Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2024-cü ildə...

2024-cü ildə...

16.12.2022 [10:35]

Prezidentdən dünyaya Zəngəzur mesajı

Türk coğrafiyası bərpa ediləcək

MÜBARİZ

Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yeni reallıqlar yaradıb. Artıq region Ermənistanın üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasətinin yaratdığı təhdidlərdən xilas olub. Qalib Azərbaycan bölgədə yeni dönəmə başlamağı güclü şəkildə təşviq edir. Nəhayət, üç onillik ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Cənubi Qafqaza sülh və sabitlik gəlməli, təhdidlərə son qoyulmalı və potensial inkişafa, əməkdaşlığa yönəldilməlidir. Prezident İlham Əliyev dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycanın, Türkiyənin və Türkmənistanın dövlət başçılarının Birinci Zirvə görüşü çərçivəsində baş tutan geniş tərkibdə görüşdəki çıxışında şanlı Zəfərimiz sayəsində regionda, həmçinin yeni nəqliyyat-logistika imkanlarının yarandığına diqqət çəkib. “2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın dəyişməz qətiyyətli mövqeyi

Ölkəmizin postkonflikt mərhələsində qarşıya qoyduğu əsas məqsədlərdən biri 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapan kommunikasiyaların açılması ilə bağlı müddəanın tam şəkildə yerinə yetirilməsinə nail olmaqdır. Üçtərəfli Bəyanata Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvan arasında quru kommunikasiya əlaqəsinin bərpası barədə müvafiq müddəanın salınmasını Prezident İlham Əliyev təkid edib. Sonradan dövlətimizin başçısı  nəzərdə tutulan kommunikasiya bağlantısını tarixi gerçəkliklərə əsaslanmaqla Zəngəzur dəhlizi adlandırıb və bu termin beynəlxalq səviyyədə də məhz belə qəbul olunub.

İndiki Ermənistan ərazisindən keçməklə Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın tarixi, milli və strateji maraqlarına tam cavab verir. Dəhlizin yaradılmasına ölkəmiz dəyişməz qətiyyətli mövqe sərgiləyir. Prezident İlham Əliyev Azərbaycanın prinsipial yanaşmasını dəfələrlə diqqətə çatdıraraq bildirib ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz yaradılacaq. Dövlətimizin başçısı bəhs olunan tədbirdə Zəngəzur dəhlizi ilə bağlı mesajlarını bir daha dünyaya çatdırıb. “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.

Zəngəzur dəhlizinin Azərbaycan üçün əsas önəmlərindən biri Naxçıvanın blokadasına son qoyulması ilə bağlıdır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş Dağlıq Qarabağ münaqişəsi başlayandan etibarən bu diyarın ana Azərbaycanla quru əlaqəsi kəsildi. Bundan sonra Naxçıvanın əhalisi böyük çətinliklərlə üzləşdi. Deyə bilərik ki, müstəqilliyimizin ilk illərində burada sözün əsil mənasında humanitar fəlakət yaşanır və həyat uğrunda mübarizə gedirdi. Yalnız həmin çətin illərdə Naxçıvana qayıdan ulu öndər Heydər Əliyevin səyləri sayəsində muxtar respublikanın əhalisi aclıqdan və səfalətdən qurtula bildi. Zəngəzur dəhlizinin yaradılması ilə Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq. Beləliklə də, burada iqtisadiyyatın inkişafı, əhalinin məşğulluğunun təmin olunması üçün yeni imkanlar yaranacaq.

Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Beləliklə də Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və  respublikamız perspektivdə etibarlı tranzit ölkəsi kimi bundan böyük həcmlərdə gəlirlər qazanacaq.

Geniş Türk coğrafiyasının bərpası

Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir vəsilə olacaq. Kommunikasiyaların bərpasından sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri, o cümlədən də Ermənistan yeni infrastruktur layihəsindən fayda götürəcək.

Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə Türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Azərbaycan Türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə sanballı töhfələr verir. Prezident İlham Əliyev dəfələrlə belə bir fikri əsaslandırıb ki, regionda geosiyasi maraqlar güdən mərkəzlər zamanında Qərbi Zəngəzuru Azərbaycandan qoparılıb Ermənistana verilməsinə nail olmaqla həm də məqsədyönlü şəkildə Türk dünyasının birliyinə ciddi xələl gətiriblər. Bununla böyük Türk coğrafiyasının bütövlüyü pozulub. Azərbaycanı və Mərkəzi Asiyada yerləşən Türk dövlətlərini Türkiyə ilə bağlayan marşrut kəsilib. Bu, Türk dövlətləri arasında süni şəkildə yaradılan bir maneədir. Zəngəzur dəhlizinin yaradılması ilə bu maneə aradan qalxacaq və beləliklə də, tarixi ədalətsizliyə son qoyulacaq.  Qeyd edək ki, perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yolları Naxçıvandan keçməklə, Türkiyəyə qədər uzanacaq. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Xatırladaq ki, 2017-ci ildə Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. BTQ-nin inşası ilə tarixdə ilk dəfə Azərbaycan və Türkiyə dəmir yolu xətti ilə birləşdi. Artıq Şərqi Zəngəzurda iki qardaş ölkə arasında ikinci dəmir yolunun çəkilməsinin əsası qoyulub və layihə üzrə işlər intensiv şəkildə davam etdirilir.

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29