Gürcüstan hakimiyyətində fikir ayrılığı...
05.04.2022 [10:50]
Xarici işlər naziri niyə istefa verdi?
N.BAYRAMLI
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara beynəlxalq müstəvidə fərqli yanaşmalar var. Müəyyən ölkələr sanksiyalara qoşulmaqdan imtina edib. Qonşu Gürcüstanda da bu məsələ ilə bağlı fərqli yanaşmalar var və hökumət daxilində fikir ayrılığının mövcudluğu açıq-aydın görünür. Gürcüstanın xarici işlər naziri David Zalkalianinin öz vəzifəsindən istefa verməsi də bu fikir ayrılığının göstəricisi kimi dəyərləndirilir.
Bəs Gürcüstan hakimiyyətində yaranan fikir ayrılıqlarının səbəbi nədir? Məsələ ilə bağlı politoloq Ceyhun Əhmədli qəzetimizə açıqlamasında bildirib ki, hazırda regionda çox mürəkkəb proseslər baş verir və ölkələr mövcud gərginlikdən maksimum itkisiz çıxmağa çalışır. Onun sözlərinə görə, Gürcüstanın da ərazi bütövlüyü problemi var, bu səbəbdən hazırkı münaqişədən uzaq durmağa çalışır: “Abxaziya və Cənubi Osetiyada separatçı rejim mövcuddur. Onlar Rusiya tərəfindən dəstəklənir. Ona görə də, Gürcüstanla Rusiyanın münasibətləri kifayət qədər soyuqdur. Buna baxmayaraq, Gürcüstan əlavə problem istəmir. Amma Gürcüstanda Rusiyanın qatı əleyhdarları var ki, sanksiyalara qoşulmağın tərəfdarıdır. David Zalkalianinin xarici işlər naziri vəzifəsindən istefa verməsini də bu amillə əlaqələndirənlər var. Artıq Gürcüstanın yeni xarici işlər naziri adı bəllidir, o, İlya Darçiaşvilidir. David Zakaliani isə ABŞ-a səfir göndərilir. Ümumiyyətlə, sanksiyalara qoşulmaqla bağlı ölkə hakimiyyətində fikir ayrılığı qabarıq şəkildə özünü göstərir. Bu yaxınlarda Gürcüstan Prezidenti Salome Zurabişvili “CNN” telekanalına müsahibəsində bildirdi ki, Gürcüstan Ukraynaya hücuma görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub. O, ölkəsinin Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq platformalarda iştirak etdiyini deyib. Amma prezidentin ardınca Baş nazir İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bunu təkzib edərək bəyan etdi ki, Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək. Qaribaşvili Gürcüstan hökumətinin bu qərarla ölkənin və xalqın milli maraqlarını üstün tutduğunu deyib. Bu ikili yanaşma hakimiyyətdə fikir ayrılığının böyük olduğunu göstərir”.
Politoloq qeyd edib ki, bütün bunların fonunda Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi Rusiyanın sanksiyaya məruz qalmış malların, o cümlədən hərbi malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün kanal yaratmağa çalışdığını iddia edib: “Məlumatda bildirilir ki, beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar Rusiya Federasiyası geniş çeşiddə hərbi, ikili təyinatlı və mülki malların tədarükü imkanını itirib. Sanksiyalardan yan keçmək üçün Rusiya agentləri, xüsusən də Rusiya Federasiyasının ərazisindən keçən qaçaqmalçılıq kanalları yaradırlar. Eyni zamanda, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələri siyasi rəhbərlikdən qaçaqmalçıların fəaliyyətinə mane olmamaq barədə göstərişlər alıblar. Bütün hallarda, hakimiyyət nə qədər düzgün addım atarsa, bir o qədər dövlətin və xalqın maraqlarını qorumuş olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

