Paşinyan-Vardanyan “döyüşü”...
24.12.2022 [11:00]
Maraqların döyüşündəki “piyada”ların son aqibəti necə olacaq?
2020-ci ildə Vətən müharibəsi ilə başa çatan Qarabağ münaqişəsi regionda yeni siyasi reallıqlar formalaşdırdı. 30 ilə yaxın davam etmiş işğal faktı regionda sabitliyin və təhlükəsizliyin formalaşmasına mane olmuşdu.
Bu isə özlüyündə iqtisadi inkişafı da ləngitmişdi - mühüm regional və hətta qlobal layihələr üçün münbit ərazi sayılan Cənubi Qafqaz məhz bu işğal faktı nəticəsində illərlə diqqətdən kənarda qalmışdı. İşğal faktının yekunlaşması ilə isə bu amil özünün real dəyərini ortaya qoydu. Azərbaycanın təşəbbüsü ilə başlanan əməkdaşlıq platformaları üzrə müzakirələrə dünyanın bir sıra gücləri də qatılmaq niyyətini biruzə verdi - bu faktdır. Nəzərdə tutulan Zəngəzur dəhlizi isə Avropa ilə Asiyanı birləşdiəcək yeni iqtisadi aorta ola bilər. Beynəlxalq aləmin regiona əsas marağı da məhz buna istiqamətlənib.
Qeyd edilən amillər regiondakı maraq mübarizəsini də aktuallaşdırır. Məsələn, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə vasitəçilik etmək uğrunda gedən mübarizə bunu özündə real olaraq əks etdirir. Bu prosesdə həm Avropa, həm də Rusiya önə çıxmağa çalışır. Bunun nəticəsidir ki, danışıq raundları ənənəvi olaraq bir-birini əvəz edir.
Paşinyanla Vardanyanın timsalında Qərb-Rusiya dueli...
Burada bir əsas məqam diqqət çəkir - Qərb ilə Rusiya arasında üstünlük qazanmaq istiqamətində gedən yarışda əsas “alət” rolunda Ermənistan çıxış edir. Ölkədə güclü dövlət idarəçiliyi institutunun olmaması, xalqın etirazları, ağır sosial vəziyyət, o cümlədən, ortadakı məğlub durum Ermənistanı hər iki gücün əlində oyuncağa çevirib. Məsələn, son hadisələr bir reallığı da ortaya çıxarıb - Vardanyan ilə Paşinyanın “dueli” Qərb ilə Rusiya arasında gedən savaşın görünməyən tərəfidir. Belə ki, Araik Arutyunyanın işə yaramaması, onun son dövrlərdə daha çox Qərbə meyil etməsi (Fransa turnesi) Vardanyanın Qarabağda daha çox “populyarlaşdırılmasına” yol açıb. Adi bir fakt - R.Vardanyanın Ağdərə şəhərində və Xocavənd rayonunun mərkəzində keçiridiyi təxribat xarakterli görüşlərı zamanı yersiz və heç bir əsasa söykənməyən pafosa üstünlük verməsi onu “revanşist güc” kimi tanıtmağa hədəflənib. Beləliklə də Vardanyan və ona yol göstərənlər 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində yaradılmış qondarma rejimin “ömürünü uzatmağa” çalışırlar. Hətta son dövrlərdə iki ölkə arasında gedən sülh danışıqları prosesində yeni manipulyasiyalara əl atılır - qondarma qurumun “tərəf” kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərilir. Məqsəd ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasını təmin etməkdir ki, Azərbaycanın məsələdəki mövqeyi qətidir - Bu olmayacaq...
Moskvadan Qarabağa çox aydın gündəliklə göndərilən Vardanyan...
Vardanyanın regiona gəlməsinin səbəbləri bəllidir. Onu buraya göndərənlər Azərbaycanın prosesdəki üstünlüyünə kölə salmaq, danışıqları bu yolla uzatmaq niyyətindədirlər. Amma bunu düşünənlər unutmamalıdırlar ki, Qarabağa kimin gəlməsindən, yaxud göndərilməsindən asılı olmayaraq heç nə dəyişmir. Hətta Qarabağda rusiyalı milyarder Ruben Vardanyan, keçmiş nazir Vardan Oskanyan və digər şəxslərdən ibarət “komandanın” formalaşdırılması belə situasiyanı dəyişmək iqtidarında deyil. Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.
Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın qəti mövqeydir. Vardanyanın Qarabağa gəliş niyyəti hər kəsə bəllidir - sadəcə olaraq, onu Moskvadan Qarabağa göndərənlərin “planları” düzgün getmir. Azərbaycanın prosesə nəzarəti hər şeyi alt-üst edir. Vardanyan isə yalançı pafosdan başqa heç bir işə yaramır...
Paşinyan Vardanyanın ona rəqib olacağını anlayır
Paşinyan isə onun ətrafında oynanılan oyunları görür. Ard-arda Qərbə etdiyi səfərlər, KTMT-dən çıxış uğrunda “apardığı mübarizə” və ən əsası sülh prosesini yekunlaşdırmaq arzusu onun da sonunu gətirə bilər. Prosesi təhlil etdikdə bir fakt aydın görünür - Paşinyan bütün gücünü Vardanyanın fiaskosuna yönəldib. Təsadüfi deyil ki, bu iki şəxs arasında gedən qarşılıqlı mübarizə bütün çılpaqlığı ilə ortadadır. Məsələn, Vardanyan Ermənistanın, bu ölkənin siyasi rəhbərliyinin Qarabağdakı erməniləri unutduğunu “göstərməyə” çalışır. Paşinyan isə bütün dünyaya separatçılarla hər hansı bir əlaqəsinin olmadığını, onları tanımadığını nümayiş etdirməyə səy göstərir. Onun ard-arda atdığı addımlar, verdiyi bəyanatlar bunu deməyə əsas verir. Məsələn, oktyabrın 6-da Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyan bir ay keçməmiş, dekabrın 3-də Xankəndidən (separatçıların olduğu ərazilərdən) ağır hərbi texnikanın böyük partiyasını çıxarmağı tapşırıb. Bu barədə erməni mediası yazıb. “Paşinyan çalışıb ki, Xankəndini tərk-silah etdiyini göstərsin. Lakin bu alçaldıcı addım Paşinyanı xilas edə bilmədi. Cəmi bir neçə həftə sonra Laçın dəhlizində aksiya keçirən azərbaycanlılar yolu bağladılar”, - məlumatda iddia edilir.
Bəli, Paşinyan da görür ki, yol bitir. İlin sonu yolun da sonunu gətirə bilər. Bu baxımdan, özünü xilas etmək üçün bütün mümkün qabaqlayıcı tədbirləri görməyə çalışır. Paşinyan anlayır ki, Qarabağdakı silahlı birləşmələrin ərazini tərk etməsinə lap az qalıb. Bu mənada, Vardanyan artıq Paşinyanın özünə “rəqib” ola bilər. Bunun olmaması üçün də erməni baş nazir Vardanyanı elə Qarabağda “tərk-silah” etməyə çalışır...
SADİQ
Xəbər lenti
Hamısına baxElanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17

