/ / Ramiz Mehdiyev: Bakı Beynəlxalq Humanitar Forumu ümumbəşəri qarşılıqlı humanitar əlaqələr problemini əhatə edir
Ramiz Mehdiyev: Bakı Beynəlxalq Humanitar Forumu ümumbəşəri qarşılıqlı humanitar əlaqələr problemini əhatə edir
11.06.2011 [09:49]
Akademik Ramiz Mehdiyev iclasın yekunlarını kütləvi informasiya vasitələri üçün şərh edərək deyib ki, Bakı Forumunun keçirilməsi ilə əlaqədar bütün məsələlər kompleksi işçi qaydada müzakirə edilib. O deyib: “Təşkilati, hətta, mən deyərdim, nəzəri xarakterli məsələlər və bu humanitar forumun müzakirəsinə çıxarılmalı olan məsələlər də var idi. çünki humanizm, humanitar məsələlər insan həyatının demək olar ki, bütün fəaliyyətini əhatə edir. Buna görə də, forum bu baxımdan müəyyən mənada orijinal olacaqdır. Bu gün burada işçi qrupu iclas keçirir. O, həyata keçirilməsi zəruri olan daha konkret məsələləri həll edəcəkdir”.
Forumun son dərəcə maraqlı və zəngin olacağını bildirən Sergey Narışkin deyib: “Biz diskussiyaların mövzuları və iştirakçıların tərkibi barədə razılığa gəldik. Plenar iclaslardan əlavə, bir neçə panel iclası da olacaqdır. Onların sayını və adlarını deməyəcəyəm, lakin müəyyən maraq yaratmaq üçün 3 panel diskussiyasının adlarını çəkirəm: “İqtisadi inkişafın müasir modellərinin humanitar problemləri”; “Humanizmin fəlsəfi problemləri”; “Biotexnologiyalar və etika problemləri”. Bunlar çox ciddi, fəlsəfi, humanist mövzulardır. Həmin diskussiyalarda bizim cəmiyyətlərin qarşısında, bəşəriyyət qarşısında duran suallara cavab verilməlidir”.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iyunun 25-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazanda keçiriləcək görüşündən nə gözlənilməsi barədə sualı cavablandıraraq bildirib ki, üç prezidentin görüşündə Dağlıq Qarabağ məsələləri də müzakirə ediləcək. Həmin görüşdən nə gözlənilməsi barədə indi nə isə demək çətindir. R.Mehdiyev vurğulayıb: “Hər halda biz bu görüşdən çox şey gözləyirik. ümid edirik ki, bu görüş həmin məsələnin, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə təkan verəcəkdir. Bu mənada Azərbaycanın mövqeyi məlumdur, cənab Prezident İlham Əliyev bunu dəfələrlə demişdir. Bu, ərazi bütövlüyü və Dağlıq Qarabağ üçün yüksək muxtariyyətdir. Aşkardır ki, həmin məsələlərin müzakirəsi bu rakursda aparılacaqdır. Bu görüşün nə ilə nəticələnəcəyini indi söyləmək çətindir. Hər halda Azərbaycan ictimaiyyəti gözləyir ki, bu görüş həmin problemin həllində irəliləyiş üçün yeni təkan verəcəkdir”.
Ramiz Mehdiyev qarşıdakı humanitar forumun orijinallığının nədən ibarət olacağı barədə sualı şərh edərək deyib ki, bu forumun orijinallığı onun bu qəbildən ilk forum olmasıdır. O, sözünün sonunda deyib: “Əvvələn, bu, beynəlxalq forumdur. İkincisi, bir amili xüsusi vurğulamalıyıq ki, bu forum iki prezidentin - Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə keçirilir, iki dövlət belə bir beynəlxalq forum keçirilməsi məsuliyyətini öz üzərinə götürmüşdür. Orijinallıq da elə bundadır. Bundan əlavə, bizim ölkələrimizin prezidentlərinə qədər heç kəs bu ümumbəşəri, ümumdünya miqyaslı qarşılıqlı humanitar əlaqələr problemini dünya ictimaiyyətinin müzakirəsinin gündəliyinə daxil etməmişdir”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

