Praqa sammitindən gözləntilər...
28.09.2022 [10:09]
Görüşlər sülh istiqamətində önəmli addım ola bilər
Praqada baş tutacaq Avropa İttifaqının sammiti Cənubi Qafqaz regionunda sülhün yaranmasına doğru mühüm addımlarla yadda qala bilər. Belə ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulur. Erməni KİV-inin yaydığı məlumata görə, görüşün mümkünlüyü Ermənistan XİN tərəfindən də təsdiqlənib. Belə ki, erməni tərəfi Ərdoğanla görüşə ciddi yanaşır, hətta mümkün görüşlə bağlı hazırlıq işlərinə də başlanılıb. Xəbərdə sammit çərçivəsində üçtərəfli görüşün də keçirilməsi istisna olunmur.
Qeyd edilməlidir ki, Türkiyə Prezidenti də Praqa sammiti çərçivəsində Ermənistanın baş naziri ilə görüşə biləcəyini vurğulamışdı. İndiyə qədər ikitərəfli olaraq masa arxasında oturmayan Ərdoğan və Paşinyan arasında baş tuta biləcək bu görüş hansı yenilikləri vəd edir? İkili və ya üçlü formatda təmas sülh prosesinə təkan verə bilərmi?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov da Praqa sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi ehtimalının gücləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistan tərəfi də bu görüşün keçirilməsini istisna etmir: “Eyni zamanda Türkiyə lideri də bu görüşə çox ciddi önəm verir. Sammit çərçivəsində cənab Ərdoğanın Azərbaycan Prezidenti ilə də görüşü planlaşdırılır. Ola bilsin ki, üçtərəfli görüş də keçirilsin. Belə bir görüş baş tutarsa, bu, Türkiyənin və Azərbaycanın siyasi proseslərin nizamlanması istiqamətində uğuru kimi də dəyərləndirilə bilər. Çünki Türkiyə və Azərbaycan regional sabitliyin gücləndirilməsində maraqlıdır, “3+3” əməkdaşlıq platformasını irəli sürüb. Bütün bunlarla yanaşı. Türkiyə Vətən müharibəsindən sonra regionda çox ciddi mövqelərə sahibdir. Eləcə də, Türkiyə regionda təhlükəsizliyin gücləndirilməsi, nəqliyyat-kommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi istiqamətində də xüsusi təşəbbüslərlə çıxış edir. Rəsmi Ankara sülh müqaviləsinin imzalanması ilə bağlı da bir sıra çağırışlar edib. Bununla belə, Ermənistan üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Sonuncu Brüssel görüşündə də bir sıra məsuliyyətli qərarlar alınmışdı. Lakin rəsmi İrəvan bu öhdəlikləri sabotaj edərək Ermənistan-Azərbaycan sərhədində təxribatlar törətdi. Sentyabrın 12-də edilən hərbi təxribatlar siyasi prosesləri sıfırlamağa və bütün öhdəlikləri pozmağa istiqamətlənmişdi. Beləliklə də, avqustun 31-də Aİ çərçivəsində keçirilən görüşdə qəbul olunan bəyanatdan irəli sürülən bütün məsələlər öz həllini tapmadı. Məsələn, XİN rəhbərləri bir ay ərzində sülh müqaviləsinin mətni ilə bağlı görüş keçirməli idilər. Lakin görüş keçirilmədi. Düzdür, ABŞ-da BMT-nin 77-ci Baş Assambleyası çərçivəsində Amerikanın dövlət katibi Blinkenin təşəbbüsü ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilsə də, bu Aİ-nin çərçivəsində nəzərdə tutulan görüşü əks etdirmirdi. Orada sülh müqaviləsi ilə bağlı da hər hansı bir müzakirə aparılmadı”.
ABŞ-ın bu prosesdə bir sıra təşəbbüsləri ələ almağa çalışdığını vurğulayan politoloqun fikrincə, Ağ Ev prosesə öz ağırlığını qoymaqda israrlıdır. Praqa sammitində isə Türkiyə təşəbbüsləri ələ ala və öz sülh gündəliyini tərəflərə təqdim edə bilər. “Əgər Türkiyə daha cəld, operativ və praqmatik hərəkət edərsə və prosesdə yer alarsa, bu, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir. Bu, Türkiyə üçün də çox yüksək bir mövqeyə sahiblənmək üçün fürsətdir. Türkiyə üçün Cənubi Qafqazda təhlükəsizliyin qorunması prioritetdir. Sülhə təhdid yaradan istənilən elementlər rəsmi Ankara tərəfindən aradan qaldırılmalıdır. Bu baxımdan, Praqa sammiti çox önəmli mahiyyət daşıyır. Üçtərəfli görüş sülh istiqamətində çox önəmli addım ola bilər” - deyə İ.Hüseynov əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

