Azərbaycan müxalifətinin radikal qanadı mitinq şousu yaratmaq istəyir
01.04.2011 [10:07]
“Müxalifətin radikal qanadı mitinq şousu yaratmaq və bununla da siyasi səhnədə mövcudluğunu göstərmək istəyir, ancaq bu əbəsdir”. Bunu “Trend”ə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. M.Qurbanlı deyib ki, Azərbaycanda kütləvi aksiyaların keçirilməsi qanunla tənzimlənir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun var və istənilən siyasi partiya və qurum bu qanun çərçivəsində aksiyalar keçirə bilər. Bu aksiyalar Azərbaycanın qanunlarına zidd olacağı halda təbii ki, hüquq-mühafizə orqanları tərəfindən onun qarşısı alınacaq. Bütövlükdə radikal müxalifətin mitinqlə əlaqədar hay-küyünə gəldikdə isə onu deyə bilərəm ki, bu gün Azərbaycan cəmiyyəti kütləvi aksiyalar, mitinqlər, piketlər və s. keçirilməsini dəstəkləmir. Azərbaycan cəmiyyəti sabitlik və bu sabitliyin fonunda Azərbaycanın inkişafını istəyir və bu gün də Prezident İlham Əliyev, məhz, bunu həyata keçirir ki, Azərbaycan vətəndaşı yaxşı yaşasın, ölkə inkişaf etsin, Qarabağ problemi daha tez həll olunsun”, - deyə hakim partiya rəsmisi bildirib.
“Martın 11-də və 12-də biz demişdik ki, Azərbaycan cəmiyyəti buna dəstək verməyəcək. Əminəm ki, aprelin 2-də müxalifətin radikal qanadının növbəti mitinq şousu fiaskoya uğrayacaq və onlar istədiklərinə nail ola bilməyəcəklər”, - deyə o, qeyd edib.
YAP İcra katibinin müavini əlavə edib ki, müəyyən dairələrin, xüsusilə də erməni lobbisinin təsiri altında olan dairələrin himayəsi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönələn cəhdlər beşiyindəcə məhv olacaq və məğlubiyyətə düçar olacaq.
M.Qurbanlının sözlərinə görə, müxalifətin radikal qanadına müəyyən xarici dəstəklər ola bilər. “Bu xarici dəstəklər birbaşa erməni lobbisi ilə bağlı olan təşkilatlar vasitəsilə, ayrı-ayrı QHT-lərin maskalanmış pərdəsi altında ötürülür və ötürülməkdə davam edir. Belə faktlar zaman-zaman mətbuatda yazılır. Ayrı-ayrı xarici QHT-lər qrantların müəyyən vəsaitini radikal qanada ötürür. Bu qurumların maliyyə mənbələri araşdırılarkən həmin qurumların birbaşa xarici ölkələrdəki erməni təşkilatları ilə bağlılığı ortaya çıxır. Yəni, kimsə bu gün ABŞ dövləti səviyyəsində, Böyük Britaniya dövləti səviyyəsində müxalifətə dəstək vermir. Ola bilər ki, Fransa parlamentində onlara fərd olaraq hansısa siyasi dəstək verilsin. Həmin fərdlər araşdırılarkən bəlli olur ki, onlar ermənilərin pulu ilə həmin yerlərə seçilmiş siyasətçilərdir. Bu gizli deyil ki, ABŞ Konqresində Ermənistanın Dostları Qrupu fəaliyyət göstərir. Həmin qrupun üzvləri zaman-zaman Azərbaycanın əleyhinə təbliğat aparırlar, Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirmək istəyirlər. Həmin qrup Ermənistana dəstək verir və dolayısı ilə ermənilərin maraqlarına uyğun olaraq Azərbaycanda erməni lobbisinin himayəsi ilə müəyyən işləri görür”, - deyə M.Qurbanlı bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

