Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə...
06.09.2022 [10:15]
Sülh sazişi realdır!
Bizim sülhə, sülh sazişinə ehtiyacımız var.
Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu
MÜBARİZ
Postmüharibə dövründə qalib Azərbaycanla məğlub Ermənistan arasında münasibətlərin sülh məcrasında tənzimlənməsi və sülh sazişinin imzalanması regionda əməkdaşlığın genişlənməsində maraqlı olan Avropa İttifaqı (Aİ) dövlətlərinin və ayrı-ayrı beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bu da təsadüfi deyildir. Üç onillik ərzində Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq iki ölkə arasında davam edən gərginlik və müharibə vəziyyəti regionun iqtisadi və nəqliyyat potensialından tam şəkildə istifadə olunmasına ciddi maneələr törədib. 44 günlük müharibədə Azərbaycan qazandığı şanlı Qələbə sayəsində regionda yeni reallıqlar formalaşdırmağa nail oldu. Artıq işğalçının dərsi verilib, Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə münaqişəyə son qoyulub, tarixi ədalət bərpa olunub. Bundan sonra müharibədə kapitulyasiyaya uğramış Ermənistanın geri dönüş etməyə gücü və iradəsi yoxdur.
Azərbaycana gəldikdə isə ölkəmiz qalib tərəf olmasına rəğmən, hansısa bir üstünlüklər əldə etməyə çalışmır. Respublikamız müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Nəhayət, uzunmüddətli konfliktdən davamlı sülhə, sabitliyə, təhlükəsizliyə, etimad mühitinin formalaşdırılmasına keçid etmək dövrü gəlib. Regionda əməkdaşlığa böyük önəm verən Avropa İttifaqı da buna maraqlıdır. Təsadüfi deyildir ki, ötən ilin sonlarından başlayaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında sülh danışıqları üzrə dörd mühüm görüş keçirilib. Bu qəbildən olan son görüş Brüsseldə Prezident İlham Əliyevin İtaliyaya səfərindən cəmi bir neçə gün əvvəl baş tutub.
Avropada, o cümlədən də İtaliyada Cənubi Qafqazda sülhün bərqərar olmasına artan maraq heç də təsadüfi deyildir. Avropanın fəallığının artmasına təsir göstərən amillər sırasında son vaxtlarda regionda geosiyasi gərginliklərin pik həddədək yüksəlməsini xüsusi olaraq vurğulaya bilərik. “Qoca qitə” yaranmış həssas dönəmdə Azərbaycanla Ermənistan arasında nə hərb, nə sülh vəziyyətinin qalmasında maraqlı deyil və etimad mühitinin formalaşmasına sülh sazişi ilə təminatlar almaq istəyir. Burada Avropanın siyasi maraqları ilə iqtisadi maraqları bir-birini tamamlayır. İndiki reallıqlar fonunda “qoca qitə”nin Cənubi Qafqazda maraqlarının təmin olunmasında açar ölkə məhz Azərbaycandır. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa enerji tələbatını Azərbaycan vasitəsilə ödəməyə çalışır və öz niyyətini açıq şəkildə bəyan edib. Azərbaycan Aİ-nin ehtiyacını qarşılamağa qadir ölkədir və “qoca qitə”yə enerji tədarükü ilə bağlı öhdəliklərinə sadiqlik nümayiş etdirir. Bu kimi reallıqlar fonunda Avropada başa düşülür ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmaması “qoca qitə”nin uzaq perspektivi hədəfləyən siyasətinə və maraqlarına təhlükələr yaradır.
Qalib Azərbaycan Aİ-nin, şəxsən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik təşəbbüslərini yüksək dəyərləndirir. İndiyədək respublikamız sülh danışıqları üzrə bütün görüşlərdə əldə olunan razılaşmalara yüksək səviyyədə əməl edib. O cümlədən Azərbaycan sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədilə qarşı tərəfə 5 müddəadan ibarət təkliflər paketi təqdim edib. Bura dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi aktual məsələlər daxildir.
Respublikamız bu sənədi sırf beynəlxalq prinsiplərə istinad etməklə hazırlayıb. Qarşı tərəf də ölkəmizin təkliflərinə razılığını ifadə edib. Hələlik məğlub ölkə sülh proseslərində ardıcıllıq nümayiş etdirməsə də, sənədə razılıq verməsi irəliyə doğru atılmış bir addım kimi dəyərləndirilir. Bütövlükdə, Avropa İttifaqı Şurası vasitəçilik missiyasına başlayandan bəri Ermənistan tərəfi gec və ləng də olsa, danışıqlar prosesində razılaşdırılmış müddəalara əməl etmək məcburiyyətində qalır. Əslində, forpost dövlətin başqa çıxış yolu da yoxdur. Bu ölkədə sosial-iqtisadi tənəzzül yaşanır və kəskin maliyyə qıtlığı yaşanır. Ermənistan üzləşdiyi acınacaqlı vəziyyətdən çıxış yolunu Avropa İttifaqının vəd etdiyi maliyyə vəsaitini əldə etməkdə görür. Buna görə də Ermənistan Avropa İttifaqı Şurasının vasitəçilik missiyasını, Azərbaycanın sülh təkliflərini mütləq qəbul etməli, öz siyasətində daha dəqiq və ardıcıl olmalıdır. Prezident İlham Əliyev İtaliyaya səfəri çərçivəsində bu ölkənin “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə verdiyi müsahibədə sülh danışıqlarının dinamikasını müsbət dəyərləndirib. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

