Ermənistan razılaşmalara əməl etməlidir
19.07.2022 [10:15]
Nazirlərin görüşündə bu reallıq qarşı tərəfin diqqətinə çatdırılıb
N.BAYRAMLI
İyulun 16-da Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Tərəflər götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış postmünaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb. Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.
Beynəlxalq birlik tərəfindən də nazirlərin görüşü müsbət qiymətləndirilir. Baş tutmuş görüşlə əlaqədar, ABŞ dövlət katibi Entoni Blinkin tviter hesabında nazirlərin görüşünü “müsbət atdım adlandırıb” və dialoqun Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yolu olduğunu bildirib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi şəhərində ilk birbaşa görüşünü yüksək qiymətləndirib. Ceyhun Bayramovla telefon danışığında xanım Donfrid tərəflər arasında birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin birbaşa dialoqunun baş tutması müsbət haldır. Onun sözlərinə görə, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən ilk görüş 3 saat davam edib, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Millət vəkili qeyd edib ki, beynəlxalq birlik Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərini dəstəkləyir. Ona görə də, Ermənistan mövcud reallıqların, irəli sürülən təşəbbüslərin önəmini anlamalıdır.
R.Həsən xatırladıb ki, iyulun 15-də Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Ermənistana növbəti mesajlar verdi: “Dövlətimizin başçısı Ermənistanın razılaşmalara əməl etmədiyini diqqətə çatdırdı. Və bildirdi ki, biz xarici işlər nazirlərinin görüşünün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik. Əgər erməni tərəfi razılaşmaları pozarsa, qeyri-konstruktiv mövqeyini davam etdirərsə, Azərbaycan buna qarşı adekvat addımlar ata bilər. Hər halda, bundan sonrakı mərhələdə baş verən proseslər Ermənistanın hansı mövqe tutduğunu göstərəcək”.
Görüşlə bağlı siyasi şərhçi Tural İsmayılov isə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilk ikitərəfli görüş faktının özü əlbəttə ki, pozitiv haldır: “Türkiyə, ABŞ, İran nazirlərin birbaşa görüşünü alqışlayıb. Lakin Mirzəyan Bayramovla görüşdə yenə köhnə havanı çalıb. Ermənistan XİN-nin yaydığı məlumata görə, Mirzoyan görüşdə “Qarabağ konfliktinin həlli zəruriliyi”ndən danışıb və üstəlik, “Dağlıq Qarabağ probleminin həllində Minsk qrupu həmsədrliyinin təcrübəsindən istifadənin vacibliyini” vurğulayıb. Bu əlbəttə ki, təkcə onun deyil, ümumən Paşinyan komandasının mövqeyidir”.
Ekspert deyib ki, Ermənistan bölgəyə ancaq aqressiya bəxş edir. Azərbaycan isə bölgədə reallıqların tamamilə fərqindədir. Bu gün rəsmi Bakının təklif etdiyi model bölgəyə rifah və gələcək vəd edir. Azərbaycanın addımları beynəlxalq birlik tərəfindən də təqdir olunur. Bütün siyasi güclər fərqindədir ki, Azərbaycan bölgəyə ancaq rifah və təhlükəsizlik bəxş edir. Amma təəssüflər olsun ki, Ermənistanın bugünkü qeyri-konstruktivliyinin səbəbkarı olan beynəlxalq güclər də var. “Təəssüflər olsun ki, hələ də Ermənistandan təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Ermənistanın hələ də Qarabağın “statusu” və Minsk qrupu ilə bağlı sayıqlamaları təsadüf sayıla bilməz. Paşinyan hakimiyyətinin hansısa tələb irəli sürmək iqtidarı yoxdur. Ermənistan iqtidarı yaxşı başa düşür ki, qalib tərəf kimi Azərbaycanın diktə etdiyi şərtləri yerinə yetirmək məcburiyyətindədir” - deyə T.İsmayılov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

