Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünyaya nümunə - Tolerant Azərbaycan

Dünyaya nümunə - Tolerant Azərbaycan

19.04.2022 [09:50]

Nurlan QƏLƏNDƏRLİ

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

Azərbaycan dünyada öz dini modeli olan ölkə kimi tanınır. Doğrudur, ölkədə din dövlətdən ayrıdır, amma dövlət-din münasibətləri hüquqi müstəvidə tənzimlənir, tarixi ənənələr, milli və dini dəyərlər əsas götürülür. Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Ölkədə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər də bu baxımdan xüsusi qeyd olunmalıdır. Eyni zamanda, dövlət tərəfindən dini qurumlara maliyyə yardımının edilməsi tolerantlıq nümunəsidir. Bu, milli maraqlara əsaslanır, ictimai əhəmiyyətli və faydalıdır.

Müxtəlif dövrlərdə dindən siyasi vasitə kimi istifadə edən, yaxud din pərdəsi arxasında dağıdıcı siyasi maraqlarını təmin etməyə çalışan bəzi qüvvələr Azərbaycanda nümunəvi din-dövlət münasibətlərini hədəfə almağa, ölkəyə fanatizm transfer etməyə çalışıblar. Vaxtaşırı olaraq dini zəmində qızışdırıcı təbliğat aparılması cəhdləri də müşahidə edilir. Bu məqsədlə cəmiyyətdə müxtəlif vasitələrlə süni - heç bir ictimai sifarişə əsaslanmayan müzakirələrin təşkilinə, “dini dəyərlər” adı altında fanatizmin təbliğinə çalışılır. Hansısa cəmiyyətlərin “dini model”inin cəlb­ediciliyi barədə fikirlərin ictimai rəyə sırınmasına cəhd göstərilməsi də reallıqdır. Dünya təcrübəsi də onu göstərir ki, bu cür fəaliyyətlərdə əsas məqsəd insanları təsir altına salmaq, kənardan idarəolunan cəmiyyət formalaşdırmaq və planlaşdırılan vaxtlarda dini zəmində qarşıdurma, ictimai ziddiyyət yaratmaqdır. Amma Azərbaycan reallığı - atılan addımlar, görülən işlər bütün bu cəhdləri istisna edir. Cəmiyyətimizin dini zəmində münasibətlərin və proseslərin tənzimlənməsi ilə əlaqədar kənardan hansısa təsirə ehtiyacı yoxdur. Azərbaycanın hüquqa, qanunların aliliyinə, tarixi, milli və dini dəyərlərə əsaslanan öz yolu - yanaşması var. Azərbaycan elə bir ölkədir ki, burada milli, dini müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycan nümunəsində ortaya çıxan əsas reallıqlardan biri də budur ki, ölkəmizdə dini dəyərlər milli dəyərlərimizdən ayrılmazdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir.

Ölkəmizdə multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi indiki dövrdə Azərbaycan özünü bütün mədəniyyətlərə və dinlərə tolerant münasibətə malik ölkə kimi təsdiqləyir. Bütün bunlar isə din amilindən istifadə edərək və tarixi ənənələrə, milli və dini dəyərlərə zidd təbliğat aparan kənar qüvvələrin ölkə daxilində ictimai qarışıqlıq yaratmaq niyyətlərinin iflasa məhkum olduğunu göstərir.

Paylaş:
Baxılıb: 352 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31