Rusiya Ermənistana kömək edəcəkmi?
16.04.2022 [12:10]
İşğalçı ölkəni “ürəkləndirənlər” sülh prosesinə mane olmamalıdır
P. İSMAYILOV
Brüssel görüşünün ardından Rusiya prezidenti Vladimir Putinə zəng edən Ermənistanın baş naziri Nikol Paşinyan hələ də kömək axtarışındadır. Əslində onun “gözləntiləri” özünü doğruldub. Belə ki, Rusiya Prezidenti telefon danışığı zamanı sülh prosesində Azərbaycana və Ermənistana kömək etməyə hazır olduqlarını bildirib. Amma Rusiyanın indiki durumu buna nə dərəcədə uyğundur?
Birmənalı şəkildə qeyd edilməlidir ki, artıq Paşinyanın “xınası o xınadan” deyil. Dünənə qədər Rusiyanın, Qarabağdakı sülhməramlı hərbi kontingentin arxasında gizlənərək Azərbaycana qarşı əsassız ittihamlar və iddialar irəli sürən, öz terrorçu əməllərindən əl çəkməyən Ermənistan artıq tərk-silah vəziyyətindədir. Belə ki, bu ölkənin sülh prosesini dəstəkləməkdən başqa alternativi yoxdur - Azərbaycanın irəli sürdüyü şərtlərə əməl olunmalıdır. Beynəlxalq arenada Ermənistanı dəstəkləyən bəzi qüvvələr isə anlamalıdır ki, onların prosesə yeganə köməyi və dəstəyi dayanıqlı sülhə mane olmamaqdır. İki ölkə arasında əldə olunacaq razılıq üçüncü qüvvə tərəfindən təftiş olunmamalıdır.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli də Brüssel görüşünün mühüm əhəmiyyətindən bəhs edib. Avropa Birliyinin Azərbaycan ilə Ermənistan arasında dayanıqlı sülhə nail olunması yönündə göstərdiyi səylər olduqca yüksək qiymətləndirilməlidir. Politoloqun fikrincə, bir müddət öncəyə qədər adını vasitəçi qoyan bəzi ölkələr birtərəfli mövqe nümayiş etdirir, bir çox məqamlarda işğalçı Ermənistanın maraqlarını müdafiə edirdilər. Artıq onlar da anlamalıdırlar ki, siyasi situasiya, siyasi reallıqlar dəyişib. Və bunu dəyişdirən də Azərbaycan olub: “Ermənistan hər zaman Rusiyaya güvəndiyini açıq-aşkar bildirib. Amma bu gün Ermənistandan anti-Rusiya bəyanatları və sədaları eşidilməkdədir. Çünki Rusiya öz hayındadır. Hazırda hərbisi ağır vəziyyətdə, iqtisadi cəhətdən isə çökmüş bir ölkə kimi xarakterizə olunan Rusiya Ermənistana heç bir kömək edə bilməz. Kremlin özünün köməyə ehtiyacı var. İndiki mərhələdə yeganə kömək prosesə müdaxilə etməmək, kənardan müşahidə etmək, regionda sülhün yaranması üçün səy göstərməkdir. Bütün dünya bilir ki, Rusiya düşdüyü quyudan çıxmaq üçün əlləşir. Belə halda onun yadına Ermənistan düşməyəcək”.
O ki qaldı qarşılıqlı telefon zəngi zamanı səslənən “qarşılıqlı dəstəklə” bağlı fikirlərə, bu da müə?yən siyasi taktikadır. Ermənistan elə düşünür ki, özünü Rusiyanın ən yaxın müttəfiqi kimi qələmə verməklə nəyəsə nail olmaq mümkündür. “Ermənistan rəhbərliyi Brüsseldə əldə olunan razılıqla bağlı vaxt uzatmaq üçün yenə də Rusiya faktoruna sığınmaq istəyir. İrəvan proseslə bağlı Aİ ilə Rusiya arasında polemika başlatmaq niyyətindədir. Ararat Mirzoyanın Lavrovla görüşü zamanı komissiyaların ikitərəfli və ya üçtərəfli olması ilə bağlı fikirləri buna bariz misaldır. Amma bu kimi siyasi oyunlar artıq işə yaramır. Ermənistan götürdüyü öhdəliyi yerinə yetirməldir. Rusiya isə elə bir vəziyyətə düşüb ki, beynəlxalq ictimaiyyətin önündə Ermənistanın onu dəstəklədiyini nümayiş etdirməyə belə ehtiyac duyur”, - deyə Q.Hüseynli əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

