Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gözün aydın, Azərbaycan!

Gözün aydın, Azərbaycan!

20.07.2022 [10:13]

Qayıdışın təntənəsi Ağalı kəndində yaşandı

Günel ABBAS

44 günlük Vətən müharibəsindən bəri xalqımız üçün ənənə halına çevrilmiş məqamlardan biri də ölkə başçısının müjdəli xəbərləri idi. Ənənəmiz bu gün də davam edir, vətəndaşlarımız Prezident İlham Əliyevin müşavirələrini diqqətlə və maraqla izləyirlər. Sirr deyil ki, Prezident bu çıxışlarda hər dəfə yeni bir xoş xəbər verir və prioritet hesab etdiyi məsələlər qısa müddətdə reallığa çevrilir. Bunun uğurlu nəticələrindən biri də ötən gün ilk dəfə Zəngilanın Ağalı kəndində baş tutan Böyük Qayıdışdır. Qürurlu və kövrək duyğularla izlədiyimiz görüntülərin memarı olan ölkə başçısı təntənəli günlərin müjdəsini bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirənin sonunda söylədiyi yekun nitqində bildirmişdi. Qeyd etmişdi ki, Ağalı kəndinin sakinləri bu il öz dədə-baba yurdlarına qayıdacaqlar. Ölkə başçısı Füzulinin Dövlətyarlı kəndinin yaradılmasının da xoş müjdəsini vermişdi. Deməli, Böyük Qayıdışın növbəti addımlarını Füzulidən gözləyə bilərik. Ağalı kəndi ilə başlanan qayıdış ölkə başçısının da qeyd etdiyi kimi, digər işğaldan azad edilmiş rayonlarda kəndlərin yenidən qurulması ilə nəticələnəcək.

Ağalı sakinlərinin rahatlığı tam şəkildə təmin olunur

Qeyd etdiyimiz kimi iyulun 19-da Ağalı kəndinə əhalinin ilk qrupunun köçürülməsi baş tutub. Proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi nəzərdə tutulub. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların rahat yaşayışı üçün dövlətimiz hər nüansı xüsusi düşünüb. Sakinlərin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq. Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda “Dost Aqropark” fəaliyyət göstərəcək.

Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb.

Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq. Eləcə də kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb inşa edilib.

Sakinlərin həyat şəraiti ilə yanaşı sağlamlıqları da diqqət mərkəzindədir. Ağalıya köçürülən ailələr tibbi müayinələrdən keçirilib. Qeyd edək ki, kənddə ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək. Ağalıda aqrar sektorun inkişafına da xüsusi önəm verilir. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb. Bununla yanaşı, kənddə yeni intensiv bağlar salınmasına, bağçılığın sürətli inkişafı üçün layihələrin həyata keçirilməsinə başlanıb. Kəndin bundan sonrakı mərhələdə genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur.

Zəngilanda infrastruktur tam hazırdır - Zəngilan hava limanı istifadəyə veriləcək

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu gün Zəngilanda, həmçinin Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur: “Bütün infrastruktur tam hazırdır. Kənddə 360 şagird yerlik müasir məktəb tikilib. Təhsil ocağı bütün zəruri ləvazimatlarla təchiz olunub. 60 nəfərlik uşaq bağçası istifadəyə hazırdır. Kənddə kifayət qədər iş yerləri fəaliyyət göstərir. Ağalı kəndi üzrə 1457 sakin qeydiyyatdadır ki, onlardan da 1357 nəfəri kənddə yaşamaq niyyətini bildirib. Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalıya köçürülür. Növbəti 5 gün ərzində ümumilikdə 201 nəfər Ağalı kəndinə köçürüləcək”. Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda Zəngilan Hava Limanı istifadəyə veriləcək. Vahid Hacıyev bildirib ki, növbəti aylarda da Ağalı kəndinə ailələrin köçürülməsi davam edəcək.

Qarabağa qayıdışı başladanlar - Ağalının ilk sakinləri

Ağalıya köç edən sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Onlar illər boyu arzuladıqları, xəyal etdikləri günləri yaşayırlar. Dədə-baba yurdlarına birdəfəlik qayıtdığı üçün sevinən sakinlər arasında Böyük Qayıdışın tarixi missiyalarını daşıyanlardan biri, 30 il sonra işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ilk məktəbin direktoru Nərmin Həsənova da var. “Yeni Azərbaycan”la sevincini bölüşən N.Həsənova ölkə başçısına yaradılan yüksək səviyyəli şərait üçün təşəkkürünü bildirib: “Bu gün biz tarixi anlar yaşayırıq. Çox sevincliyik, artıq ayaqlarımız Ağalı torpaqlarına dəyir. Qeyd edim ki, mayın 27-sində Prezident İlham Əliyev Ağalı kəndinin açılışını edərkən biz də orada idik. Dövlət başçısı 13 ailə ilə görüşdü, onlardan biri də bizim ailə idi. Bu, artıq bizim ikinci səfərimizdir, bu dəfə biz Qarabağa qayıdışı başladanlar kimi Ağalıda həmişəlik qalmağa gedirik”.

Ağalı kənd sakini Ceyhun Həsənov bildirib ki, Müzəffər Ali Baş Komandanı olan qalib ölkənin vətəndaşı kimi illər sonra ata yurduna qayıtmaq böyük qürurdur: “Yurdumuzda alnıaçıq gəzə bildiyimiz üçün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Çox şükür ki, bizə bu böyük günü görmək qismət oldu. Hislərimi hansısa sözlə ifadə etmək çox çətindir. Bəlkə də sözlərin ən çox aciz qaldığı anlardır. Bir onu deyə bilərik ki, 29 il əvvəl atalarımızın çıxmaq məcburiyyətində qaldığı Vətənə qurub-yaratmaq üçün qayıdırıq. Bu gün bizimlə birlikdə köçən ailələrə də uğur arzulayıram. Ağalıda sakinlər üçün hər bir şərait yüksək standartlara uyğun hazırlanıb. Mən inanıram ki, dövlətimizin diqqət və qayğısı sayəsində Ağalı ən gözəl guşələrdən birinə çevriləcək”.

Paylaş:
Baxılıb: 164 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31