/ / Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yazı müsabiqəsinin nəticələri açıqlanıb
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yazı müsabiqəsinin nəticələri açıqlanıb
11.02.2011 [10:30]
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli müsabiqə ilə bağlı nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Müsabiqəni elan etməkdə məqsədimiz vətənpərvərlik mövzusunu cəmiyyətin diqqətinə çatdırmaq və bunu KİV-in əsas mövzusuna çevirməkdir”.
N.Məmmədli qeyd edib ki, 3 ay müddətində davam edən müsabiqəyə 86 əsər təqdim olunub. Lakin bu rəqəm yalnız müsabiqəyə yararlı hesab edilən əsərləri ehtiva edir. Əslində isə, 120-dən artıq müəllif müsabiqədə iştirak etmək üçün müraciət edib. Baş redaktorun açıqlamasına görə müsabiqənin şərtlərinə cavab verməyən əsərlər müsabiqədən kənarlaşdırılıb, digərləri isə münsiflər heyəti tərəfindən qiymətləndirilib: “Əvvəlcə birinci yer 1000 manat, ikinci yer 500 manat, üçüncü yer 300 manat olmaqla üç əsas mükafat və hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulmuşdu. Ancaq müsabiqəyə təqdim olunan əsərlərin rəngarəngliyini və çoxluğunu nəzərə alaraq belə qərara gəlindi ki, eyni zamanda, əlavə olaraq hər biri 200 manat dəyərində 5 xüsusi mükafat təsis edilsin”.
Sonra söz müsabiqənin ideya müəllifi, filologiya elmləri namizədi, tanınmış publisist, şairə Sona Vəliyevaya verilib. Vətənpərvərlik mövzusundan söhbət açaraq, torpaq və Vətən uğrunda şəhid olan qəhrəmanların ruhuna həsr edilmiş belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan Sona Vəliyeva taleyimizin sınağı olan bir mərhələni yaşadığımız zamanda bu mövzunun KİV-lər üçün amala çevrilməli olduğunu da bildirib.
O, söyləyib ki, vətənpərvərlik mövzusu həyatımızın əsas qayəsinə çevrilərək bütün fəaliyyət sahələrimizin içindən işıqlı bir xətt kimi keçməlidir: “Bu gün bütün gənclər təşkilatları, QHT-lər, xarici qurumlarla birgə işləyən bütün təşkilatlar Azərbaycanın düşdüyü bəlaları məhz vətənpərvərlik mövqeyindən təqdim etməyi bacarmalıdır. Vətənpərvərlik bu gün əsas silahımız olan cəsarəti ortaya qoymalıdır. Adını qızıl hərflərlə tariximizə yazan qəhrəmanlarımız sübut etdilər ki, vətənpərvərlikdən irəli gələn cəsarət öz sözünü deyir. Onda insanın şəxsi arzuları arxa plana keçir. Onun bütün amalları ictimailəşir. İnsan öz doğulduğu torpaq, vətən uğrunda şəhid olmaqdan bir addım belə çəkinmir. Qəhrəmanlıq mütləq vətənpərvərliklə uzlaşmalıdır. Vətən təəssübü, vətəndaşlıq qeyrəti olan yerdə mütləq qəhrəmanlıq olacaq və onlar sabaha doğru öz arxasında öz qəhrəmanlar ordusunu yetişdirməyə bir xalqı sövq edə biləcək”.
Qəhrəmanlıq məktəbini məhz Mübariz İbrahimov kimi vətən oğullarının formalaşdırdığını söyləyən Sona Vəliyeva bu hissin həm də dövlət və dövlətçilik, Vətən və vətənçilik məfkurəsindən qaynaqlandığını söyləyib: “İctimai əhəmiyyət baxımından vətənpərvərlik və qəhrəmanlıq həm də ilahi bir sirrdir. Əgər bir gənc özünün bütün arzularından, gələcəyindən, İlahinin ona verdiyi - ən şirin nemət olan canından keçirsə, demək, ondan ali olan bir məqsədi bütövlükdə dərk edir. Demək, o, adi şəxs deyil, müqəddəsdir”.
S.Vəliyevanın sözlərinə görə, M.İbrahimovun, Fərid Hüseynovun və digər şəhid olan övladlarımızın şucaəti bir daha sübut edir ki, qəhrəmanlıq bir məktəbdir: “Bu gənclər 22-23 yaşlarında əbədi cavan qalmağın hikmətini bizə öyrətdilər. Əgər bu məktəbin verdiyi dərsdən beynimiz, ruhumuz qidalanacaqsa, biz bu torpaqları düşmən işğallarından azad etməyə ordu kimi, xalq kimi gedəcəyik. Torpaq o zaman Vətən olur ki, onun uğrunda şəhid getməyi bacaran və şəhidlik zirvəsinə ucalan oğullarımız var”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da belə bir müsabiqənin keçirilməsini, gənclərin vətənpərvərlik istiqamətində tərbiyələndirilməsini mühüm addım kimi dəyərləndirib: “Normal cəmiyyətlərdə KİV cəmiyyəti baş verən hadisələr haqqında dəqiq və qərəzsiz məlumatlandırır. Tarixi təcrübə göstərir ki, hər bir xalq, ölkə müəyyən problemlərlə qarşılaşdıqda, xarici təcavüzə məruz qaldıqda KİV öz üzərinə daha bir missiya da götürür. KİV cəmiyyəti məlumatlandırmaqla yanaşı, təbliğat işini həyata keçirir. Bu missiya daha çox vətənpərvərlik istiqamətində təsdiqini tapır. I və II Dünya müharibələrində də analoji hadisələr baş verib. Belə bir məqamda “Kaspi” qəzeti özünün vətənpərvərlik borcunu yerinə yetirməkdədir. Bu da başqa KİV-lər üçün nümunəvi bir hadisədir”.
MŞ sədri qeyd edib ki, Mübariz İbrahimovun şücaəti hər bir azərbaycanlı üçün örnəkdir: “Bu örnəyi daha da genişləndirmək və insanların qəlbində qəhrəman şəhidlərimizə bir sevgi yaratmaq, Azərbaycan gənclərinin ruhunda Vətənə olan sevgi hisslərini daha da gücləndirmək hər bir KİV-in üzərinə düşən mühüm missiyalardan biridir. Sirr deyil ki, torpaqlarımızın 20 faizi düşmən tərəfindən qəsb edilib. Torpaqlarımızın geri qaytarılması bugünkü gəncliyin Vətən sevgisinin nə dərəcədə yüksək olmasından çox asılıdır”.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli isə öz çıxışında keçirilən tədbiri mətbuat işçiləri üçün əlamətdar hadisə kimi dəyərləndirib: “Hamı bilir ki, Mübariz İbrahimov şəhid olan gündən bu mövzu gündəmdədir və daim mətbuat səhifələrində işıqlanır. Mənə elə gəlir ki, “Kaspi” qəzetində bu müsabiqənin keçirilməsi digər mətbuat orqanları üçün də bir örnək olacaq”.
KİVDF sədri vurğulayıb ki, belə tədbirlər gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi üçün istiqamət verir: “Mübariz İbrahimovu bu gün uşaqdan - böyüyə hamı tanıyır”.
Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı vətənpərvərlik mövzusunun hər zaman aktual olduğunu deyib: “Bu mövzuda tarix boyu çox yazılar yazılıb. Qəhrəmanların yetişdirilməsində, gənclərin vətənpərvərlik ruhunda tərbiyələndirilməsində heç şübhəsiz tarix müstəsna rol oynayır. Tarixdən ibrət dərsi götürülür. Bu baxımdan hesab edirəm ki, bu, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları azərbaycançılıq ideyası, vahid ideallar ətrafında birləşməyə çağıran bir müsabiqədir”.
M.Qasımlı müsabiqəyə təqdim olunan bütün yazıların kitab şəklində nəşr edilməsi arzusunu da dilə gətirib. Millət vəkili vurğulayıb ki, bütün sahələrdə dillə, tariximizlə, ayrı-ayrı qəhrəmanlarımızla bağlı bu cür müsabiqələrin keçirilməsinə bu gün ehtiyac var.
Münsiflər heyətinin üzvü, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimov Vətən oğluna çevrilib. Bir ailənin övladlığından çıxıb, bütün Azərbaycanın övladına çevrilib: “Təbii ki, “Kaspi” qəzetinin də burada müstəsna xidməti var”.
BDU-nun professoru Cahangir Məmmədli öz çıxışında hazırda milli mətbuat üçün həddindən artıq aktual olan bir məsələyə toxunub: “İlk addımlarını Jurnalistika fakültəsində atan jurnalistlərin ilk cümlələri belə olur: “Biz jurnalist olmamışdan əvvəl vətəndaşıq”. Bu gün bu fikri bəyənməyən, buna alternativ fikir səsləndirən jurnalistlər “İnformasiyanın Vətəni yoxdur” deyirlər. Amma informasiyanın Vətəni var və biz bu informasiyanın haradan verildiyini özümüz üçün müəyyənləşdirməliyik. Yaşadığımız zaman bunu bizdən tələb edir. Hər şey ideyadan başlayır”.
Tədbirin sonunda qaliblərə mükafatlar təqdim olunub.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

