"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin beşinci cildi çapdan çıxıb
08.01.2011 [09:15]
AzərTAc xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış “İnkişaf - məqsədimizdir” adlı çoxcildliyinin 5-cü cildindən, 2004-cü il iyunun 24-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli liderin abidəsinin açılışı mərasimindəki nitqindən götürülüb.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun Azərbaycana rəsmi səfərindən hesabatla açılan bu cilddə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətə - müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi üçün aparılan siyasi və iqtisadi islahatlara, dost və qonşu ölkələr arasında bütün sahələrdə qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar əksini tapıb. Bu materiallar 2004-cü ilin iyunundan avqustunadək olan dövrü əhatə edir.
Kitabda dövlətimizin başçısı İlham Əliyevin NATO-nun İstanbul zirvə görüşündə və “Avratlantik İttifaqı yol ayrıcında” mövzusunda beynəlxalq konfransda çıxışları, AFR-ə ilk rəsmi səfəri zamanı bu ölkənin dövlət və hökumət rəhbərləri ilə keçirdiyi yüksək səviyyəli görüşləri, söhbətləri, Dağlıq Qarabağ probleminin həlli və münaqişənin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyi xüsusi yer tutub, Azərbaycanın milli mənafeyini əks etdirən danışıqları yer alıb.
Yeni cilddə Azərbaycan ilə Yunanıstan, Pakistan, İran və Almaniya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair imzalanmış sənədlər, Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici dövlət və hökumət rəhbərləri, siyasi xadimlər, nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı dərin məzmunlu söhbətləri əksini tapıb.
Burada, həmçinin, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar ölkəmizin şimal bölgəsinə - Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarına səfərləri zamanı əhali ilə görüşlərində Azərbaycanın sürətli inkişafına, xalqımızın rifahı və tərəqqisi naminə aparılan geniş iqtisadi və siyasi islahatlara həsr olunmuş çıxış və nitqləri əksini tapıb.
Bu nəşrdə dövlətimizin başçısının nitq və çıxışları ilə yanaşı, dünyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələri və bəyanatları da toplanıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar göstəricisi”, “Coğrafi adlar göstəricisi” də daxil edilib. “Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

