Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kozlariçi danışdıran səbəblər

Kozlariçi danışdıran səbəblər

01.09.2022 [10:51]

ABŞ ilə Fransa sülh sazişinin hazırki şərtlərlə imzalanmasını istəmir

P.SADAYOĞLU

Beynəlxalq hüququn tələblərinə zidd olaraq ABŞ və Fransa diplomatlarının Şuşaya səfərdən imtina etməsi bəzi ermənipərəstləri “ürəkləndirib”. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də bununla bağlı açıqlamasında “ABŞ səfiri olsaydım, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayana qədər bu ərazilərə mən də getməzdim”, deyib. Regiondakı reallıqları gözardı etməyə çalışan, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirən səfirlərə “haqq qazandırmağa” cəhd göstərən Kozlariç bununla nə demək istəyir? Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edilib. 30 ilə yaxın işğal altında olduğu zamanlarda belə Azərbaycan torpağı sayılıb. Heç bir ölkə, o cümlədən ABŞ və Fransa Şuşanı Azərbaycandan kənar ərazi kimi tanımayıb. İndiki halda isə, artıq münaqişə bitib. Tərəflər sülh danışıqları masası arxasında müzakirələr aparırlar. Bu o demək deyilmi ki, ABŞ və ya Fransa regionda davamlı sabitliyin, başqa sözlə sülh müqaviləsinin əleyhinədir?

Digər tərəfdən, ABŞ-ın və ya Fransanın Bakıdakı səfirləri Şuşaya getmədikləri halda, bu ölkələrin Ermənistandakı səfirləri iki gündən bir Zəngəzurda və başqa həmsərhəd bölgələrdə səfərdədirlər. Buna hansı adı vermək olar?

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə də bildirib ki, ABŞ ilə Fransa sülh sazişinin hazırki şərtlərlə imzalanmasını istəmirlər. Onun fikrincə, Qarabağ adlı münaqişənin başlanğıcına nəzər salsaq, görərik ki, hələ ilk günlərdən ABŞ və onun parlamenti sırf ermənipərəst mövqe tuturdular. Ermənilərə dəstək olan ilk belə səslər ABŞ-ın siyasi elitasından səslənirdi: “Məsələn, hələ 1988-ci ildə konqresdə Sumqayıt hadisələri pislənilmişdi. Orada da sırf anti-azərbaycançı ruhlu çıxışlar edilirdi. Hətta bu kampaniyada ən fəal iştirakçılardan biri o dönəmin konqresmeni, sonradan dövlət katibi olan Con Kerri idi. Azərbaycanla Ermənistan müstəqillik əldə etdikdən sonra da daha çox ermənilərə dəstək verməyə başladılar. Vaxtilə 1992-ci ildə anti-Azərbaycan ruhlu “907-ci düzəliş” qəbul olunmuşdu. Azərbaycan Ermənistanın işğalına məruz qalmış bir ölkə idi, amma ABŞ-da anti-Azərbaycan qətnamələr qəbul olunurdu. Minsk qrupu çərçivəsində dəfələrlə status məsələsi müzakirə olunanda yenə də ABŞ və Fransa nümayəndələri canfəşanlıq göstərirdilər ki, ermənilərə xüsusi status verilməlidir, onlar xüsusi imtiyazlar əldə etməlidirlər. Düzdür, onlar şərti olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul edirdilər, ərazi bütövlüyünü şübhə altına almırdılar. Amma hər zaman status məsələsi gündəmə gələndə, müzakirələr aparılanda xüsusi imtiyazlar təklif edirdilər. Əlbəttə ki, biz bundan hər zaman imtina etmişik. İndi isə artıq zaman da, reallıqlar da dəyişib. İkinci Qarabağ müharibəsindən sonra da bunlar köhnə gündəliyi yeni şəraitdə tətbiq eləmək istəyirlər. Sual yaranır ki, bu, onların nəyinə lazımdır axı? Fikrimcə, ABŞ və Fransa düşünür ki, bu cür siyasətlə regionda öz maraqlarına uyğun balans yarada bilərlər. Düşünürlər ki, həmin bu statusun və ya ermənilərin xüsusi imtiyazının təminatçısı qismində çıxış edərək ABŞ və Fransa regionda öz maraqlarını qoruyub saxlaya bilər. Yəni, statusla və ya imtiyazla bağlı yaşana biləcək hər hansı bir “problemdə” Ermənistan dərhal ABŞ-a, Fransaya üz tuta bilər. Onlar isə öz növbəsində regional siyasətə müdaxilə edə bilərlər. Bu çox yanlış bir fikirdir. Belə çıxır ki, onlar tərəfindən səslənən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi fikirləri şərti xarakter daşıyır və heç bir əhəmiyyət kəsb etmir. Bu cür siyasət yürütməklə onlar açıq-aşkar göstərirlər ki, Azərbaycanın ərazi bütövl?yünə şərti məvhum kimi baxırlar. Onlar öz məqsədləri naminə Ermənistana olan təsir gücünü artırmaq və anti-Rusiya əhvalını daha da möhkəmləndirmək, siyasi ambisiyalarını həyata keçirmək üçün bu addımı atırlar, Qarabağ kartından istifadəni davam etdirirlər. Bu yolverilməzdir. Biz heç kimə imkan vermərik ki, Azərbaycanın ərazi bütövlüyünü alver predmetinə çevirsin”.

İ.Vəlizadənin fikrincə, Ermənistanın və ya Azərbaycanın maraqları ABŞ və ya Fransa üçün ikinci plandadır. Burada əsas məsələ Rusiya ilə olan geosiyasi çəkişmələrdir. “Onlara nə Qarabağın, nə də Zəngəzurun taleyi maraqlı deyil. Maraqlı olan öz nüfuzlarını, təsir qüvvələrini regionda saxlaya bilmələridir. Regional layihələrdə paylarının və ya maraqlarının olduğunu nümayiş etdirmək istəyirlər. Axı, Zəngəzur dəhlizi ilə ABŞ-ın nə əlaqəsi ola bilər? Regional ölkələri anlamaq mümkündür. Onlar bu yolla özlərinin iqtisadi əlaqələrini daha da gücləndirə bilərlər. Vaşinqtonun yeganə marağı Zəngəzur dəhlizinin ABŞ-ı və ya onun müttəfiqlərini Mərkəzi Asiya ilə birləşdirməsidir. Amma burada da açıq qalan suallar var. Bununla bağlı hansı layihələri təklif edirlər, dəhlizdən necə istifadə edəcəklər, dəhlizin reallaşması üçün hansı töhfələri verə bilirlər? İndiyə qədər hansı təkliflə yadda qalıblar? Heç bir təklifləri yoxdur. Zəngəzur dəhlizində görülən işləri Azərbaycan öz gücü ilə aparır. Digər regional oyunçular da fəallıq göstərirlər. ABŞ-ın Ermənistandakı səfirinin Zəngəzura boş səfərləri axı ABŞ-a nə verir? Bunun cavabını tapmaq çətindir”, -deyə İ.Vəlizadə əlavə edib.

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabah yağış yağacaq

06 Oktyabr 12:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31