Fransadan separatçılarayeni növ dəstək...
15.11.2022 [10:38]
Rəsmi Paris bütün beynəlxalq hüquq kodekslərini pozur
P.İSMAYILOV
Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “Armat” adlanan, ikinci, ümumilikdə isə sayca 24-cü olan “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb. Erməni mediasının yaydığı məlumata görə, layihə özünü Xocavəndlə qardaşlaşmış şəhər elan edən, Fransanın paytaxt Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Bu barədə qondarma qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqramında yazıb. Erməni mətbuatının xəbərinə görə, eyni gündə Xankəndidə “ARMAT” emalatxanalarının sərgisi keçirilib. Xəbərdə 24 “Armat”da artıq 600-ə yaxın tələbənin praktiki-texnoloji təhsil aldığı vurğulanır.
Özünü sülh prosesinə “sadiq” göstərən Ermənistanın, eləcə də bütün beynəlxalq hüquq prinsiplərini pozan Fransanın bu addımı başadüşülən sayıla bilməz. Bu, hazırki sülh gündəliyinə zidd olmaqla yanaşı, 2020-ci ilin 10 noyabr sazişinə də ziddir. Belə ki, bu addımın atılması mühüm gərginliklərə səbəb ola bilər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin sözlərinə görə, Fransa dövləti ilk növbədə Qarabağın Azərbaycan ərazisi olduğunu başa düşməlidir. Fransa Azərbaycan ərazisində istənilən iqtisadi, siyasi, hərbi və digər hər hansı bir məsələni həll etmək üçün mütləq şəkildə Azərbaycanla qarşılıqlı olaraq razılıq əldə etməlidir: “Hazırki addımların isə heç bir əsası ola bilməz. Hansısa xarici dövlət, eyni zamanda Fransa separatçı ermənilərlə əlbir olub hər hansı bir iqtisadi məsələni həll edə və ya qurum yarada bilməz. Bu, mütləq şəkildə Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Mütləq şəkildə Fransanın Azərbaycandakı səfiri bununla bağlı Azərbaycan tərəfinə məlumat verməlidir. Düşünürəm ki, emalatxananın yaradılması beynəlxalq hüquqa zidd hərəkətdir. Rusiyanın ərazidəki sülhməramlı qüvvələri də başa düşməlidir ki, Fransanın bu hərəkətləri qarşıdurmaya gətirəcək səbəblərdən sayılır. Bu baxımdan onlar da bunun qarşısını almaq marağında olmalıdırlar. Eyni zamanda istər Rusiya, istər Türkiyə, istərsə də regionla birbaşa əlaqəsi olan digər dövlətlər məsələ ilə bağlı bəyanatla çıxış etməlidirlər”.
A.Nağıyev məlumatın yoxlanılmasının da gərəkdiyini bildirib. Onun fikrincə, əgər dezinformasiyadırsa, sadəcə olaraq hansısa dövlətin marağından çıxış edərək ortaya çıxıbsa, bu məsələ də yoxlanılmalıdır: “Birmənalı şəkildə bütün dövlətlər başa düşməlidir ki, bu, qarşıdurmaya gətirib çıxara bilər. Hansısa hərbi qüvvələrə malik olan pilotsuz uçan aparatların istər laboratoriya desinlər, istər təlim emalatxanası desinlər - hazırlanması obyekti sayılır və bizim maraqlarımıza zidd bir məsələdir. Bundan başqa bu, üçtərəfli sazişə ziddir. Həmin sazişə imza atmış üç dövlət başçısının imzasına hörmətlə yanaşmalıdır. O imzalarla da hərəkət etməlidirlər. Azərbaycan dövləti olaraq biz bunu qəbul edə bilmərik və bunun qarşısının alınması istiqamətində də müvafiq addımlar atılmalıdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

