/ / Buxarestdə Ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması Rumıniyada Ulu öndərin xatirəsinə böyük ehtiramın göstəricisidir
Buxarestdə Ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması Rumıniyada Ulu öndərin xatirəsinə böyük ehtiramın göstəricisidir
12.07.2011 [07:28]
Rumıniyanın hakim Demokrat Liberal Partiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında görüş keçirilib.
AzərTAc xəbər verir ki, YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov səfərin Azərbaycan və Rumıniya arasında dostluğun möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb və deyib ki, qarşılıqlı səfərlər əlaqələrin dairəsinin genişləndiyini və həyatımızın bütün sahələrinə nüfuz etdiyini göstərir: “Bu, xalq diplomatiyasının təzahürüdür. Rumıniyanın və Azərbaycanın hakim partiyaları arasında əlaqələrin dərinləşməsi ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı fonunda baş verir. Buxarestdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Bakıda isə görkəmli rumın bəstəkarı Corce Eneskunun abidələrinin ucaldılması xalqlarımız arasındakı bu münasibətlərin yüksək səviyyəsini göstərir”.
Ə.Əhmədov qeyd edib ki, rumın nümayəndə heyətinin tərkibində siyasətçilərlə yanaşı, tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinin də Azərbaycana gəlməsi ölkələrimiz arasında bu sahələrdə münasibətlərimizin inkişafında xüsusi rol oynayacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən YAP Sədrinin müavini Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və münaqişənin həllinə ədalətli mövqedən yaxınlaşdığına görə rəsmi Buxarestə və rumın xalqına təşəkkürünü bildirib.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu Azərbaycanın son illər ərzində bütün sahələrlə əldə etdiyi sürətli inkişafdan məmnun olduqlarını diqqətə çatdırıb. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayan qonaq, ölkələrimiz arasındakı əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. Bildirib ki, Buxarestdə ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması Rumıniyada Ulu öndərin xatirəsinə böyük ehtiramın göstəricisidir.
Qonaq deyib ki, Azərbaycanın və Rumıniyanın bir çox mühüm layihələrdə iştirakı, AGRİ layihəsinin həyata keçirilməsi prezidentlər İlham Əliyevin və Trayan Beseskunun şəxsi dostluğuna əsaslanan münasibətlərimizin yüksək inkişafının nəticəsidir.
Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xüsusi vurğulayan N.Ontsanu bildirib ki, Rumıniya bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.
Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Görüşdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

