ABŞ Dövlət Departamenti Azərbaycan haqqında hesabat yaydı
30.07.2022 [09:50]
Ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritet olaraq qalır
N.BAYRAMLI
ABŞ Dövlət Departamenti “2022 İnvestisiya Hesabatları: Azərbaycan” adlı sənəd yayıb. Sənəddə bildirilir ki, Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir. Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlarla və özəl sektora əsaslanan iqtisadi böyüməni təşviq etməklə ölkəyə xarici investisiyanın cəlb edilməsinə çalışır.
5,6 faiz böyümə
Sənəddə qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı 4,3 faiz kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5,6 faiz böyüyüb: “İqtisadiyyatın pandemiyadan “sağalması” dövründə neft və qaz sektoru 1,7 faiz, qeyri-neft sektoru isə 7,2 faiz böyüyüb. Neft və qaz sektoru xarici investisiyada ən böyük paya sahib olduğu bir vaxtda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün 4 qeyri-neft sektoruna hədəflənib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat-logistika. Biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər və iqtisadiyyatdakı ümumi islahatlara lazımsız biznes lisenziyası kateqoriyalarının aradan qaldırılması, populyar olan “ASAN xidmət”in lisenziyalaşdırma səlahiyyətlərinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes təftişlərinin dayandırılması və vergi sistemində reformlar daxildir”.
Sənəddə vurğulanır ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda dövlət büdcəsindən 800.8 milyon manat (471 milyon dollar) ayrılaraq vaksinlərin alınmasına, səhiyyə işçilərinə bonusların ödənilməsinə və modul tipli xəstəxanaların fəaliyyət göstərməsinin dəstəklənməsinə sərf edilib.
Yeni investisiyalar axtarışında...
Dövlət Departamenti “2022 İnvestisiya Hesabatları: Azərbaycan” adlı sənəddə eləcə də, Azərbaycanın işğaldan azad edilmiş bölgələrə yeni investisiyalar axtarışında olduğu bildirilir. O da qeyd olunur ki, bu ərazilərin minalardan təmizlənməsi yenidənqurma səylərinin bir parçası olaraq Azərbaycan hökuməti üçün prioritet olaraq qalır. Bundan başqa, sənəddə Azərbaycanın 2022-ci il büdcəsində bu ərazilərin bərpası və yenidən qurulması üçün ayırdığı vəsait haqda məlumat verilir: “Bu vəsaitin yol, elektrik, qaz, su, kommunikasiya infrastrukturuna, təhsil və səhiyyə sektorlarına, həmçinin mədəni və tarixi abidələrin bərpasına istifadə ediləcəyi bildirilir. Hökumət, eyni zamanda, bu regionda “yaşıl enerji” layihələri həyata keçirməyi planlaşdırır. Bərpa işlərinin tikinti və əhalinin yenidən məskunlaşdırılması üçün sərf ediləcək xüsusi büdcə ayırmaları ilə qarşıdakı illərdə də davam edəcəyi gözlənilir. Yenidənqurma səylərinin bir parçası olaraq bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritet olaraq qalır”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

