Müxalifət iflasa uğradı...
25.06.2022 [10:18]
Paşinyan sülh yolunda razılaşmalara əməl edəcəkmi?
Nardar BAYRAMLI
Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə ay öncə parlamentdə Qarabağın Azərbaycan torpağı kimi tanımalı olduqlarını etiraf etməsindən sonra müxalifətin kəskin etirazları ilə qarşılaşdı. Aprel ayında ölkə müxalifəti kütləvi etiraz aksi?alarına start versə də, ötən dövr ərzində Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədi daşıyan bu aksiyalar nəticə vermədi. Artıq müxalifət “Fransa meydanı”nda qurulmuş çadırları sökərək məqsədlərinə çata bilmədiyini etiraf etmiş oldu. Paşinyanın tərəfdarları isə bildirdilər ki, etiraz hərəkatının dayandırılması müxalifətin tələblərinin Ermənistan cəmiyyətində geniş dəstək qazanmadığını göstərir. Bu məyusluq parlament müxalifətinə də sirayət etməkdədir. Belə ki, aksiyaların önündə gedən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan deputat mandatından imtina etməklə bağlı ölkə parlamentinin spikeri Alen Simonyana ərizə təqdim edib. Vanetsyan sədri olduğu parlament partiyasının 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı seçicilərin onlara göstərdiyi etimadı doğrultmadığını əsas gətirərək deputat mandatından imtina barədə Mərkəzi Seçki Komissiyasına da ərizə ilə müraciət ünvanlayıb. Bu, o deməkdir ki, “Vətən” partiyası ölkə parlamentindəki Ermənistan Respublikaçılar Partiyası ilə birgə yaratdığı “Şərəf duyuram” blokunda fəaliyyətini faktiki olaraq dayandırır.
Bəs müxalifətin etiraz aksiyalarının uğursuzluqla nəticələnməsi sülh danışıqlarına necə təsir edə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistan müxalifəti gücsüzlük və tərəfdarlarının sayının azalması səbəbindən etiraz aksiyalarını dayandırmağa məcbur oldu. Onun sözlərinə görə, adətən aksiyalar İrəvanın “Fransa” meydanında formalaşırdı və Ermənistanın müxtəlif dövlət binalarının qarşısına yürüşlə başa çatırdı: “Lakin hazırkı durumda aksiyaların zəifliyi, Paşinyanın tərəfdarları ilə müxalifətçilərlə toqquşmaların qeydə alınması göstərir ki, revanşistlərin sosial bazası yoxdur. Xüsusilə, Qarabağ klanının təkan verdiyi bu proses sona çatmağa məhkumdur və biz bunu müşahidə edirik. Maraqlıdır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın başladığı aksiyalar ilk günlərdə müəyyən tərəfdarlar toplaya bildi. Vanetsyan Paşinyanın hakimiyyəti dövründə vəzifədə olarkən korrupsiyaya qarşı sərt mübarizə aparması ilə yadda qalmışdı. Amma sonrakı proseslərə “Daşnakstyun”un nümayəndəsi İşxan Saqatelyan rəhbərlik etməyə başladı. İşxan Saqatelyan həm də Ermənistan parlamentinin vitse-spikeridir. Onlar cəmiyyətin bütün radikal kəsimini öz ətraflarına toplamağa çalışırdılar”. Politoloq qeyd edib ki, “Daşnakstyun” hazırda mariginal qrupu təmsil etsə də, erməni diasporunda köklü maddi dayaqları var və revanşist ideyalarla çıxış edir. Qarabağ klanının onlara qoşulması ilə böyük sosial dayaq yaratmağı düşündüklərini deyən İ.Hüseynov söyləyib ki, bu məqsədlər iflasa uğradı.
Onun fikrincə, Artur Vanetsyanın deputat mandatından imtina etməsindən sonra anoloji addımın İşxan Saratelyan tərəfindən də atılmaması göstərir ki, müxalifətin təmsilçiləri arasında ciddi fikir ayrılıqları yaranıb. Politoloq hesab edir ki, əgər total surətdə bütün müxalif deputatlar mandatdan imtina etsəydilər, bu, Ermənistanda siyasi böhrana gətirib çıxarardı və Paşinyanın növbədənkənar parlament seçkilərinə getməkdən başqa əlacı qalmazdı: “Ötən ilin iyununda keçirilən seçkilərdə Paşinyanın seçki blokunun qalib gəlməsi Qarabağ klanının elektoral bazasının olmadığını sübuta yetirdi, həm də ölkədə əsas siyasi qüvvə olduğunu təsbit etdi. Baxmayaraq ki, Paşinyan İkinci Qarabağ müharibəsini uduzmuşdu və bütün ittihamlar ona yönəlirdi. O, müharibədən sonra xain və satqın adlandırılırdı. Müxalifət bu ittihamçı mövqe ilə meydanlarda radikal yolla hakimiyyətə gəlməyə cəhd göstərsə də, buna nail olmadı”.
Müxalifətin aksiyalarının iflasla nəticələnməsinin Paşinyan hakimiyyəti üçün sülh prosesi yolunda imkan yaratdığını deyən İ.Hüseynov söyləyib ki, rəsmi İrəvan sülh təşəbbüslərinə, kommunikasiyaların açılmasına konstruktiv mövqe sərgiləməlidir: “Əslində, Paşinyan bu təşəbbüsləri dəstəklədiyini deyəndən sonra müxalifətin etirazları ilə qarşılaşdı. Həmin təşəbbüslərlə bağlı real addımların atılmamasının səbəblərindən biri kimi də Ermənistan müxalifətinin hakimiyyətə təzyiqi göstərilirdi. Artıq müxalifət etiraz aksiyaları iflasa uğradı və Paşinyan sülh yolunda addımlar atmalı, Azərbaycanın çağırışlarına əməl etməlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da regiona səfəri regiondakı vəziyyət, əldə olunmuş razılaşmaların icrası məsələsinin müzakirəsi baxımından yaxşı imkan oldu”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

