Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 39 qurban, 189 yaralı...

39 qurban, 189 yaralı...

24.08.2022 [08:07]

Mina xəritələrinin düzgün verilməməsi ağır nəticələrə gətirib çıxarır

N. PAŞA

Müharibənin başa çatmasına baxmayaraq, Ermənistanın müharibə cinayətləri hələ də davam etməkdədir. Məlum olduğu kimi, müharibədən sonra məğlub ölkənin vətəndaşlarına tarixi torpaqlarımızdan çıxmaq üçün vaxt verildi. Azərbaycan dövlətinin humanist siyasətindən öz məkrli planları üçün istifadə edən Ermənistan tərəfi həmin ərazilərdə minalar yerləşdirdi. Rəsmi məlumata görə, Laçında aşkarlanan 991 ədəd mina 2021-ci ildə istehsal edilib.

Minaların partlaması nəticəsində xeyli sayda insan həyatını itirdi və şikəst oldu. Əfsuslar olsun ki, bu, hələ də davam edir. Torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanov avqustun 20-də, Heydər Gülmalıyev isə avqustun 21-də Laçın rayonu ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan bu problemi gündəmə gətirib. Ermənistanın törətdiyi cinayətlər yerli və beynəlxaq qurumların diqqət mərkəzindədir. Problemin həlli istiqamətdə addımlar atılır. Lakin buna baxmayaraq, hələ də müsbət nəticə əldə olunmayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması məsələsi ilə bağlı çağırış edib. Bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina qurbanlarının sayı artmaqda davam edir: “Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanov avqustun 20-də, Heydər Gülmalıyev isə avqustun 21-də Laçın rayonu ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təəssüf ki, Ermənistan tərəfindən işğal dövründə basdırılmış tank və piyada əleyhinə minaların dəqiq xəritələrinin verilməməsi bu cür ağır nəticələrə gətirib çıxarır: Azərbaycanın sülh quruculuğu üçün zəruri olan addımları atmağa hazır olduğunu dəfələrlə nümayiş etdirdiyi postmüharibə dövründə Ermənistan tərəfinin insanların həyatı üçün birbaşa təhlükə yaradan bu laqeyd münasibətini qınayır, cinayətlərin törədilməsində məsul şəxslərin məsuliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan tərəfinə kompensasiya ödənilməsi ilə əlaqədar tədbirlər görməyə və bir daha beynəlxalq ictimaiyyəti bu mövzu ilə əlaqədar qəti çağırışlar etməyə səsləyirik”.

Ümumilikdə, 10 noyabr Bəyanatından sonra ermənilərin mina terroru nəticəsində indiyədək 102 mülki vətəndaş minaya düşüb, onlardan 32 nəfər həlak olub. Eyni zamanda 126 hərbçimiz minaya düşüb, onlardan 7-si həyatını itirib, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təkcə avqust ayı ərzində Füzulidə minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı piyada əleyhinə minaya düşüb. Onlardan ikisi - Yadigar Şükürov və Rövşən Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Qılman Hüseynovun isə sağ ayağı amputasiya olunub. Daha sonra Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev şəhid olub.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31