Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tahir Budaqov: Azərbaycan bölgədə yeni tərəfdaşlıq platforması yaradır, mühüm layihələr reallaşdırır

Tahir Budaqov: Azərbaycan bölgədə yeni tərəfdaşlıq platforması yaradır, mühüm layihələr reallaşdırır

24.12.2022 [12:09]

Postmüharibə dövründə yeni hədəflər müəyyənləşdirən Azərbaycan bölgədə yeni tərəfdaşlıq platforması yaradır, mühüm layihələr reallaşdırır. 

AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda dekabrın 24-də keçirilən konfransda deyib. 

Tahir Budaqov bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən ölkəmizin qarşısında 2030-ci ilədək 5 əsas prioritet istiqamət qarşıya qoyulub. Hazırda Böyük Qayıdış Proqramı əsasında mühüm işlər görülür. “Görülən işlər, həyata keçirilən layihələr sosialyönümlü iqtisadiyyatın inkişafına, insanların maddi rifah halının yaxşılaşdırılmasına imkan verəcək”, - deyə o qeyd edib. 

Vurğulayıb ki, Azərbaycan öz siyasətini quruculuq prosesi ilə möhkəmləndirir: “Ölkəmiz Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının inkişaf etdirməklə dünyaya səs salacaq”. 

Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın abidələrimizin bərpası istiqamətində gördüyü işlər Azərbaycanın milli dəyərlərinin qorunması və mühafizəsi baxımından çox önəmlidir.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28