Toivo Klaarın regiona növbəti səfəri...
02.06.2022 [10:38]
Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistan razılaşmalara əməl etməlidir
Nardar BAYRAMLI
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə bölgəyə səfər edəcək. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts məlumat verib. Səfər zamanı T.Klaar “Brüssel prosesi” çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı görüşlər keçirəcək.
T.Klaarın regiona gözlənilən səfərini şərh edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü, millət vəkili Ramin Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər davamlı olaraq inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi dövlətlərin, beynəlxalq təşkilatların, güc mərkəzlərinin regiona diqqətini və marağını daha da artırıb: “Bu baxımdan, Avropa İttifaqı da istisna deyil. Regionda bundan sonrakı proseslərdə fəal iştirak etmək üçün Azərbaycanla əməkdaşlıq zəruri və həlledici amildir. Bu məqam Aİ-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi üçün əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq platformasında Avropa İttifaqı münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətindədir. Ona görə də, Avropa İttifaqı bölgədə sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün fəallıq göstərir. Bilirsiniz ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ilin dekabrında, eləcə də bu il aprelin 6-da və mayın 22-də görüşü keçirilib. Bundan əlavə, Aİ-nin rəsmiləri mütəmadi olaraq iki ölkənin rəhbərləri ilə telefon danışığı aparırlar. Həm də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tez-tez regiona səfər edir. Bütün bunlar proseslərin kifayət qədər aktivliyinin göstəricisidir. Bu o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır”.
Millət vəkili qeyd edib ki, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir: “Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Hələ bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Həmin sənəddə ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq postmünaqişə dövründə Azərbaycanın yaratdığı reallıqları Avropa İttifaqı da qəbul edir. Brüssel görüşləri zamanı Şarl Mişelin səsləndirdiyi bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi, hansısa “status” məsələsinə toxunmaması da bunu təsdiqləyir. Amma bir məqamı da vurğulamaq lazımdır ki, erməni tərəfi Avropa İttifaqının təşəbbüsü ilə əldə edilən razılaşmaların həyata keçirilməsini müxtəlif bəhanələrlə uzadır. Düşünürəm ki, Aİ-nin xüsusi nümayəndəsi T.Klaarın bölgəyə səfəri zamanı bu məsələ də diqqətdə olacaq. Çünki Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistan razılaşmalara əməl etməlidir. Ermənilərin başqa alternativi yoxdur. Fikrimcə, xüsusi nümayəndənin bölgəyə növbəti səfərində rəsmi İrəvana bu reallıq bir daha xatırladılacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

