Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Regionda dayanıqlı sülhün tərəfdarı

Regionda dayanıqlı sülhün tərəfdarı

02.09.2022 [10:47]

Azərbaycan vasitəçi ölkələrlə yaxın əməkdaşlıq münasibətindədir

Pərviz SADAYOĞLU

44 günlük Vətən müharibəsi regiondakı geosiyasi reallıqları dəyişdi. Artıq iki ilə yaxındır ki, Ermənistan ilə Azərbaycan arasında regionda sülhün və təhlükəsizliyin davamlılığının təmin edilməsi istiqamətində danışıqlar davam etdirilir. Bu danışıqlarda isə iki vasitəçi tərəf var. Bunlardan biri müharibənin yekunlaşmasında vasitəçi kimi rol oynayan Rusiya, digəri isə ötən ilin dekabrından başlayaraq tərəflər arasında münasibətlərin normallaşmasına yönəlik danışıqlara moderatorluq edən Avropa İttifaqıdır. Təbii ki, Azərbaycan hər zaman dayanıqlı sülhün formalaşdırılmasına yönəlmiş addımları dəstəkləyib və bütün vasitəçilərlə də yaxından əməkdaşlıqda maraqlı olduğunu göstərib. Amma bəzi məqamlarda prosesdə önə çıxmaq üçün vasitəçilər arasındakı müəyyən mübarizənin də ştrixlərini sezməmək mümkün deyil. Məsələn, avqustun 31-də Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə təşkil olunan görüş öncəsi Rusiya XİN-in sözçüsü görüşlə bağlı fikirlərini bölüşüb. Belə ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Cənubi Qafqazda fəallığının geosiyasi ambisiyalarla müəyyənləşdiyini gördüklərini bildirib. Onun fikrincə, Aİ-nin real istəyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına heç bir aidiyyəti yoxdur. “Deyərdim ki, bu, avropalıların “psevdo təşəbbüsü”dür. Bunlar daha çox utanmadan vasitəçiliyi özününküləşdirməyə bənzəyir, hansı ki, bunun altında heç nə yoxdur. Biz vasitəçi kimi işləyirik və bu iş kon?ret nəticələr verir, müvafiq olaraq tərəflər də bunu qiymətləndirir. Kimsə vasitəçi olmadan özünü vasitəçi kimi qələmə verirsə, görünür, onlar heç nə təklif etmək iqtidarında deyillər, lakin burada da özlərinin iştirakını göstərmək istəyirlər. Ümumiyyətlə, belə bir təəssürat var ki, Brüssel diplomatiya vərdişlərini itirib”, -deyə Zaxarova vurğulayıb.

Azərbaycan hər zaman Rusiyanın, eləcə də Aİ-nin münasibətlərin normallaşması istiqamətindəki səylərini yüksək dəyərləndirir. Amma Zaxarovanın dilindən səslənən bu kimi fikirlərin haradan qaynaqlanması da maraq doğurur.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov da bildirib ki, Rusiya və Aİ yeni geosiyasi reallıqlar kontekstində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi qismində iştirak etməyə çalışırlar. Buna qədərki siyasi nizamlanma prosesində ATƏT-in Minsk qrupu iştirak edirdisə, bu gün Aİ-nin və Rusiyanın sülh təşəbbüsləri daha aydın görünməkdədir: “ATƏT-in Minsk qrupu formatı tarixin arxivinə qovuşub. Lakin Aİ ilə Rusiya arasında da Cənubi Qafqaz uğrunda bir mübarizə gedir. Bu mübarizə siyasi-diplomatik sahəni əhatə edir. Görüşlər bir-birini əvəz edir və periodiklik gah Moskvada, gah da Brüsseldə müşahidə edilir. Mü?təlif sahələr üzrə baş tutan danışıqlar trekində sanki bir yarış var. Bu yarış isə sülh, birgəyaşayış, eləcə də etimad quruculuğuna yönəlib. Rusiya tərəfi ilə üç birgə Bəyanat imzalanıb. Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə artıq 4 görüş baş tutub. Bu görüşlər mühüm siyasi razılaşmalarla müşayiət olunub. Aİ Rusiyadan fərqli olaraq yeni əməkdaşlıq imkanları və prioritet istiqamətlər üzərində çalışır. Üçtərəfli birgə bəyanatlarda qeyd edilməyən məsələləri danışıqlar masasında inkişaf etdirir. Sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması Aİ tərəfindən daha çox qabardılır. Avqustun 31-də reallaşan sonuncu görüşdə isə xarici işlər nazirliklərinin iştirakı ilə sülh müqaviləsinin imzalanması prosesinin inkişaf etdirilməsi istiqamətində xüsusi tövsiyələr gündəmdə olub. Eyni zamanda, humanitar sahəni əhatə edən və dövlət liderlərinin ictimai çıxışları ilə bağlı məsələlər xüsusilə diqqət çəkir. Çünki Cənubi Qafqazda dayanıqlı sülhü bərqərar etmək üçün həm də xalqların sülhə hazırlanması prosesinə böyük ehtiyac var”.

Avqustun 31-də keçirilən danışıqlar zamanı noyabr ayında yeni görüşün keçirilməsi ilə bağlı anonsun da verildiyinə diqqət çəkən İ.Hüseynovun fikrincə, həmin vaxta qədər həm baş nazirlərin müavinləri, həm də xarici işlər nazirləri səviyyəsində bir sıra görüşlər baş tutacaq. “Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyev ilə Nikol Paşinyanın görüşündən bir gün əvvəl baş nazirlərin müavinləri Moskvada delimitasiya komissiyasının işində iştirak edirdilər. Orada sərhədlərin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olundu. Təbii ki, müxtəlif platformalarda keçirilən bu görüşlər Cənubi Qafqazda təhlükəsizliyin daha da gücləndirilməsinə yönəlib. İlin sonuna qədər Rusiya və ya Brüsselin təşəbbüsləri ilə yekun hüquqi sənədi imzalamaq da mümkündür. Bunun üçün Ermənistan siyasi iradə nümayiş etdirməlidir və regionun gələcək inkişafına yönəlik addımları dəstəkləməlidir. Azərbaycan bütün vasitəçilərlə eyni səviyyədə əməkdaşlıq edir və fikrimcə, bu məsələdə vasitəçi tərəflərin qısqanclıq prizmasından çıxış etməsi düzgün deyil”, -deyə İ.Hüseynov əlavə edib.

Paylaş:
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30