Prezident Administrasiyasında Azərbaycan Ümid Partiyasının sədri ilə görüş keçirilib
02.06.2022 [18:42]
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində siyasi partiya rəhbərləri ilə təşkil olunan görüşlər davam etdirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin növbəti görüşü iyunun 2-də Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində şöbə müdiri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar, iqtidar-müxalifət siyasi dialoqu və bunun nəticəsi olaraq yaranan sağlam siyasi mühit, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 may tarixli Sərəncamı, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə, Böyük Qayıdış çərçivəsində görülən işlər və sürətlə reallaşdırılan layihələr, yeni geosiyasi reallıqlar, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və bir sıra digər aktual məsələlər haqqında fikirlərini bildirib.
Görüşdə Azərbaycan-Türkiyə münasibətləri xüsusi olaraq müzakirə edilib. Qardaş Türkiyə ilə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Administrasiya rəsmisi Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini qeyd edib. Ölkəmizdə keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək məqsədilə Türkiyə Prezidentinin Azərbaycana səfərini əlamətdar hal kimi dəyərləndirilən şöbə müdiri tədbirdə hər iki ölkənin rəhbərləri tərəfindən səsləndirilmiş siyasi mesajların qardaşlıq münasibətlərinin əbədiləşdirilməsinə xidmət etdiyini bildirib.
Şöbə müdiri ölkəmizdə cərəyan edən siyasi prosesləri şərh edərkən, siyasi partiyaların artan ictimai nüfuzunu xüsusi vurğulayıb. Bu mənada siyasi partiyaların maarifləndirici funksiyasını qeyd edən Administrasiya rəsmisi Azərbaycan haqqında obyektiv məlumatların yayılmasında və onların beynəlxalq təşkilatlara çatdırılmasında siyasi partiyaların daha fəal mövqe sərgiləmələrini arzulayıb.
Partiya sədri öz növbəsində ölkənin demokratik münasibətlər təcrübəsinin zənginləşməsinə xidmət edən siyasi dialoqla bağlı təşəbbüsləri dəstəklədiyini qeyd edib və bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətini vurğulayıb. İqbal Ağazadə ölkəmizin Türkiyə ilə münasibətlərini yüksək dəyərləndirib və işğaldan azad olunmuş ərazilərin bərpasında yerli şirkətlərlə yanaşı, xarici, o cümlədən Türkiyə şirkətlərinin iştirakını xüsusilə təqdir edib.
Görüş çərçivəsində aparılmış müzakirələrdə siyasi proseslərin iştirakçıları arasında etibarlı münasibətlərin qorunması məsələsinə də toxunulub. Belə ki, ölkəmizdə demokratik ənənələrin dərinləşməsi haqqında söhbət açan şöbə müdiri radikal müxalifət nümayəndələrinin sərt, qərəzli və inkarçı ritorikadan istifadə etməsinin bu proseslərə şüurlu şəkildə zərər vurmasına xidmət etdiyini vurğulayıb.
Görüşün sonunda Administrasiya rəsmisi əməkdaşlığa açıq və fəal mövqeyinə görə İqbal Ağazadəyə təşəkkürünü bildirib, onun sədrlik etdiyi siyasi partiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10

