Ermənistan rəhbərliyinin iftira dolu bəyanatları erməni xalqını fəlakətə sürükləyir
04.11.2010 [09:51]
İşğalçı siyasəti üzündən təcrid vəziyyətinə düşən, regional əməkdaşlıqdan kənarda qalan Ermənistan daxili, siyasi, sosial, iqtisadi problemlər məngənəsində boğulur. Artıq Ermənistan ictimaiyyəti də anlayır ki, işğal siyasətinin sonu yoxdur və Sarkisyan rejimi ölkəni uçuruma aparır. Lakin rəsmi Yerevan səhvlərini başa düşərək onları aradan qaldırmaq əvəzinə yanlış yolda irəliləməkdə və bununla da, ölkənin məhvinə gətirib çıxara biləcək addımlar atmaqda davam edir. Ermənistan prezidenti Serj Sarkisyan ölkə ictimaiyyətini təcavüzkar siyasətin doğruluğuna inandırmağa çalışaraq erməni diasporundan olan jurnalistlər qarşısındakı çıxışlarında onları dünyada Azərbaycana qarşı apardıqları tarixi həqiqətlərin saxtalaşdırılması da daxil olmaqla bütün sahələrdə yalan və iftira dolu kampaniyanı bundan sonra da davam etdirməyə çağırıb. Halbuki yalan və təxribat üzərində qurulan ideologiya və ona əsaslanan siyasət nə dövlətin, nə də xalqın gələcəyi üçün yaxşı heç nə vəd etmir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Bakinskiy raboçiy” qəzetinin 29 oktyabr tarixli sayında dərc edilmiş “Gorus-2010: absurd teatr mövsümü” məqaləsində erməni saxtakarlıqlarını əsaslı dəlillərlə ifşa edərək bu cür psixologiyanın onların özü üçün təhlükəli olduğunu əsaslandırır.
Akademik məqaləsində qeyd edir ki, Ermənistan rəhbərləri tarixin acı dərslərindən nəticə çıxarmaq əvəzinə xalqı fəlakətə doğru yönəldirlər. Mənasız müharibə, məhv edilmiş minlərlə insan həyatı, milyonlarla qaçqın, dağıntı, minalanmış ərazilər və sosial xərclər əvəzinə hərbi xərclərdən başqa ermənilər heç nə əldə etməyiblər. R.Mehdiyev hazırkı dövrün reallıqlarına göz yumaraq cəfəng fikirlər səsləndirən Ermənistan prezidentinin öz ölkəsinin vəziyyətini daha da ağırlaşdırdığını bildirir. O qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi davam etdiyi, hər kəsin səbirlə konfliktin səbəbkarı olan Ermənistanın 1975-ci il Helsinki Aktında, yenilənmiş Madrid təklifində nəzərdə tutulan prinsipləri qəbul etməsini gözlədiyi, beynəlxalq təşkilatların və aparıcı dövlətlərin parlamentlərinin bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu təsdiqləyən və işğal olunmuş torpaqların azad edilməsini, məcburi köçkünlərin evlərinə qayıtmasını tələb edən qətnamələr qəbul etdiyi bir vaxtda, Serj Sarkisyan bu sənədlərə və beynəlxalq birliyin tələblərinə əhəmiyyət verməyərək diaspordan olan nümayəndələrə Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı və dünyada tanınması üçün səyləri daha da artırmağı tövsiyə edir. Beynəlxalq aləmdə təkləndiyini dərk etmək və buraxılan səhvləri düzəltmək əvəzinə Ermənistan prezidenti jurnalistləri bu yanlış yolda sonadək irəliləməyə çağırır. Akademikin də qeyd etdiyi kimi, “Ermənistan özünü dalana nə qədər çox sıxışdırırsa, onun üçün sonra oradan çıxmaq bir o qədər çətin olacaq və buna görə, məsuliyyəti bu ölkə rəhbərləri daşıyacaq”.
R.Mehdiyev haqlı olaraq qeyd edir ki, özünün diplomatik sahədə “qələbə çaldığını” düşünən Sarkisyan hakimiyyəti əslində yanılır: “Ermənistan qonşu ölkəyə qarşı təcavüz etməklə, onun ərazisini işğala məruz qoymaqla, etnik təmizləmə həyata keçirməklə, şəhər və kəndləri vəhşicəsinə dağıtmaqla qalib gəlməyib, əslində, məğlub olub. Diplomatik sahədə Ermənistan birmənalı şəkildə tam məğlubiyyətə doğru gedir”.
İşğalçı Ermənistan təkcə diplomatik sahədə deyil, bütün sferalarda məğlub olub. Hamıya məlumdur ki, Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdədir. Sürətlə artmaqda olan dövlət borclarını ödəmək üçün bütün iri müəssisələr başqa ölkələrə, xarici şirkətlərə satılır. R.Mehdiyevin qeyd etdiyi kimi, işğalçı ölkənin düşdüyü bu vəziyyət hələ uzun müddət davam edəcək: “Ermənistan bu gün tamamilə təcrid olunub, ticarət yolları və neft-qaz kəmərləri ondan yan keçir, bu ölkənin dənizə çıxışı yoxdur, sərhədlərinin isə böyük hissəsi bağlıdır və onun dörd ölkə ilə sərhəddindən ikisi üzərində olan qıfıl hələ uzun müddət bağlı qalacaq. Başqa hansı ölkənin sərhədlərinin 85 faizi onun öz günahı üzündən bağlıdır?”
Belə vəziyyətdə Ermənistan əhalisi də kütləvi surətdə başqa ölkələrə köç edir. Ermənilərin belə asanlıqla ölkəni tərk etməsinin əsasında onların bu torpaqlarla heç bir bağlılıq hiss etməməsi və şüuraltı da olsa, gəlmə olduqlarını başa düşməsi dayanır. Akademik məqaləsində qeyd edir ki, ağır demoqrafik durum Ermənistan ordusuna da təsirini göstərib. Bu ölkədə sərhədlərin qorunması üçün kifayət qədər hərbi qulluqçu yoxdur. Buna baxmayaraq, işğalçı ölkə Azərbaycan əraziləri hesabına sərhədlərini genişləndirməyə çalışır. İşğalçı əməlini davam etdirmək üçün isə Ermənistan kənar qüvvələrin, müəyyən hərbi blokların yardımına ümid edir ki, bunun da heç bir köməyi olmayacaq. Müəllif öz yazısında bunu açıq şəkildə bəyan edir: “Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi və hərbi qüdrətinin artması fonunda Ermənistan bütün üzvləri Azərbaycana dost olan və Ermənistanın işğalçı simasını tanıyan hərbi blokun arxasında gizlənməyə çalışır”.
Bundan əlavə, Azərbaycan hərbi baxımdan Ermənistandan müqayisəolunmaz dərəcədə üstündür və bu da ölkəmizə istənilən yolla ərazi bütövlüyünü bərpa etməyə imkan verir.
Beləliklə, dünya ictimaiyyəti və bütün nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycan torpaqları kimi qəbul edir. Sarkisyan hakimiyyəti erməni xalqını aldatmaq əvəzinə reallığı dərk edərək təcavüzkar siyasətdən əl çəkərsə, həm özünü, həm də ölkəni fəlakətdən xilas etmiş olacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23

