YAP ilə AK Parti arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
15.04.2023 [20:22]
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının İstanbul vilayət təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
YAP İdarə Heyətinin üzvləri, deputatlar Hikmət Məmmədov, Pərvin Kərimzadə, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevdən ibarət nümayəndə heyəti ilə aprelin 15-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul vilayət təşkilatında görüş keçirilib.
Görüşdən əvvəl Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.
Numan Kurtulmuş bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” təfəkkürü ilə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın dostluq və qardaşlıq münasibətləri, dövlət qurumlarımızın da işbirliyi ilə iki qardaş ölkə arasında münasibətlər sürətlə inkişaf edərək hazırda müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan–Türkiyə əlaqələrinin bütün mərhələlərdə daha da möhkəmləndiyini vurğulayan AK Parti Sədrinin birinci müavini diqqətə çatdırıb ki, təkcə dövlətlərimiz arasında əlaqələr deyil, qardaş xalqlarımızın münasibətləri də gündən-günə inkişaf edir.
İşğal altındakı torpaqlarının azad edilməsi uğrunda 44 günlük qəhrəmanlıq dastanının yazıldığı Vətən müharibəsində də Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən Numan Kurtulmuş deyib ki, Türkiyənin beynəlxalq aləmdə nüfuzu, milli müdafiə sənayesi onun bütün imkanları ilə Azərbaycanın yanında olmasına şərait yaratdı. Nəticədə beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupunun 30 il ərzində bu istiqamətdə heç bir addım atmadığı problem Türkiyənin köməyi və Azərbaycanın mübarizəsi ilə həllini tapdı.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirənlərlə bağlı başsağlığı verərək, yaralıların tezliklə şəfa tapmasını arzulayıb.
Tahir Budaqov bildirib ki, dərin köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bir çox sınaqlardan çıxıb. Əlaqələrimiz 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi yüksək siyasi, mənəvi dəstəyindən sonra keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Azərbaycan xalqı bu dəstəyi, qardaşlığı, dostluğu heç zaman unutmayacaq.
YAP-ın Azərbaycan qarşısında duran yeni vəzifələrin həyata keçirilməsi, məqsədlərə nail olunması üçün genişmiqyaslı fəaliyyət həyata keçirdiyini vurğulayan Tahir Budaqov deyib: “İyunun 2-də Türkiyəyə səfərimiz zamanı Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Yeni Azərbaycan Partiyası arasında imzalanmış əməkdaşlıq Sazişini xüsusi qeyd etmək istəyirəm. Həmin Saziş imzalandıqdan sonra AK Parti ilə Yeni Azərbaycan Partiyası bir çox layihələri həyata keçirib, uğurlu əməkdaşlıq edib. Bu qısa zaman kəsiyində hətta beynəlxalq səviyyəli tədbirləri də birlikdə reallaşdırmışıq”.
Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının regionda yeni reallıqlar yaratdığını söyləyən Tahir Budaqov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərində Türkiyənin ölkəmizə verdiyi dəstəyi xüsusi vurğulayıb. Qeyd edib ki, Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş bütün bölgələrdə aparılacaq quruculuq işlərində də ölkələrimiz birlikdə olacaq, bu işləri birgə həyata keçirəcək.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dostluq əlaqələri bütün bölgədə sabitlik və inkişaf üçün möhkəm əsaslar yaradıb. Bu proses artıq bütün dünyanın diqqətini cəlb edib, beynəlxalq güclərin maraq dairəsinə düşüb. Son illərdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və liderliyi ilə həyata keçirilən tədbirlər nəticəsində türk dövlətlərinin daha da yaxınlaşmasının, vahid bir təşkilat olaraq fəaliyyət göstərməsinin şahidi oluruq. Yaranmış tarixi fürsəti düzgün qiymətləndirməli və bu imkandan türk dövlətlərinin hamısının faydalanmaq şansını əldən verməməliyik.
Sonra xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

