Tanınmış gənc sənətçilər Yeni Azərbaycan Partiyasının sıralarına qoşulublar
30.04.2011 [09:51]
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Naftalan şəhərində keçirilən “Azərbaycan gəncliyi və müasirlik” konfransında tanınmış gənc sənətçilər - Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, aşıq Samirə Əliyeva və Tərlan Fərzəliyevə partiya üzvlük vəsiqələri təqdim olunub. Partiyanın yeni üzvlərinə vəsiqələri YAP-ın Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov, Milli Məclisin vitse-spikeri, partiyanın İdarə Heyətinin üzvü Bahar Muradova, partiyanın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və Milli Məclisin deputatı Məlahət İbrahimqızı təqdim edib.
Təqdimatda Əli Əhmədov qeyd edib ki, partiyanın rəhbəri olan Prezident İlham Əliyevin uğurlu siyasəti YAP-a olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb.
YAP-ın yeni üzvləri isə belə bir təşkilata üzv olmaqdan məmnunluq hissi keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.
Tanınmış gənc müğənni aşıq Samirə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsini alarkən “mən də hər bir Azərbaycan gənci kimi bizə göstərilən etimada və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edirəm” - deyə, bildirib. Aşıq Samirə YAP-a üzvlük vəsiqəsini almaqdan çox məmnun olduğunu söyləyərək, partiya sıralarına qəbul edildiyinə görə təşəkkürünü bildirib: “Biz də incəsənətdə olan insanlar öz fəaliyyətimizlə daim dövlətimizin apardığı siyasəti dəstəkləmişik, bundan sonra da böyük məmnuniyyətlə dəstəkləyəcəyik. Harada olmağımızdan asılı olmayaraq, Azərbaycanı layiqincə təmsil etmək bizim borcumuzdur”.
“ölkə rəhbərliyinin yürütdüyü uğurlu gənclər siyasətini daim dəstəkləyirik”. Bu sözləri isə gənc müğənni Coşqun Yusifov (Viləş) deyib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının sıralarında olan 530 mindən çox insanın 40 faizinin gənclər olması, onlara göstərilən diqqət və qayğının, eyni zamanda, etimadın nəticəsidir. YAP-ın ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında və Azərbaycanın inkişafında mühüm rola malik olduğunu deyən istedadlı müğənni vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət xalqımız tərəfindən dəstəklənir: “İndiyə kimi YAP-ın üzvü olmasam belə, qəlbim daim bu partiya ilə olub. Bu gün YAP-a üzv olmaq mənim üzərimə böyük məsuliyyət qoyur. YAP sıralarında olan hər bir gənc onlara göstərilən etimadın, diqqətin və qayğının qarşılığını verməlidir və ölkənin inkişafı, ictimai-siyasi sabitliyin təmin olunması üçün ölkə rəhbərliyinə dəstək olmalıdır”.
YAP-ın ən nüfuzlu və güclü təşkilat olduğunu deyən müğənni, bunun arxasında partiyaya olan inamın dayandığını bildirib. O, üzv qəbul olunmaq üçün etdiyi müraciətinə müsbət cavab verildiyi üçün partiya rəhbərliyinə minnətdarlıq edib.
Tanınmış gənc müğənni Natəvan Həbibi də bu partiyanın sıralarına qoşulmasından məmnunluq hissi keçirdiyini deyib. Natəvan Həbibi bildirib ki, tale elə gətirib ki, 1994-cü ilə qədər ölkədən kənarda yaşayıb: “ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik yarandı”.
Azərbaycandan kənarda olanda da, Ulu öndər Heydər Əliyev şəxsiyyətinə yüksək qiymət verdiyini deyən Natəvan Həbibi qeyd edib ki, ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu sabitliyin əldə olunmasında, ölkənin inkişafında mühüm rol oynayıb. Bu vaxta kimi YAP-a üzv olmasa belə, təşkilatın apardığı siyasəti dəstəklədiyini söyləyən müğənni ona etimad göstərdiyinə görə, partiya rəhbərliyinə təşəkkürünü bildirib. O, bundan sonra da partiyanın tədbirlərində yaxından iştirak edəcəyini vurğulayıb. Müğənni qeyd edib ki, YAP-a üzv olmaq onun üzərinə yeni bir məsuliyyət qoyur.
Yeni Azərbaycan Partiyasını seçən incəsənət xadimlərindən biri də tanınmış gənc bəstəkar Nazim Məmmədovdur. YAP Gənclər Birliyinin “Azərbaycan gəncliyi və müasirlik” mövzusunda konfransının iştirakçılarından olan gənc bəstəkar çıxışında özünü hər zaman qəlbən Yeni Azərbaycan Partiyasının üzvü saydığını bəyan edib. Nazim Məmmədov partiyaya üzvlük vəsiqəsini qəbul edərkən qeyd edib ki, bu gün ölkə gəncləri həqiqi mənada özlərini Azərbaycanın gələcəyi hesab edir və özlərini bu gələcəyə hazırlayırlar: “Bu gün Azərbaycan gəncliyi dövlətin xüsusi qayğısını öz üzərində hiss edir. Azərbaycan gəncliyinin inkişafı üçün dövlət səviyyəsində bütün mümkün vasitələrdən istifadə edilir və həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir”.
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Naftalan şəhərində keçirilən “Azərbaycan gəncliyi və müasirlik” konfransının mühüm və yaddaqalan məqamlarından biri də tanınmış gənc aktyor Tərlan Fərzullayevin Yeni Azərbaycan Partiyasının sıralarına qoşulması və partiyaya üzvlük vəsiqəsini təntənəli surətdə qəbul etməsi olub. Partiyaya üzvlük vəsiqəsini alan tanınmış gənc aktyor Tərlan Fərzullayev müstəqil Azərbaycanın inkişafında, bugünkü ictimai-siyasi sabitlikdə əvəzsiz xidmətləri olan, eyni zamanda, Azərbaycan gəncliyinin hamisi Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmasından məmnunluq hissi keçirdiyini deyib: “Mən fəxr edirəm ki, bir ay ərzində 2 ailəyə daxil olmuşam. Onlardan birincisi odur ki, yeni ailə həyatı qurmuşam, ikincisi odur ki, partiya ailəsinə daxil olmuşam. Hər iki ailə mənim üçün çox önəmlidir və bu ailələrə daxil olduğum üçün çox şadam. öz sənətimlə həmişə partiyaya qulluq etməyə hazıram”.
“Hazırda ölkəmiz Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Mən fəxr edirəm ki, hələ gənclərin ilk forumunda Heydər Əliyevin qarşısında çıxış etmişəm”. Bu sözləri isə tanınmış gənc müğənni Elton Hüseynəliyev YAP-a üzvlük vəsiqəsini alarkən səsləndirib. Elton Hüseynəliyev YAP-a üzv olmağının səbəbini açıqlayarkən deyib: “ölkəmizin Heydər Əliyev yolu ilə tərəqqisinə öz töhfəmi vermək istəyirəm”.
Yeni Azərbaycan Partiyasının rəhbərliyinə gənclərə yaradılan şəraitə görə minnətdarlığını bildirən Elton Hüseynəliyev, eyni zamanda, Naftalanda keçirilən konfransın böyük əhəmiyyətini vurğulayaraq qeyd edib ki, belə tədbirlər gənclər arasında ünsiyyəti artırır və təcrübə mübadiləsini gücləndirir.
Göründüyü kimi, Azərbaycan gəncliyinə perspektivli fəaliyyət göstərmək, malik olduğu potensialla dövlətin inkişafına töhfə vermək üçün əlverişli şərait yaradan Yeni Azərbaycan Partiyası tanınmışların da vahid seçimidir. Bütövlükdə cəmiyyətin bir çox sahələrində fəaliyyət göstərən Azərbaycan gəncləri Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur hissi keçirirlər. Bu fakt isə bir daha sübut edir ki, Yeni Azərbaycan Partiyası ümummilli partiyadır.
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43

