Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ASALA yenidən baş qaldırır...

ASALA yenidən baş qaldırır...

23.09.2022 [10:54]

Terroru himayə edənlərin özləri terrorun qurbanı olacaqlar

12 sentyabr təxribatlarının ardından ermənilər bütün dünya üzrə yenidən ölkəmizə qarşı terrora başlayıb. Belə ki, Livan, Fransa və digər ölkələrdən sonra erməni radikalları Azərbaycanın Brüsseldəki səfirliyinə hücuma hazırlaşır. Bu barədə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, hücum Avropa Parlamentinin binası qarşısındakı mitinqdən sonraya planlaşdırılır. Səfir, həmçinin diplomatik nümayəndəlikləri belə hücumlardan qorumağa çağırıb.

Qeyd edək ki, 12 sentyabr erməni təxribatlarının ardından ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri sentyabrın 15-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirib. Aksiya iştirakçıları Azərbaycanın dövlət himni, hərbi marşlar və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla qarşılaşıblar. Ermənilərin aksiyası səfirliyimizə hücum xarakterli olub. Onlar Azərbaycan səfirliyinin binasına yaxınlaşa biliblər. Amma səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, onların səsləndirdikləri şüarları özləri belə eşitməkdə çətinlik çəkiblər. Bir müddət sonra aksiyaçılar plakatlarını qoyaraq ərazidən uzaqlaşmaq məcburiyyətində qalıblar.

Sentyabrın 18-də isə radikal ermənilər tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə hücum edilib. Ermənilər diplomatik korpusun binasına yaxınlaşaraq səfirliyə ziyan vurmağa çalışıblar. Fransa polisi isə binanın təhlükəsizliyini təmin etməyib.

Bütün bunlar dünyada yenidən erməni terrorunun - ASALA-nın baş qaldırdığını göstərən amillərdir. Bu isə, bütövlükdə Avropa üçün böyük bir təhdiddir. Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

ASALA Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir

ASALA  1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatıdır. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınan ASALA “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” adlanır. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımının” dünya ölkələri tərəfindən tanınması üçün çalışıb.

Təşkilatın tarixinə nəzər salsaq, 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” (“Armenian Secret Armi for the Liberation of Armenia”- ASALA”) fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşib. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaq olub. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”

ASALA 1975-ci ildə qurulub, həmin il Paris erməni konfransında ASALA-ya yerli qüvvələr qoşulub. 1981-ci ildə təşkilat fəaliyyətinin zirvə nöqtəsinə çıxıb, ancaq 1983-cü ildə ikiyə bölünüb. 1979-cu ildə təşkilata qoşulanlar arasında ən tanınmış simalar Alex Yenikomşiyan və I Qarabağ müharibəsində öldürülən Monte Melkonyan olub. 1981-ci ildə bir çox terror hadisələri törədən ASALA, bir tərəfdən İsveçrəni, digər tərəfdən isə Fransanı hədələməyə başlayıb. Fransadakı bir çox qruplar, Kanadadakı “Azad Hay”, İngiltərədəki “Kaytzer” qrupları ASALA-ya qoşulduqlarını elan ediblər. Bu illərdə mərkəzdə artıq parçalanmalar başlayıb. İsrailin Beyruta girməsi ilə ASALA bu şəhəri tərk etdi. 1983-cü ildə ikiyə parçalanıb.

Akop Akopyanın qrupu bir sıra terror aktları həyata keçirib və qoca, cavan, qadın, uşaq demədən öldürüblər. Ən dəhşətli terror hadisəsini isə Fransanın Orli hava limanında həyata keçiriblər.

Təşkilatın Qərbi Avropadakı qrupu isə “Asala İnqilab Hərəkatıdır”. Bu qrup isə terror hadisələrini Türkiyə və Azərbaycanda həyata keçirir. Bu hərəkatın lideri isə Monte Melkonyan idi. Onun ölümündən sonra qrupun lideri Ara Torayan olub.

Akop Akopyan 1988-ci ildə Afinada öldürüldü. Bundan sonra terror təşkilatı daxilində parçalanmalar daha da artdı. ASALA-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bilinir. Burada PKK terrorçularına da təlim keçirildiyi məlumdur. Bundan əlavə, ASALA-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində də bir düşərgəsi var.

ASALA fəaliyyətini Fransada daha çox göstərməkdədir. Buna səbəb isə bu ölkədə erməni terrorçularının sərbəst hərəkətinə icazə verilməsidir. Bundan başqa, terror təşkilatı ABŞ, Yunanıstan, Cənubi Kipr, İsveçrə və Kanadada fəaliyyətlərini davam etdirməkdədir.

Erməni terrorizminin stimullaşdırılmasının şahidi ola bilərik

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Zaur Məmmədov bildirib ki, bəzi ölkələrdəki səfirliklərimizin lazımi şəkildə qorunmamasının şahidi olmaqdayıq. Erməni terroru yenidən baş qaldırıb. Düzdür, Livanda əgər etirazçılara qarşı polis lazımi tədbirləri gördüsə, Fransada bunun tam əksini müşahidə etdik: “Fransa polisi qaçdı və səfirliyi erməni terrorçuları ilə üz-üzə qoydu. Ümid etmək istəyirdik ki, bu hallar bir daha dünyanın heç bir yerində təkrarlanmayacaq. Ancaq bununla belə, Brüsseldəki səfirliyimizə də hücumun gözlənildiyi ilə bağlı xəbərlər yayılır. Səfirin fikirləri əldə olunan informasiyalara əsaslanır. Bu xəbərdarlıqdan sonra ümid edək ki, səfirliklərimiz lazımi şəkildə qorunsun. Ermənilərin terror təcrübələri var. Erməni terror təşkilatları ASALA, Daşnaklar bir sıra terror aktları həyata keçiriblər, türk diplomatlarına qarşı terror ediblər. XXI əsrdə onların bunu təkrarlaması sivil dünyaya, bəşəriyyətə mənfi, hətta ayıb hal kimi sayılmalıdır. Bütün dünya ermənilərin hansı vəhşiliklərə qadir olduğunu görür. Səfirliklər qarşısında piket etmək, hər hansı bir etirazı ifadə etmək normal haldır. Amma ermənilərin etdikləri dinc, mədəni etiraz deyil. Bu, vəhşi terrordur. Bu terror da ermənilərin əsl simasını üzə çıxarır. Dünya isə bunu görmüş olur. Beynəlxalq aləm bir Azərbaycan diasporasının nümayəndələrinin keçirdiyi dinc etiraz aksiyalarına, bir də azğın ermənilərin keçirdikləri terror aktlarına baxsınlar. Fərq ortadadır”.

ASALA terror təşkilatının yenidən aktuallaşmasının Avropa üçün də bir təhdid yaratmasına gəldikdə isə, politoloqun fikrincə, Avropanın ayrı-ayrı ölkələri, ümumən Qərb ASALA kimi təşkilatları öz maraqları üçün daima istifadə ediblər. “Heç də sirr deyil ki, hazırda da ASALA terror təşkilatının yenidən gündəmə gəlməsi məsələsi aktuallaşa bilər. Bizlər Qərb ölkələri ilə yanaşı, başqa dövlətlərin də erməni terrorizmini stimullaşdırmasının şahidi ola bilərik. Amma bir fakt dəfələrlə bəyan edilib, hətta bunu Türkiyə də bir neçə dəfə qeyd edib ki, terroru himayə edənlərin özləri terrorun qurbanı olacaqlar. Bu çox pis presedentdir və cinayətdir”, - deyə  Z.Məmmədov əlavə edib.

PƏRVİZ

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31