Paşinyanın “beynəlxalq status” xəyalı...
09.06.2022 [10:30]
Erməni baş nazirin gizli planları iflasa məhkumdur
P.İsmayılov
Rusiya-Ukrayna müharibəsi illərdir ki, fəaliyyətsiz qurum kimi xarakterizə olunan KTMT mövzusunu yenidən gündəmə gətirib. Bu ilin mayında 30 illik yubiley münasibəti ilə Moskvada toplanan KTMT üzvü olan ölkələrin liderləri quruma yeni nəfəs vermək üçün müzakirələr aparsalar da, nəticəsizlik göz önündədir. Amma Ermənistan KTMT ilə bağlı yeni planlar qurmaqdadır. Baş nazir Paşinyanın fikrincə, yanvar ayında məlum Qazaxıstan hadisələri zamanı baş verənlərə aktiv müdaxilə edən KTMT Ermənistan üçün də “ümid çırağı”na çevrilə bilər. Hətta Moskva toplantısı zamanı da keçici sədr statusunda olan Paşinyan bu arzusunu dilə gətirmişdi. O, Rusiyanı və digər müttəfiqlərini Ermənistana münasibətdə “ikili standartlar”la hərəkət etməməyə çağırmışdı.
KTMT ümidi boşa çıxır - Moskva təkzib edir
Nikol Paşinyan Moskvada keçirilən yubiley tədbirində fürsətdən istifadə edərək yenidən Qarabağ məsələsinə toxunmağa, Ermənistan daxilində distabillik yaradan siyasi qüvvələrə qarşı KTMT kartından istifadə etməyə cəhd göstərmişdi. Erməni baş nazir növbəti dəfə 44 günlük müharibə dövründə KTMT-nin onlara kömək etmədiyini, hətta qurumun üzv dövlətlərinin Azərbaycana silah satdığını vurğulamışdı. Paşinyanın bu uğursuz sızlamaları isə sammit iştirakçılarının məsələ ilə bağlı mövqelərinə təsir etməmişdi. Hətta Rusiya prezidenti ilə görüşü zamanı Vladimir Putin bildirmişdi ki, Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirlər: “Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə. Bir çox məsələlər var. Sizin görüşmək və bütün komplekslər haqqında danışmaq imkanı əldə etdiyimə görə şadam”, - Putin əlavə etmişdi.
Bütün bunlar isə onu göstərdi ki, KTMT Ermənistan daxilində baş verən proseslərə və ya Azərbaycanla bağlı məsələyə müdaxilə etmək niyyətində deyil. Amma Paşinyan yenə də KTMT çətirinin altında gizlənmək şansından mak?imum yararlanmağa çalışır. Son günlərdə revanşist müxalifətin aktivləşməsi, ard-arda baş tutan etiraz aksiyaları, hətta iqtidar komandasının parlament fəaliyyətinin çətinə düşməsi Paşinyanı buna sövq edir. Bunun nəticəsidir ki, Ermənistanın hakimiyyətə yaxın mediası iyunun 10-da keçirilməsi nəzərldə tutulan KTMT üzvü ölkələrin XİN başçılarının İrəvan toplantısını özünəməxsus formada “təbliğ” etməkdədir. Ermənistan mediası bu toplantıda KTMT-nin məhz “Ermənistanın sədrliyi dönəmində” gücləndiyini “sübuta” yetirmək istəyir. Qazaxıstanda baş verən distabil durumda KTMT qüvvələrinin göstərdiyi dəstəyi də məhz Ermənistanın “ayağına” yazmaq niyyətindədirlər. Bu Paşinyanın yeni siyasi fəndidir: Ermənistan bu yolla KTMT-nin “analoji fəaliyyətlərinin daha da genişlənməsinin zəruriliyini” ortaya qoymağa çalışır. Necə deyərlər, Qazaxıstan presedentinin Ermənistan variantı məqsədli şəkildə akt?allaşdırılır. Amma Rusiyanın son davranışı Paşinyanın bütün ümidlərini puça çıxarıb. Kremlin İrəvanda baş verən siyasi böhranla bağlı toplantının məkanının dəyişməsi təklifi Ermənistanda ölü sükut yaradıb. Bu fakt bir daha onu təsdiqləyir ki, Paşinyan başına gələ biləcəklərdən tək xilas olmalıdır. Onun KTMT ümidləri boşunadır.
KTMT üçün Ermənistan heç bir maraq kəsb etmir...
Paşinyanın digər “dərdi” isə Qarabağla bağlı hazırki situasiyadır. Rusiya sülhməramlılarına “bel bağlamadığını” açıq şəkildə dilə gətirən erməni baş nazir bu hərbi kontingentin KTMT qüvvələri ilə əvəzlənməsini arzulayır. Daha doğrusu, Ermənistanın fikrincə, bu addım KTMT-yə “beynəlxalq status” qazandırmaq üçün ələ düşən mühüm fürsət sayıla bilər. Amma KTMT üzvü olan dövlətlər fərqli fikirdədirlər - onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağın Azərbaycan torpağı olduğunu rəsmən qəbul edir, bu məsələni Azərbaycanın daxili işi hesab edirlər. Bununla belə, Paşinyan min bir fəndlə KTMT-ni Cənubi Qafqaza “dartmağa” niyyətlənir. Təbii ki, bu, boş xəyallardır. Çünki Ukrayna cəbhəsində işləri düz getməyən Rusiya, cənubdakı Taliban təhdidini bir an belə yaddan çıxarmayan Mərkəzi Asiya ölkələri üçün Ermənistanın “maraqları” əhəmiyyətli deyil. Bu fakt Moskva toplantısında da açıq şəkildə təsdiqlənmişdi. İndiki halda KTMT post-sovetdə yarana biləcək yeni hərbi-siyasi reallıqlardan daha az itki ilə çıxmaq yollarını araşdırır. Bu yolların heç biri isə İrəvana aparmır...
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

