Zorən müttəfiqlər
12.01.2023 [10:56]
İranla Ermənistan arasında “swap” qaz layihəsinin reallaşması mümkün deyil
M.FEYİZLİ
Bu günlərdə Ermənistan mətbuatında bu ölkənin qonşu İranla “swap” qaz müqaviləsi imzalamaq niyyətində olduğuna dair xəbərlər tirajlanıb. “Jamestown” tədqiqatlar mərkəzi qeyd edir ki, sanksiyalar İran, Qazaxıstan və Türkmənistan arasında “swap” tipli təbii qaz müqavilələrinin imzalanmasına mane olsa da, İran bu istiqamətdə müəyyən razılaşmalara nail olub, indi isə oxşar üçtərəfli müqaviləni Ermənistanla da imzalamaq niyyətindədir. Bildirilir ki, nəzərdə tutulan layihə İran, Türkmənistan və Ermənistanı əhatə edəcək. Belə ki, İran Türkmənistandan aldığı qazın əvəzində Ermənistana özünün hasil etdiyi mavi yanacağı satacaq.
İran və Ermənistanı oxşar talelər birləşdirir
Qonşularla ədavətə və əsassız iddialara əsaslanan siyasət həyata keçirmələri İran və Ermənistan üçün ənənəvi hal alıb. Davamlı olaraq Azərbaycana və Türkiyəyə düşmənçilik mövqeyi sərgiləyən Ermənistan son vaxtlarda illər uzunu bu forpost dövlətə hərtərəfli dəstək verən Rusiyadan da incik düşdüyünü açıq jestlərlə ifadə edir. Özünü İslam dövləti adlandıran İranın isə onu əhatə edən böyük coğrafiyadakı əksər müsəlman ölkələri ilə ədavətləri getdikcə daha kəskin hal alır. Bu ölkə terrorçuluğa rəvac verməkdə, narkotik ticarətində və digər belə mənfi əməllərdə ittiham olunur. Bundan başqa, İran xeyli müddətdir ki, kollektiv Qərbin sanksiyaları altındadır və karbohidrogen resurslarını dünya bazarlarına çıxarmaqda çətinlik çəkir.
Belə bir vəziyyətdə oxşar talelər Ermənistanı və İranı zorən müttəfiqə çevirib. Necə deyərlər, taylı tayını tapar. Hər iki ölkə regionda təcrid vəziyyətindədir. Buna görə də onlar qarşılıqlı əlaqələrinin əhatə dairəsini genişləndirməyə çalışırlar. Xatırladaq ki, İran Azərbaycanın məqsədyönlü siyasətinin nəticəsi olaraq, bütün regional layihələrdən kənarda qalan Ermənistan üçün nəfəslik qismində çıxış edir. Eyni zamanda, iki ölkə arasında sağlam zəminə əsaslanmayan əlaqələr formalaşıb. Belə ki, 44 günlük müharibədən sonra İranla-Ermənistan arasında çirkin ticarət sövdələşmələrinə aid çoxsaylı təkzibolunmaz faktlar aşkarlanıb. Məlum olub ki, İran sanksiyalar altında olan məhsullarını Ermənistan üzərindən gizli şəkildə xarici bazarlara çıxarıb. Bundan başqa, uzun illər ərzində iki ölkə arasında narkotrafik mövcud olub.
Enerji sövdələşmələri
Sanksiyalar səbəbindən enerji resurslarını Avropaya nəql edə bilməyən İran Ermənistanı bu məhsullarını reallaşdırmaq üçün bazar qismində görür. Ermənistan İranın zəngin enerji ehtiyatları üçün kiçik bazar sayılsa da, ağır iqtisadi durumda qalan cənub qonşumuz bunu da özü üçün qənimət sayır. 2022-ci ilin noyabr ayının əvvəlində iki ölkə arasında İrandan Ermənistana qaz ixracının həcminin iki dəfə artırılmasına dair saziş imzalanıb. İran Ermənistandan elektrik enerjisi idxal edir və əvəzində isə bu ölkəyə qaz satır. Yeni müqavilə imzalananadək İran Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edirdi. İmzalanan sənədə əsasən, bu həcmin iki dəfə artırılması nəzərdə tutulub.
Xatırladaq ki, İrandan Ermənistana uzanan qaz kəməri 100 kilometrlik məsafəni əhatə edir. Kəmərin Ermənistan hissəsi Meğridə bitir. İki ölkə arasında bağlanan müqavilə 20 illikdir. İrandan alınan hər bir kubmetr təbii qaz üçün Ermənistan İrana 3 kilovatt-saat elektrik enerjisi verir. Boru xətti 20 dekabr 2006-da fəaliyyətə başlayıb.
Ölü doğulan layihə
İran, Ermənistan və Türkmənistan arasında “swap” qaz müqaviləsinin imzalanması ilə bağlı layihə ana bətnində doğulmamış ölən uşağa bənzəyir. Layihənin gerçəkləşməsini mümkünsüz edən bir sıra fundamental amillər sadalamaq mümkündür. Əvvəla, nəhəng qaz ehtiyatlarına malik Türkmənistan üçün kiçik Ermənistan bazarı heç bir halda cəlbedici deyil. Hazırda Türkmənistan daha böyük bazarlar axtarışındadır. Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bu günlərdə Çinə səfəri zamanı Pekində bildirib ki, Türkmənistan-Çin boru kəməri ilə bütün istismar müddəti ərzində 350 milyard kubmetrdən çox qaz tədarük edilib. İki ölkə arasında əməkdaşlığının ən perspektivli sahələrindən biri yanacaq-energetika sektorudur. Bunu liderlər də görüş zamanı vurğulayıblar. Sərdar Berdiməhəmmədov və Çin lideri Si Tsinpin Türkmənistandan Çinə dördüncü qaz boru xəttinin tikintisini də müzakirə ediblər. Çin kimi iri iqtisadiyyata malik nəhəng ölkə ilə uğurlu qaz sövdələşmələri həyata keçirən Türkmənistan üçün kiçik Ermənistana İran üzərindən qaz nəqlini həyata keçirmək vaxt itirmək anlamına gəlir.
Üçtərəfli “swap” qaz layihəsini əngəlləyən daha bir vacib amilə diqqət çəkək. İranın Türkmənistandan daha böyük həcmdə qaz idxal etməsi üçün əvvəlcə bu ölkəyə olan 1,8 milyard dollarlıq borcunu ödəməlidir. İranın indiki ağır durumunda bu, həlli heç də asan olmayan bir məsələdir. Belə ki, son illərdə cənub qonşumuz kəskin maliyyə çatışmazlığı ilə üzləşib. Təsadüfi deyildir ki, İran Şimal-Cənub dəhlizinin bu ölkədən keçən hissəsində dəmir yolu seqmentinin inşasını tamamlamağa uzun illərdir ki, vəsait yönəldə bilmir.
Qeyd edək ki, indiyədək İranla Ermənistan arasında bir sıra digər layihələri də həyata keçirmək mümkün olmayıb. Məsələn, Şimal-Cənub dəhlizinin Ermənistan üzərindən şaxələndirilməsi uzun illərdir ki, müzakirələrdən uzağa getmir və xam xəyal olaraq qalır.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

