“Tehran-22”
16.07.2022 [09:59]
Türkiyə, İran və Rusiya liderlərinin görüşü nəyi dəyişəcək?
İyulun 19-da Tehranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçiriləcək. Liderlərin ayrı-ayrılıqda da görüşləri nəzərdə tutulur.
Hazırda dünyada, o cümlədən yaxın regionumuzda baş verən mürəkkəb proseslər fonunda bu sammit beynəlxalq birliyin diqqət mərkəzindədir. Hətta bəzi ekspertlər bu görüşü “Tehran-43” görüşü ilə də müqayisə edir. Xatırladaq ki, 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Tehranda antifaşist koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçillin (Böyük Britaniya) iştirakı ilə konfrans keçirilib. İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tutdu. Bütövlükdə, Tehran konfransı müttəfiq dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini nümayiş etdirdi. Konfransın böyük tarixi əhəmiyyəti oldu, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı.
Əlbəttə, 1943-cü ildə keçirilmiş Tehran konfransı ilə indiki sammitin müzakirə predmeti tamamilə fərqlidir. Lakin nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi fonunda dünyada geosiyasi vəziyyət daha da mürəkkəbləşib, belə olan halda Türkiyə, Rusiya və İran kimi regionun böyük dövlətlərinin liderlərinin görüşü aktuallıq kəsb edir. Bu müharibənin iki tərəfi olsa da, Qərb dövlətləri birbaşa deyil, dolayısı ilə savaşda iştirak edir. Həm Ukraynanın silahla təmin edilməsi, həm də Rusiyaya qarşı sanksiyaların tətbiq olunması bunu deməyə əsas verir. Tehran sammitində Qərbin, Avropa dövlətlərinin ciddi sanksiyaları ilə üzləşən Rusiyanın bu sanksiyaların təsirini maksimum dərəcədə azaltmaq istəyi ilə yanaşı, Yaxın Şərqdə və Cənubi Qafqazdakı vəziyyət də diqqət mərkəzində olacaq.
İyulun 19-da keçiriləcək Tehran sammitinin əhəmiyyəti haqqında qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, üç ölkənin liderinin görüşü indiki şəraitdə çox vacibdir. Onun sözlərinə görə, dünyada qlobal geosiyasi proseslər fonunda bu görüşün mühüm əhəmiyyəti var. Sammitdə dünyada ərzaq təhlükəsizliyi, karbohidrogen ehtiyatlarının nəqli baxımından önəmli müzakirələr olacaq. Həm də regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələlərinə xüsusi diqqət yetiriləcək. “Nəzərə almaq lazımdır ki, Rusiya, Türkiyə və İran üçün Cənubi Qafqaz regionu çox önəmlidir. Bu xüsusda “3+3” platformasının aktuallığı bir daha özünü təsdiqləyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin regionda kommunikasiyaların, nəqliyyat əlaqələrinin qurulmasına çox müsbət yanaşırlar”,-deyən həmsöhbətimizin fikrincə, İranla Azərbaycan arasında imzalanmış anlaşma memorandumu da rəsmi Tehranın bu məsələdə maraqlı olmasının göstəricisidir. Enerji sahəsində aparılan müzakirələr də göstərir ki, Rusiya-Ukrayna müharibəsi fonunda İran öz təşəbbüsləri ilə seçilir. Eyni zamanda, Putinlə Ərdoğan arasında keçirilən görüşdə Suriyada anti-terror əməliyyatı da diqqət mərkəzində olacaq. Vaxtilə Suriya böhranının aradan qaldırılmasında bu üç ölkənin liderləri arasında keçirilən görüş məhsuldar olmuşdu.
Politoloq hesab edir ki, liderlərin Tehran görüşündə Yaxın Şərq böhranının həlli müzakirə predmeti olacaq. Bundan başqa, Cənubi Qafqazda yaranmış yeni reallıqlar hər üç ölkə üçün çox önəmlidir. İ.Hüseynovun sözlərinə görə, bu reallıqlar müstəvisində Türkiyənin regionda iştirakı bir qədər də güclənib: “Türkiyə regional aktor kimi Cənubi Qafqazda güclü mövqeyə sahibdir. Azərbaycanla Türkiyənin xarici siyasətində koordinasiya var. Dostluq və qardaşlıq münasibətləri ilə yanaşı bizim əlaqələrimiz hərbi müttəfiqlik səviyyəsinə yüksəlib. Ona görə də, bütün regional proseslərdə Türkiyənin iştirakı nəzərə çarpır”.
Bəs Tehran sammiti Zəngəzur dəhlizinin reallaşmasına necə təsir edə bilər? Politoloq hesab edir ki, bu görüş Zəngəzur dəhlizinin reallaşması istiqamətində proseslərin sürətlənməsinə gətirib çıxaracaq. Bu yaxınlarda, Rusiya baş nazirinin müavini Overçukun Türkiyəyə səfəri, Rəcəb Tayyib Ərdoğanla Paşinyanın telefon danışığı da regional inteqrasiyanın gücləndirilməsi yönündə vacib addımlardır. Gələcəkdə bu prosesin dinamikliyinin artırılması baxımından bu cür görüşlər əhəmiyyət kəsb edir. Azərbaycan mühüm nəqliyyat qovşağında yerləşir və proseslər ölkəmizin xeyrinədir. Bu baxımdan, Tehran sammiti mühüm siyasi nəticələrlə yadda qalacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34

