Vardanyanın “yürüş” arzusu da puç oldu...
21.12.2022 [10:52]
Separatçı milyarder “pullu mitinqçi” xidmətindən yararlana bilmir
Dekabrın 12-dən başlayaraq Şuşa-Laçın yolunda Azərbaycanın ekofəalları və QHT-ləri tərəfindən keçirilən etiraz aksiyası Qarabağdakı separatçıların işini çətinə salıb. Belə ki, “özünütəsdiq” üçün bəzi siyasi manipulyasiyalara əl atmağa çalışan separatçıların “təzə naziri” Ruben Vardanyan verdiyi “qərarları” bir-bir “ləğv etməkdədir”. Məsələn, Qarabağdakı separatçı ermənilərin “dövlət naziri” Ruben Vardanyan sosial şəbəkə vasitəsilə bir neçə gün öncə Xankəndidə keçirməyi “planlaşdırdığı” yürüşü çarəsizlikdən ləğv edib. Qeyd edək ki, separatçıların rəhbəri Arutyunyan 100 min ermənini bu mitinqə toplaşacağını deyirdi. Amma...
İlk olaraq həmin ərazidə yaşayan ermənilərin sayının 20 mindən artıq olmadığını nəzərə alsaq, Arutyunyanın 100 minlik arzusunun puç olması qaçılmazdır. İkinci bir tərəfdən isə, həmin şəxslərin çox az qismi bu yürüşlərdə və ya mitinqlərdə aktivlik nümayiş etdirir - bunu, sosial şəbəkələrin erməni seqmenti də təsdiqləyir. Hətta Ermənistanda yaşayan ermənilər belə separatçıları “mitinqçi alverində” günahlandırır, onların görüntü xatirinə saxtakarlıqlara imza atdığını bildirirlər. Uzağa getməyək, elə oktyabrın 30-da Xankəndidə separatçı rejimin çağırışı ilə keçirilən mitinq şousunda da eyni hallar təkrarlanmışdı. Mitinqin təşkilatçılarının əsas hədəfi aksiyadakı iştirakçıların çoxluğunu təmin etmək idi. Amma bu böyük biabırçılığa yol açmışdı. Belə ki, sosial şəbəkələrin erməni seqmentində bildirilmişdi ki, Xankəndidə Ermənistan siyasi cameəsinin təşkil etdiyi mitinqə gələnlərə pul paylanılıb. Qeyd edilirdi ki, bir müddət əvvəl Xankəndiyə köçən rusiyalı milyarder Ruben Vardanyan mitinqin çoxminli olması üçün xeyli xərcə düşüb. O, Xankəndidən kənarda olanların öz maşını ilə mitinqə qatılması üçün 8 litr pulsuz benzin verib, Ermənistandan gələnlərə isə 50 dollar mükafat ayırıb. Ətrafdan gələnlər Xankəndiyə çatmamış yanacaqdoldurma məntəqələrində 8 litr benzini pulsuz ala biliblər. Bunun üçün yanacaqdoldurma məntəqələrinə Vardanyan əvvəlcədən sifariş verib. Ermənistandan avtobusa doldurulub gətirilənlər isə Laçın yoluna daxil olduqdan sonra salondaca “mükafat”larını alıblar. Həmçinin mitinq iştirakçılarının su və qida ilə təminini də Ruben Vardanyan öz üzərinə götürüb.
Hətta bildirilirdi ki, Xankəndiyə gətirilənlər yalnız Ermənistan vətəndaşları olmayıb. Mitinqin “izdihamlı” keçməsi üçün İran ermənilərinin xidmətindən də istifadə olunmuşdu. Təbii ki, onlar da bu gəlişlərinin qarşılığında “50 dollarlıq xidmət haqqı” ilə təmin edilmişdilər. Bu “mitinqçilər”in hətta Ermənistanın paytaxtı İrəvanda da pul qarşılığında belə işlərdə istifadə olunduqları da bildirilirdi.
İndiki halda isə Vardanyan Laçın yolu vasitəsilə Xankəndiyə “mitinqçi” daşımaq imkanından məhrumdur. Əli hər yerdən üzülən Vardanyanın bir çıxış yolu qalırdı ki, ona da əl atdı - üzüsulu şəkildə yürüşdən imtina...
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

