Qeyri-qanuni səfərlər, yaxud separatizmə dəstək...
10.06.2022 [10:06]
Ermənistanın sülh prosesini pozmaq məqsədi daşıyır
Nardar BAYRAMLI
Azərbaycan bölgədə sabitliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşması üçün vacib təşəbbüslərlə çıxış edir. Lakin görünən odur ki, erməni tərəfi sülhə hazır deyil. Rəsmi İrəvanın vaxtaşırı olaraq təxribatçı əməllərlə çıxış etməsi buna sübutdur. İyunun 8-də Ermənistanın baş prokurorunun Qarabağa qanunsuz səfər edərək, qondarma qurumun “nümayəndəsi” ilə görüşməsi bu təxribatların növbəti göstəricisidir.
Artıq Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti bu hadisəyə münasibət bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir: “Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir. Bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir”.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ramin Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, regionda sülh və əməkdaşlığın alternativi yoxdur. Onun sözlərinə görə, hazırda bu hədəfə çatmaq üçün böyük imkanlar var: “Azərbaycanın bu yöndə atdığı addımlar, yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur. Avropa İttifaqının son vaxtlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərdiyi səylər də buna nümunədir. Amma görünən odur ki, erməni tərəfi sülhə gəlmək istəmir. Əldə edilən razılaşmaların Ermənistan tərəfindən icra olunmaması bunu deməyə əsas verir. Vaxtaşırı olaraq ərazilərimizə qanunsuz səfərlərin edilməsi də bütün bunlara nümunədir. Bu gün Cənubi Qafqaz regionunun mənzərəsi fərqlidir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yaratdığı reallıqlar bölgənin gələcəyi üçün yeni imkanlar yaradıb. Burada sülh, təhlükəsizlik və əməkdaşlıq ən önəmli yer tutur. Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan hakimiyyəti də sülhün və əməkdaşlığın tərəfdarı olduğunu bəyan edir. Amma Qarabağdakı separatçılığa haqq qazandırmaq, Azərbaycanın ərazisinə qanunsuz səfərlər etmək erməni tərəfinin sülh məsələləri ilə bağlı bəyanatlarına tamamilə ziddir. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti sözdə bir, əməldə isə başqa mövqe nümayiş etdirir. Ermənistan və Qarabağ separatçıları anlamalıdır ki, onlar bundan sonra Azərbaycanın ərazi bütövlüyünə qarşı heç bir addım ata bilməzlər”.
Millət vəkili qeyd edib ki, Ermənistanın baş prokurorunun ərazilərimizə qanunsuz səfər etməsi açıq-aşkar sülh prosesinə qarşı yönəlib: “Onun separatçıların nümayəndələri ilə görüşü isə separatizmə dəstək kimi qiymətləndirilməlidir. Belə hallar yolverilməzdir. Artıq Xarici İşlər Nazirliyi bu barədə öz mövqeyini ifadə edib. Əgər belə hallar davam edərsə, yəqin ki, buna qarşı müəyyən addımlar atılacaq. Dövlətimiz, müvafiq strukturlarımız bütün məsələləri diqqətdə saxlayır”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

