Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu, bizim tariximizdir, coğrafiyamızdır...

Bu, bizim tariximizdir, coğrafiyamızdır...

06.09.2022 [10:18]

Prezident: Qonşularımızla münasibətlərdə biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq

PƏRVİZ

Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və nüfuzu günü-gündən artmaqdadır. Yürüdülən müstəqil və milli maraqlara söykənən dövlət siyasəti bu məsələdə əhəmiyyətli rol oynayır. Beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olaraq Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanır. Bu gün ölkəmiz ilə dünyanın əksər dövlətləri və təşkilatları arasındakı münasibətlər məhz bu müstəvidə tənzimlənir, hüquqi çərçivəsini müəyyənləşdirir.

Ən əsası isə ölkəmiz hər zaman qonşuları ilə əlaqələrə xüsusi əhəmiyyət verir, bu əlaqələrin möhkəmləndirilməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Bu amil həm də həyati əhəmiyyət kəsb etməkdədir. Digər tərəfdən, biz qonşularımızı dəyişə bilmərik və bu coğrafiyada yaşayırıqsa, münasibətlərin inkişafına da xüsusi önəm verməliyik. Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında sualları cavablandırarkən bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz: “Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür”.

Təbii ki, qonşu kimi yanaşı yaşamaq ilk növbədə qarşılıqlı maraqlara əsaslanmağı, əməkdaşlıq sahələrinin tapılmasını özündə ehtiva edir. Məsələn, Azərbaycan ötən dövr ərzində istər Rusiya, istər Gürcüstan, istər İran, istərsə də Türkiyə ilə ikitərəfli və çoxtərəfli əlaqələr qurub. Bunun nəticəsidir ki, regionda Azərbaycanın moderatorluğu ilə bir sıra üçtərəfli və dördtərəfli əməkdaşlıq platformaları fəaliyyət göstərir. Bu platformalar isə öz növbəsində beynəlxalq tranzit və logistika, yükdaşıma və digər sahələr üzrə əməkdaşlığı koordinasiya edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçən bir çox layihələr regional inkişafa yeni temp qazandırıb. Məsələn, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi enerji xətləri layihələri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi kimi yüksək potensiala malik və qlobal xarakter daşıyan kommunikasiya xətlərinin inşasında, fəaliyyətində oynadığı rol Azərbaycanın regional oyunçu kimi öz qonşuları ilə yaxın əməkdaşlığından xəbər verir. Ən əsası isə Azərbaycan bütün addımlarında yalnız bir hədəfə - milli maraqlara əsaslanır. Sözügedən forumda sualları cavablandırarkən Prezident İlham Əliyev də bildirib ki, qonşularımızla münasibətlərdə biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik: “Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız və tərəfdaşlarımız olmalıdır”.

30 ilə yaxın məhz qonşusunun - Ermənistanın təcavüzü nəticəsində işğaldan əziyyət çəkən Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində ədaləti bərpa etdi. Torpaqlarımız işğaldan azad olundu. Post-müharibə dövrü isə yeni reallıqlar əsasında formalaşır. Azərbaycan bu gün də öz prinsiplərinə sadiqdir - yaxın qonşuluq və əməkdaşlıq bizim əsas prioritetlərimizdir. Bunun nəticəsidir ki, müharibədən sonra ölkə Prezidenti regionda formalaşdırılması mümkün olan yeni əməkdaşlıq platformalarını önə çəkdi. Bu əməkdaşlıq platformaları isə çoxşaxəlidir. Azərbaycanın hətta Ermənistanın da bu platformalarda iştirakının mümkünlüyünü dilə gətirməsi isə bir daha qonşuluq prinsiplərinə verdiyi dəyərin göstəricisi sayıla bilər.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30