Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənilər ABŞ-dan dəstək istəyir

Ermənilər ABŞ-dan dəstək istəyir

20.04.2023 [10:36]

İşxan Saqatelyanın ABŞ-a səfəri və ANCA-da görüşlər keçirməsi bu məqsədə xidmət edir

Ermənistanın “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan ABŞ-a səfər edərək Amerika Erməniləri Milli Konqresində (ANCA) görüşlər keçirib. Saqatelyan səfər zamanı Azərbaycan əleyhinə yeni addımların atılmasını müzakirə edərək ANCA-dan, bütövlükdə, ABŞ-dakı erməni diasporundan dəstək istəyib. Belə ki, görüşlərdə “907-ci düzəliş”in saxlanması, eləcə də ABŞ-n Azərbaycana hərbi yardımının dayandırılması və ölkəmizə sanksiya tətbiq edilməsi kimi  məsələlər müzakirə olunub. Qeyd edək ki, ANCA erməni diasporunun ABŞ-dakı ən güclü təşkilatıdır və lobbinin fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Təşkilatın Amerikanın, eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir. Digər erməni təşkilatları ilə birgə uydurma “erməni soyqırımı”nın tanınması məqsədi ilə kampaniyalar təşkil edir və müxtəlif lobbiçilik fəaliyyəti ilə məşğul olur. 1999-cu ildə komitənin sədri Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah-sursat saxlamasına görə, ABŞ hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

ANCA-nın Azərbaycana qarşı “yeni layihəsi”

Hazırda ANCA-nın fəaliyəti əsasən üç istiqamətdə təşkil olunub. Birincisi, Ermənistana və Qarabağ separatçılarına maddi və siyasi yardım göstərməkdir. İkincisi, ABŞ prezidentinə və siyasi elitasına təsir göstərərək uydurma “erməni soyqırımı”nı tanıtmaq və Türkiyədən təzminat alınmasına nail olmaqdır.  Üçüncüsü isə Azərbaycana qarşı olan istiqamətdir. Burada təşkilatın məqsədi Qarabağ məsələsində ermənilərin guya doğru mövqedə olmasını ABŞ və dünya ictimaiyyətinə qəbul etdirmək,  Azərbaycana qarşı aparılan informasıya müharibəsinin təşkilinə kömək və onu maliyyələşdirməkdir. Qeyd edək ki, 1992-ci ildə ABŞ Konqresində Azərbaycana qarşı “907-ci düzəliş”in qəbul olunmasında da ANCA-nın rolu böyük olmuşdu. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi və beləliklə, həmin düzəliş icrası xeyli müddətdir dayandırılıb.

Qeyd edək ki, ANCA “Daşnaksütyun” partiyası ilə sıx əlaqələrə malikdir. İşxan Saqatelyanın Birləşmiş Ştatlara səfər edərək təşkilatın baş ofisində görüşlər keçirməsi də bu əlaqələrin göstəricisidir.  Əvvəllər İ.Saqatelyan erməni cəmiyyətində ruspərəst mövqeyi ilə tanınıb. Sonradan isə qərbyönümlülərə tərəf keçməyi qərara alıb. Müxalifətin baş nazir Nikol Paşinyana qarşı əsas alternativ kimi təqdim etməyə çalışdığı Saqatelyanın son zamanlar Qərbə, Avropaya  səfərlərini artırması da erməni diasporundan özünə dəstək qazanmaq istəyinin təzahürüdür.

Həmin şəxsin ABŞ-a son səfərində Azərbaycana qarşı yeni kampaniyaların təşkil edilməsi də əsas yer tutur. Xatırladaq ki, fevral ayında  erməni diasporu və lobbisinin səyi nəticəsində  ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı qətnamə layihəsi təqdim edilib. Qətnamədə ölkmizə qarşı sanksiyaların tətbiq olunması, “Azərbaycanın məsuliyyətə cəlb edilməsinin zəruriliyi” də vurğulanıb. ABŞ-ın Azərbaycana bütün hərbi yardımını dərhal dayandırmaq və Azadlığa Dəstək Aktının 907-ci maddəsini tətbiq etmək də layihədə əksini tapır. Hələ ki, ABŞ Konqresində bu qətnamə layihəsinə nə vaxt baxılacağı məlum deyil. Laki? ermənilər və onların havadarları sənədin tezliklə müzakirəyə çıxarılmasına çalışır.

Əgər ölkəmizə qarşı hansısa qərarlar qəbul olunsa...

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, ABŞ-da erməni diasporu və lobbisi müəyyən siyasi dairələrə təsir edə bilir. Onun sözlərinə görə, erməni lobbisinin Qərbdə ən çox çirkli əlaqələr qurduğu siyasətçilər ABŞ-dadır. Dəfələrlə ANCA tərəfindən ölkəmizə qarşı əsassız kampaniyalarda ABŞ konqresmenləri alət kimi istifadə edilib. Erməni lobbisi bütün dövrlərdə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışıb. Hələ Ermənistanın 30 illik işğalçı siyasəti dövründə də erməni lobbisi konqresmenlərin vasitəsilə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərib. Halbuki, işğaldan əziyyət çəkən məhz Azərbaycan dövləti və xalqı idi. “907-ci düzəliş” məhz belə bir dövrdə qəbul edilmişdi.

Politoloq qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra dünya erməniliyi müstəqil Azərbaycana qarşı növbəti qara piara start verib: “Hazırda Laçın yolunda ekofəalların dinc aksiya keçirməsindən də erməni lobbisi özünün çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışır. ABŞ Nümayəndələr Palatasına təqdim edilən məlum qətnamə layihəsi də buradan qaynaqlanır. Düşünürəm ki, ABŞ beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə hörmət edirsə, həmin layihə Nümayəndələr Palatasında qəbul olunmamalıdır. Vaxtilə qəbul edilmiş 907-ci düzəliş də erməni lobbisinin bir layihəsi idi. Artıq xeyli müddətdir ki, həmin maddənin tətbiqi dayandırılıb. ABŞ tərəfi belə bir səhvləri təkrarlamamalıdır. Əks halda, özünün imicinə zərbə vurmuş olacaq”. R.Alıyevin fikrincə, İ.Saqatelyanın ABŞ-a səfər edərək ANCA-da görüşlər keçirməsi, ölkəmizə qarşı növbəti çirkin planlar həyata keçirmək istəyi reallaşmayacaq: “Təbii ki, ABŞ-da Azərbaycanın da dostları var. Azərbaycan diplomatiyası bu yöndə işlər aparacaq. Dövlətimiz, eləcə də diasporumuz çalışır ki, ermənilərin çirkin kampaniyalarının qarşısı alınsın. Məlumdur ki, ABŞ Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan və Ermənistanla fəal iş aparır. Əgər rəsmi Vaşinqtonun vasitəçiliyinin davam etməsi şəraitində ABŞ Azərbaycana qarşı hansısa qərar qəbul edərsə, rəsmi Bakı tərəfindən onun vasitəçiliyindən imtina edilməsi ilə nəticələnə bilər. Necə ki, məlum səbəblərdən dövlətimiz Fransanın vasitəçiliyindən imtina edib”.  

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31