Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Robert Siilinin reportajında

Robert Siilinin reportajında

12.08.2022 [10:13]

Ermənilərin Laçında törətdiyi cinayətlər...

P.İSMAYILOV

Ermənistanın 30 ilə yaxın davam etmiş təcavüzkar siyasəti nəticəsində işğal altında olan Azərbaycan torpaqları yandırılıb, viran edilib. Bununla yanaşı, işğal altında saxlanan ərazilərimizə bir sıra ölkələrdən ermənilər də köçürülüb. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter” hesabındakı paylaşımında qeyd edib. H.Hacıyev vurğulayıb ki,  Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar. “Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin “The Times” reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır” - deyə, Prezidentin köməkçisi vurğulayıb.

Tarixən Laçında ermənilərin yaşamadığı faktdır və bunu həm tarixçilər, həm də Laçın sakinləri təsdiqləyirlər. O cümlədən, hazırda ermənilər üçün “ajiotaj predmetinə” çevrilmiş Zabux kəndində də heç zaman ermənilər yaşamayıb. Burada məskunlaşdırılmış ermənilər işğal dövründə xarici ölkələrdən, əsasən də Yaxın Şərqdən gətiriliblər. Bu baxımdan, onların Azərbaycandan hansısa kompensasiya istəməsi və ya nə isə tələb etməyə qalxması hüquqi baxımdan da düzgün deyil. Onlar öz tələblərini yalnız Ermənistan hakimiyyətindən edə bilərlər. Bu fakt həm də o baxımdan əhəmiyyətlidir ki, Zabuxdan çıxan ermənilər hansısa qərəzli “beynəlxalq təşkilat”ın əli ilə “zorla qovulmuş şəxslər” kimi qələmə verilməsinlər. Robert Siilinin “The Times” reportajı bunun üçün mühüm faktoloji nümunədir.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a  bölüşən Milli Məclisin deputatı Ramil Həsən də 30 illik işğal dövründə bir sıra ölkələrdən, ən əsası da Yaxın Şərq regionundan həmin ərazilərə ermənilərin köçürüldüyünü bildirib. Onun fikrincə, Ermənistan hakimiyyətinin bu cür köçləri təşkil etməkdə bir sıra maraqları və hədəfləri mövcud olub: “İlk növbədə, onlar məhz xarici ölkələrdən gələn ermənilər sayəsində burada “yerli əhali” formalaşdırmağa çalışıblar. Bu isə olduqca önəmli bir faktdır. Çünki Zabuxda və Laçında ermənilər yaşamayıblar. Ermənistan hakimiyyəti bu yolla həmin faktı dəyişmək arzusunda olub. Amma göründüyü kimi, bu arzuları da digərləri kimi həyata keçmədi. Artıq bütün dünya əsl həqiqətləri görür. Robert Siilinin “The Times” reportajı beynəlxalq səviyyədə ermənilərə əsl cavab xarakteri daşıyır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bütün müstəvilərdə ermənilərə verdiyi cavablar onları tərk-silah edir. Artıq öz yalanları ilə dünyanı aldada bilməyəcəyini başa düşən ermənilərin özlərindən məzlum xalq mifi yaratmaq istəkləri də işə yaramır. “30 ilə yaxın Azərbaycanın sülhpərvər mövqeyinə qarşı qeyri-konstruktivilk göstərən Ermənistanın iç üzü tam şəkildə ifşa olub. İşğaldan azad edilmiş regionlarımızın dağıdılması, viran edilməsi faktı bütün dünya tərəfindən görüldü. Digər tərəfdən, üçtərəfli razılaşmaya əsasən Azərbaycanın işğaldan azad edilmiş böləgələrini tərk edən ermənilərin vandallığı da hər kəsə məlumdur. Onlar evləri yandırır, ekoloji tarazlığın pozulması üçün bütün addımları atır, hətta mal-qaraları belə öldürürlər. Bu cür vəhşilik onların xarakterini ortaya qoyur. Bu gün üçtərəfli bəyanatın şərtlərinə əsasən Laçın dəhlizinə alternativ yol hazırlanıb. Zabux kəndini tərk etməli olan ermənilərin də hay-küyü boşunadır. Onlar yalnız Ermənistan hakimiyyətinə qarşı tələblər irəli sürə bilərlər. Həmin ərazidə heç vaxt ermənilər yaşamayıb. Arxiv sənədləri var və biz hər zamankı kimi beynəlxalq hüquqa söykənirik. Həmin ermənilər onları aldadanlardan, orada məskunlaşdıranlardan hesab tələb etməlidirlər”, - deyə R.Həsən əlavə edib. 

Politoloq İlyas Hüseynov da 30 ilə yaxın müddət ərzində Azərbaycanın ərazilərini işğal edən, bölgədə etnik təmizləmə siyasəti aparan Ermənistanın həm də tarixi Azərbaycan torpaqlarını talayıb, sərvətlərini daşıdığın, qeyri-qanuni məskunlaşma apardığını dilə gətirib. Onun sözlərinə görə, qanunsuz köçürülmələrlə bağlı dəfələrlə beynəlxalq qurumlara müraciətlər cavabsız qalıb: “Uzun illər bu kimi faktlara qarşı cavab tədbirləri görülüb, müraciətlər olunub. Həmin dövrdə Azərbaycanın bu müraciətləri cavabsız qalıb. Laçının Zabux kəndinə də ermənilər Yaxın Şərqdən köçürülüblər. Burada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar fəal rol oynayıb. İndi həmin ermənilər işğal olunmuş ərazilərə yerləşdirildiklərinin və aldadıldıqlarının fərqində olmalıdırlar. Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycanın insan hüquq və azadlıqlarını pozduğuna dair çoxsaylı müraciətlər edilməsi gözlənilir. Çünki ağlamaq və özünü məzlum göstərmək ermənilərin ən yaxşı bacardığı istiqamətdir. Lakin burada hücum diplomatiyasının həyata keçirilməsinə böyük ehtiyac vardır. Müharibədən sonra Ermənistandan təzminat tələbi ilə bağlı çıxışlar çoxluq təşkil edirdi. Hazırda bu cür çıxışlar müşahidə olunmur. Buna görə Azərbaycana maddi və mənəvi cəhətdən vurulmuş milyardlarla ABŞ dolları məbləğində ziyanın ödənilməsinə çalışmaq lazımdır. Bu xüsusda tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə və İrəvana azərbaycanlıların geri qayıtması tələblər sırasında yer almalıdır. Eyni zamanda İrəvanda Təpəbaşı məhəlləsinin dağılmasına qarşı kampaniyanın çox uğurlu olduğunu düşünürəm. Bu cür kampaniyalar geniş vüsət almalı və maddi ekvivalenti istənilməlidir. Əks halda ermənilər haqsız olduqları halda bütün beynəlxalq instansiyalara Azərbaycanı günahlandıran müraciətlər ünvanlayacaqlar”.

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Parisdən Bakıya...

28 Sentyabr 10:19

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

28 Sentyabr 10:14

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Media Reyestrində...

28 Sentyabr 10:07

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30