Azərbaycanın mövqeyi dəyişməzdir
03.08.2022 [10:24]
Rəsmi Vaşinqton bu regionda tezliklə sülh və əməkdaşlıq mühitinin yaradılmasını istəyirsə, Ermənistana təsir imkanlarından istifadə etməlidir
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında son telefon danışığında da bu mövzu diqqət mərkəzində olub. Tərəflər Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəticəsində bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. C.Bayramov tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb.
Telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
Ümumiyyətlə, son vaxtlar ABŞ Cənubi Qafqaz siyasətində fəallığını artırıb. K.Donfridin mütəmadi olaraq regionda təmasları davam etdirməsi ABŞ-ın regionla bağlı mövqeyinin göstəricisidir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Azərbaycan beynəlxalq aləmdə sülhsevər, regionda təhlükəsizlik və əməkdaşlığa önəm verən bir ölkə kimi tanınır. Bu baxımdan, ABŞ rəsmilərinin Azərbaycanla təmaslarını artırması regionda sülhün təmin olunması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini dəstəklədiyini dəfələrlə bəyan edib “Karen Donfridlə Ceyhun Bayramovun telefon danışığı da deməyə əsas verir ki, ABŞ Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. Bilirsiniz ki, Co Bayden 28 May - Müstəqillik Günü münasibətilə dövlətimizin başçısına ünvanladığı məktubunda ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini ifadə edib. Məktubda o da vurğulanır ki, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Təbii ki, burada Zəngəzur dəhlizi də böyük önəm kəsb edir. Bu dəhlizin şərqlə qərb arasında birləşdirici rolunu nəzərə alsaq, ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu qeyd edə bilərik. Həm C.Baydenin məktubunda, həm də ABŞ Dövlət katibinin köməkçisi K.Donfridin bir müddət əvvəl regiona səfəri zamanı verdiyi açıqlamalarda nəqliyyat əlaqələrinin açılmasına dəstək ifadə edilir. Sözügedən telefon danışığında da bu məsələ müzakirə olunub. Nəqliyyat əlaqələri ilə bağlı məsələ isə hazırda gündəmdə olan Zəngəzur dəhlizidir. Bu dəhlizin reallaşması həqiqətən də, nəinki region ölkələri, o cümlədən geniş ticarət əlaqələrinə malik olan qərb ölkələri ilə Asiya dövlətləri üçün də tamamilə sərfəlidir”.
Millət vəkili qeyd edib ki, telefon danışığında C.Bayramov qanunsuz erməni silahlı birləşmələrin Qarabağ ərazisindən tam çıxarılmasının vacibliyini də ABŞ rəsmisinin diqqətinə çatdırıb: “Bu o deməkdir ki, 10 noyabr razılaşmalarının tam yerinə yetirilməsində dövlətimiz prinsipiallıq nümayiş etdirir. ABŞ-ın regionda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistana təsir etmək imkanları var. Birləşmiş Ştatlar rəsmi İrəvana sülh sazişini imzalamaq, razılaşmaları yerinə yetirmək üçün təzyiqlər edə bilər. Çünki regionda baş verən proseslər hər zaman ABŞ-ın diqqətindədir. Əgər rəsmi Vaşinqton bu regionda tezliklə sülh və əməkdaşlıq mühitinin yaradılmasını istəyirsə, Ermənistana təsir imkanlarından istifadə etməlidir”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22

