1 ay vaxt keçməsinə baxmayaraq...
26.07.2022 [09:59]
Azərbaycan-Özbəkistan arasında əldə olunmuş bütün razılıqlar icra edilir
Nicat PAŞA
Ortaq tarix və mədəniyyətə, adət-ənənələrə, eyni etnik kökə, dinə sahib olan Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf etməkdədir. Özbək xalqı tarixin bütün dövrlərində Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına xüsusi maraq göstərmələri ilə seçiliblər. İki ölkə arasındakı dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə sahibdir. Hələ Sovet hakimiyyəti illərində mövcud olan bütün siyasi çətinliklərə, təqiblərə baxmayaraq, bu iki türk xalqları arasında əlaqələr qarşılıqlı şəkildə davam etdirilib.
İstər siyasi, iqtisadi, istərsə də ədəbi-mədəni əlaqələr Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra da davam edib, daha da inkişaf etdirilib. Bu illər ərzində iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətləri xüsusilə qeyd edilməlidir.
Özbəkistan - Azərbaycan əlaqələri bu gün də inkişaf etməkdədir.
Ötən ayın 21-də Azərbaycan Liderinin Özbəkistana dövlət səfəri qardaş ölkə ilə əlaqələrimizin inkişafına təkan verdi. Belə ki, Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilən səfər zamanı bir sıra sənədlər, o cümlədən dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır.
Siyasi analitiklər Prezident İlham Əliyevin Özbəkistana səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, Türk dövlətləri birliyi təşkilatının inkişafina gətirib çıxaracağı qənaətindədirlər. Səfərdən təxminən bir ay keçməsinə baxmayaraq, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə davam etdirilməsi istiqamətində əməli addımların atıldığının şahidi oluruq. İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ad günü münasibətilə telefon danışığında da bu məqam bir daha vurğulanıb.
Dövlət başçıları Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı əldə olunmuş bütün razılıqların icra edilməsini məmnunluq hissi ilə vurğulayıblar. Diqqətə çatdırılıb ki, səfərdən bir ay vaxt keçməsinə baxmayaraq, ticarət, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəhbərlərinin qarşılıqlı səfərləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar razılığa gəlinib. Qeyd olunub ki, avqustun əvvəlində Daşkənddə Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti iclası və Azərbaycan, Özbəkistan, Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçiriləcək. İki ölkə liderlərinin danışığı zamanı əməkdaşlığımızın gələcək inkişaf perspektivləri və dövlət başçıları arasında təmaslarla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan hər zaman öz dəstəyini açıq şəkildə bəyan edən dövlət olaraq Özbəkistanın yanındadır. Söhbət zamanı Prezident İlham Əliyev bu yaxınlarda Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə edib və Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın yanında olduğunu bildirib.
Azərbaycan Prezidenti dövlət səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, Özbəkistan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

