynbekin “Cənnətdən Şərqə doğru” romanının xoşagəlməz personajlarından biri - Edvards deyir: “Həyat heç nəyi yalnız axmaqlara öyrətmir”. Və görünür, qonşu Ermənistanın rəhbərliyi arasında belə “axmaqlar” çoxdur. Çünki bu günlərdə Türkiyə mətbuatı sensassion məlumat yayıb: Ermənistan Rusiya tərəfinə ən yaxşı silahlarını - müasir SU-30SM qırıcılarını verib.
Beləliklə, uzun illər Cənubi Qafqazda təcavüz və işğalçılıq siyasətini davam etdirən Ermənistan indi Rusiya-Ukrayna müharibəsinə qoşulub.
Qonşu ölkənin müdafiə nazirliyi təbii ki, artıq təkzib verib və bütün qırıcıların yerində olduğunu bildirib. Amma Ermənistan MN-i onun etibara (etimada!) layiq olmadığını dəfələrlə sübut edib.
Sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri ehtimal edirlər ki, Rusiya tərəfi sadəcə olaraq Ermənistanın pulunu ödəmədiyi təyyarələrini götürüb. Axı Erebuni aviabazası Rusiya Hərbi Hava Qüvvələrinə məxsusdur və bu bazanı RF idarə edir... Bəs erməni pilotlar necə? Axı onları sükan arxasına zəncirliyib zorla uçmağa məcbur etməyiblər.
Erməni pilotların Ukraynadakı hərbi əməliyyatlarda iştirakı Ukrayna və Qərb ekspertləri tərəfindən dərhal araşdırılmalıdır. İndiki zamanda nəyisə gizlətmək (özü də qırıcıları) mümkün deyil. Uçuşları izləməyə imkan verən müxtəlif proqramlar var. Ona görə də Ermənistan hakimiyyəti ya bu qırıcıları təqdim etməlidir - əgər bu feykdirsə, sübut etməli, ya da öz Hərbi Hava Qüvvələrini Ukraynaya göndərdiyini etiraf etməlidir. Və bu fakt təsdiqlənərsə, İrəvan dünya ictimaiyyəti tərəfindən mühakimə olunmalıdır.
Bu günlərdə ABŞ bəyan etdi ki, Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələri cəzalandıracaq. “Financial Times” yazır ki, Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan ilk növbədə işğalçı ölkəyə yardım etdiklərinə görə sanksiyalara məruz qala bilərlər.
Ermənistana qarşı sanksiyaların tətbiqi üçün bütün əsaslar var. Bununla belə, ABŞ və kollektiv Qərbin sözdən əmələ keçəcəyinə böyük şübhələr var. Azərbaycan ərazilərinin 20%-nin işğalının davam etdiyi bütün illər ərzində törətdiyi cinayətlərə görə qonşu ölkəyə qarşı heç bir sanksiya tətbiq edilməyib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi yalnız kağız üzərində qaldı. Üstəlik, ABŞ ATƏT-in Minsk qrupunun üzvü olmaqla, hələ də dünyada yeganə ölkədir ki, Qarabağ separatçılarına hər il maliyyə yardımı ayırır (lakin bu günlərdə qəbul edilmiş qərara görə, 2023-cü ildə artıq bunu etməyəcək).
Amma ABŞ Ermənistana ayıq gözlə baxsa, İrəvan böyük problemlərlə üzləşəcək. Qərb Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayanda prezident başda olmaqla, erməni siyasətçiləri və müxtəlif ekspertlər ixracdan tutmuş maliyyəyə qədər Ermənistan iqtisadiyyatına ciddi zərbə vuracağından narahat olduqlarını bildiriblər. Axı Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır, ölkədə həyata keçirilən xarici investisiyaların və transferlərin ən böyük mənbəyidir. Təcavüzkar siyasətinə və qisasçılıq xülyalarına görə dünyadan təcrid olunmuş Ermənistanın ona qarşı sanksiyalar tətbiq ediləcəyi təqdirdə hansı acınacaqlı vəziyyətə düşəcəyini isə təsəvvür etmək çətin deyil. Bütün bunlara baxmayaraq ölkə rəhbərliyinin qırıcılarla bağlı bu avantüraya qərar verməsi bir daha sübut edir ki, həyat qonşularımıza heç nə öyrətmir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43

