NATO yaxasını ələ verdi
09.04.2022 [10:31]
Müharibənin sərhədləri genişlənə bilərmi?
Mübariz ABDULLAYEV
Rusiya-Ukrayna müharibəsinin nə vaxt başa çatacağı bilinməsə də, hər ötən gün bu qanlı savaşla bağlı yeni təfərrüatlar üzə çıxır. Məlumdur ki, müharibə yalnız sözügedən iki dövləti deyil, bütövlükdə qlobal güc mərkəzlərini üz-üzə qoyub. Görünən odur ki, artıq müharibə tərəflərindən birinə - Ukraynaya ilk atəş açan, bu ölkənin bir sıra yaşayış məntəqələrini ələ keçirən Rusiyaya qarşı ABŞ və Avropa İttifaqı dövlətlərindən ibarət qeyri-rəsmi koalisiya formalaşıb. Başlanğıcda bəhs olunan ölkələrin Ukraynaya dəstəyi sırf siyasi-humanitar xarakter daşıyırdısa, artıq bu çərçivə hərbi-texniki dəstəyə qədər genişlənib.
NATO-nun dilini gödək edən zabitlər
Rusiya ilə Ukrayna arasında münasibətlərin müharibə səviyyəsinədək gərginləşməsinin əsas səbəblərindən biri kimi Şimali Atlantika Alyansının - NATO-nun Rusiya sərhədlərinə doğru genişlənmək cəhdləri göstərilir. Rusiya ABŞ-ın, Avropa dövlətlərinin bu istiqamətdə səylərini həzm edə bilmədi və müharibə düyməsi basıldı. İndiyədək NATO müharibənin tərəfi olduğunu rəsmən bəyan etməsə də, qurumda təmsil olunan ölkələrdən Ukraynaya böyük həcmdə hərbi texnikalar göndərilir. NATO dövlətləri açıq şəkildə bəyan edirlər ki, Ukraynaya silah-sursat tədarükü genişlənəcək, bu ölkəyə daha dağıdıcı hərbi texnika, o cümlədən də hücum silahları veriləcək.
Əsas müzakirə mövzularından biri də NATO-nun canlı qüvvəsinin müharibəyə qatılması ilə bağlıdır. Şimali Atlantika Alyansının Rusiyaya qarşı açıq müharibəyə qatılıb-qatılmayacağı ilə bağlı müxtəlif məlumatlar daxil olur. İndiyədək NATO rəsmiləri Rusiya tərəfinin “Alyansın canlı qüvvələrinin, ilk növbədə də zabitlərinin müharibədə iştiraka cəlb olunublar” iddialarını birmənalı şəkildə təkzib edirdilər. Ancaq belə görünür ki, artıq NATO yaxasını ələ verib. Söhbət şiddətli döyüşlərin getdiyi Mariupolda onlarla NATO zabitinin mühasirəyə düşməsi faktından gedir. Bu barədə xarici KİV-də məlumatlar yayılıb. Bildirilir ki, həmin zabitlər Ukrayna qüvvələrinin şəxsi heyətinə təlimlər keçmək və onların döyüşlərə hazırlanmasında, ABŞ-dan, Avropa dövlətlərindən gətirilən müasir silahların işə salınmasında iştirak etmək üçün buradadırlar. Məsələ burasındadır ki, NATO-nun, necə deyərlər, dilini gödək edən zabitlər alyansın qüvvələri olduqlarını etiraf ediblər.
Humanitar dəhliz istəyi
Döyüş əməliyyatları gedən vaxtda NATO zabitləri xüsusi təyinatlı “Azov” batalyonunun düşərgəsində olublar. Mühasirə daralıb. Eyni zamanda, mühasirədəkiləri çıxartmağa gələn vertalyotlar vurulub. Beləliklə, NATO zabitlərinin özləri barədə məlumat verməkdən başqa çarələri qalmayıb. Etirafları bir yana qalsın, onlar həm də Rusiya silahlı qüvvələri ilə rabitə əlaqəsinə girərək bölgədən çıxmalarına kömək göstərilməsini və humanitar dəhliz verilməsini istəyiblər. Mariupolda mühasirədə qalan NATO zabitlərinin Fransadan, Almaniyadan, Böyük Britaniyadan və digər ölkələrdən olduqları bildirilir.
“Azov” xüsusi təyinatlılar qrupunun düşərgəsində mühasirəyə düşən və bununla da məqsədləri bəlli olan NATO zabitlərini hansı cəza tədbirləri gözləyir? Bu sual da aktualdır. Hələlik bununla bağlı siyasi qərar verilməyib. Analitiklər o fikirdədirlər ki, mühasirədə qalan NATO zabitləri əslində Rusiyaya işləyiblər. Bundan sonra bu ölkənin NATO-ya qarşı itti?amlarını daha ucadan səsləndirəcəyi şübhəsizdir. NATO-nun canlı qüvvələrinin aktiv döyüşlər gedən bölgələrdə görünmələri alyansın açıq şəkildə müharibəyə qoşulduğunu təsdiqləyir. Belə halda müharibənin coğrafiyasının genişlənməsi və alovun digər bölgələrə yayılması da gözləniləndir.
Verilən məlumatlarda Rusiya hərbiçilərinin də mövqeyi ifadə olunur. Hərbçilər Ukrayna xüsusi təyinatlılarının yanında yer alan NATO təmsilçilərinin müharibə qaydalarına uyğun şəkildə cəzalandırılmalarını istəyirlər. NATO zabitlərinin mühasirədən KİV nümayəndələrinin iştirakı ilə çıxardılması da irəli sürülən təkliflərdən biridir. Mətbuatı prosesə cəlb etməyin zəruriliyini bildirən siyasi texnoloqlar məsələnin mümkün qədər daha çox ictimailəşdirilməsinin tərəfdarıdırlar. Onlar israrla vurğulayırlar ki, alyansın Mariupolda mühasirədə qalan bütün zabitləri onlara verilən tapşırıqlar barədə ətraflı danışmalıdırlar.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
08 İyun 21:00

Xəbər lenti
08 İyun 18:54

YAP xəbərləri
08 İyun 17:51

Xəbər lenti
08 İyun 17:49

Xəbər lenti
08 İyun 17:45

Xəbər lenti
08 İyun 16:49

Xəbər lenti
08 İyun 16:35

Xəbər lenti
08 İyun 16:03

Dünya
08 İyun 15:45

Xəbər lenti
08 İyun 15:02

Xəbər lenti
08 İyun 15:00

Xəbər lenti
08 İyun 14:27

Xəbər lenti
08 İyun 14:18

Xəbər lenti
08 İyun 14:01

Xəbər lenti
08 İyun 13:22

Xəbər lenti
08 İyun 13:20

Dünya
08 İyun 13:07

Xəbər lenti
08 İyun 12:56

Xəbər lenti
08 İyun 12:41

Xəbər lenti
08 İyun 12:39

Xəbər lenti
08 İyun 12:25

Xəbər lenti
08 İyun 12:22

Xəbər lenti
08 İyun 12:05

Mədəniyyət
08 İyun 12:00

Xəbər lenti
08 İyun 11:30

Sosial
08 İyun 11:28

MEDİA
08 İyun 11:25

Sosial
08 İyun 11:20

Xarici siyasət
08 İyun 11:15

Siyasət
08 İyun 11:11

Xəbər lenti
08 İyun 11:04

Sosial
08 İyun 11:00

Analitik
08 İyun 10:50

Siyasət
08 İyun 10:47

Siyasət
08 İyun 10:40

Siyasət
08 İyun 10:36

Siyasət
08 İyun 10:30

Xəbər lenti
08 İyun 10:23

Siyasət
08 İyun 10:20

Xəbər lenti
08 İyun 10:14

İqtisadiyyat
08 İyun 10:10

Xəbər lenti
08 İyun 10:05

Gündəm
08 İyun 10:00

Xəbər lenti
08 İyun 09:49

Dünya
08 İyun 09:32

Xəbər lenti
08 İyun 09:30

Xəbər lenti
08 İyun 09:20

Xəbər lenti
07 İyun 21:42

Xəbər lenti
07 İyun 20:11

Xəbər lenti
07 İyun 19:51

Xəbər lenti
07 İyun 18:40

Dünya
07 İyun 17:34

Xəbər lenti
07 İyun 16:49

Xəbər lenti
07 İyun 16:24

Xəbər lenti
07 İyun 16:07

Xəbər lenti
07 İyun 15:26

Xəbər lenti
07 İyun 14:54

Xəbər lenti
07 İyun 14:24

Xəbər lenti
07 İyun 13:25

Xəbər lenti
07 İyun 13:04

Xəbər lenti
07 İyun 13:02

Xəbər lenti
07 İyun 12:34

İdman
07 İyun 12:26

Xəbər lenti
07 İyun 12:18

Xəbər lenti
07 İyun 12:13

Mədəniyyət
07 İyun 11:51

Xəbər lenti
07 İyun 11:35

Sosial
07 İyun 11:30

Xəbər lenti
07 İyun 11:27

Xəbər lenti
07 İyun 11:25
