Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Biz qayıdacağıq!

Biz qayıdacağıq!

12.01.2023 [10:16]

İlham Əliyev: Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik

Azərbaycanın II Qarabağ müharibəsindəki parlaq qələbəsi regionda yeni siyasi reallıqlar formalaşdırdı. Bu reallıqlardan biri isə, son 200 il ərzində ilk dəfə olaraq itirilmiş torpağımızın qaytarılması uğrunda atılan addımlar oldu. Bu hal uzun illərdən sonra ilk dəfə idi baş verirdi - Ali Baş Komandan, Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycan işğal altındakı torpaqlarını azad edirdi. Bir zamanlar yuxu kimi görünən faktlar reallığa çevrilir - Qarabağ işğaldan azad edilib. Bu isə ölkəmiz üçün yeni üfüqlər, yeni hədəflər müəyyənləşdirir. Məsələn, Azərbaycan artıq Ermənistan tərəfindən aparılan etnik təmizləmə, Qərbi Azərbaycanda, öz dədə-baba torpağında yaşayan insanların oradan qovulması məsələsini gündəmə gətirir. Yeri gəlmişkən, ötən ilin sonunda Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev də bununla bağlı hədəflərimizi açıqlamışdı.

Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən və hədəfləri sərrast şəkildə müəyyənləşdirən Azərbaycan lideri cəmiyyətimiz üçün yeni yol xəritəsi təqdim edir. Biz ötən yüzillikdə itirdiklərimizə qovuşmağı, tariximizə sahib çıxmağımızı öyrənirik. Azərbaycan dövlətinin müstəqilliyi möhkəmləndikcə, hərbi-siyasi, sosial-iqtisadi gücü artdıqca milli-tarixi yaddaşımız xalqımıza sahib olduqlarına yenidən qayıtmaq kimi mühüm bir missiyanı diqtə edir. Necə ki, illər ötsə də, Qarabağımızı, Şərqi Zəngəzurumuzu unutmadıq və 30 il sonra müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həmin torpaqlara qayıtdıq, eləcə də 100 il öncə zorla və siyasi hiyləgərliklə Azərbaycandan qoparılmış Qərbi Azərbaycanımızı da unutmuruq, bu torpaqlarla bağlı real həqiqətləri dilə gətiririk.  Yeri gəlmişkən, yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək: “Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır”.

Qarabağla bağlı birliyi Qərbi Azərbaycan mövzusunda da görməliyik...

Ermənistan ötən əsrdə bir neçə dəfə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə əl atıb. Amma ölkəmizə qarşı tutduğu haqsız və  ədalətsiz mövqe ermənilərə nə başucalığı gətirib, nə də onları xoş rifaha qovuşdurub. Tam əksinə, Azərbaycanla münasibətləri pisləşən Ermənistan müstəqillik əldə etdiyi gündən bəri beynəlxalq, qlobal miqyaslı layihələrdən kənarda qalıb, regionun ümumi inkişaf tempi ilə ayaqlaşa bilməyib. Yürütdüyü təcavüzkar siyasət Ermənistanın dalan ölkəyə çevrilməsini şərtləndirib. Bunun real nəticələri isə ölkənin bir addım da inkişaf etməməsi, vətəndaşların ölkə ərazilərini tərk etməsi və xaricə üz tutması, sosial vəziyyətin acınacaqlı halda olması ilə assosiasiya edilir. Beləliklə, Ermənistan öz qurduğu torda çabalayıb. Baş verənlər isə ölkənin boşalmasına, real olaraq kəndlərin dağılmasına yol açıb. Məsələn, azərbaycanlıların yaşadıqları kəndlərdə deportasiyadan sonra heç kim yaşamayıb. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, onların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur: “İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə - Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni, çox geniş proqram hazırlanır”.

Tarixi ədaləti bərpa edəcəyik

Sözü imzası qədər dəyərli olan Azərbaycan Liderinin irəli sürdüyü bütün təşəbbüslər reallaşır, proqramlar icra olunur. Bu, Azərbaycanın gücünü, qətiyyətini göstərən faktor qismində çıxış edir. Dünya ictimaiyyəti, eləcə də yerli ictimaiyyət bilir ki, Azərbaycan dövlətinin irəli sürdüyü təşəbbüsün arxasında qətiyyətli mövqeyi, dəqiq hədəfləri və uğurlu proqram dayanır. Bu isə yeni bir əminlik yaradır - biz öz dədə-baba yurdlarımıza qayıdacağıq!

Prezident İlham Əliyev də bildirib ki, bizim bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir: “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik”.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28