Rəsmi Bakı hesab edir ki, Ermənistan prezidentlərin Dovil bəyanatından nəticə çıxarmalıdır
28.05.2011 [10:29]
“Rəsmi Bakı hesab edir ki, Ermənistan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair son bəyanatından nəticə çıxarmalıdır. Əlbəttə, biz prezidentlərin Fransanın Dovil şəhərində “səkkizlər”in görüşü zamanı verdikləri bəyanatı alqışlayırıq. Prezidentlər Barak Obama, Dimitri Medvedev və Nikola Sarkozinin münaqişənin indiyədək həll olunmaması ilə bağlı narahatlıqları başa düşüləndir və məmnunluq doğurur. Buna görə də, onlar münaqişənin tezliklə danışıqlar yolu ilə həllini vurğulayırlar, biz də buna böyük əhəmiyyət veririk”, - bunu “Trend”ə müsahibəsində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri Mevedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini “siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək sammit zamanı əsas prinsiplər üzərində (Dağlıq Qarabağ tənzimlənməsi üzrə) işi başa çatdırmağa çağırıblar.
“Gələcək yubatma tərəflərin razılıq əldə etməyə tərəfdar olduqlarını sual altında qoyacaq”, - ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin birgə bəyanatında deyilir.
N.Məmmədov deyib ki, danışıqlar prosesi indiyədək Ermənistan tərəfinin günahı üzündən uzadılıb.
“Hələ 2009-cu ilin sonunda Ermənistan tərəfi verilmiş təkliflərə müsbət münasibət bildirsə də, sonradan mövqeyini dəyişərək bu günə qədər vaxt itirilməsinə səbəb oldu. Bundan sonra isə həmsədrlərin danışıqlar prosesini davam etdirməsi, yenilənmiş variantın hazırlanması, qiymətləndirmə missiyasının hesabatı və nəticədə isə status-kvonun dəyişməsi zərurəti doğurdan da münaqişənin həlli ilə bağlı irəliyə addım atmağı vacib edir. Lakin mən hesab edirəm ki, bu müraciət birbaşa Ermənistan tərəfinə ünvanlanıb. Baxmayaraq ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yenə də beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Hamı bilir ki, Azərbaycan torpaqlarını Ermənistan işğal edib və bu statusda saxlayır. İndi bu status-kvo belə qala bilməz, onun dəyişməsi vacib hesab edilir. Bunun üçün də ilk növbədə Ermənistan işğalçı qoşunlarını 7 rayondan çıxarmalıdır, özü də sülh və danışıqlar yolu ilə”, - PA rəsmisi deyib.
N.Məmmədovun sözlərinə görə, münaqişənin sülh və danışıqlar yolu ilə həllini ən çox istəyən dövlət elə Azərbaycanın özüdür.
“Münaqişəyə qədər həmin rayonlarda yaşayan insanlar ora qayıtmalıdırlar, məskunlaşmalıdırlar. Burada müvafiq abadlaşdırmanın aparılması, ərazinin minalardan təmizlənməsi və digər işlərin görülməsi danışıqlar prosesində münaqişənin həllinin birinci mərhələsini təşkil etməlidir. Sonra isə digər mərhələlər davam etdirilməlidir. Referendum və onunla bağlı məsələlərin isə son mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İndi prezidentlərin bəyanatına reaksiya olaraq Ermənistan tərəfi yenə də danışıqları uzatmaq üçün bəhanələr axtarmamalı, əksinə, həmsədrlərin ortaya qoyduğu və prezident Medvedevin son vaxtlar fəal dəstəklədiyi, eyni zamanda, üç prezidentin bu gün vurğuladığı əsas prinsiplərin danışıqlar yolu ilə həll variantına razılıq verib irəliyə addım atılması üçün iradə nümayiş etdirməlidir”, - deyə N.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

