İranın gerçək siması
23.05.2023 [10:20]
Mübariz Abdullayev
İranda baş verən proseslər bu ölkənin hakimiyyətinin əsl mahiyyəti barədə konkret təsəvvür yaradır. 1979-cu ildə əslində xaricdən ölkəyə ixrac edilən siyasi rejim öz mövcudluğunu geniş vüsət alan repressiyalar, terror siyasəti sayəsində qorumağa çalışır. Hər gün buradan ən adi insan hüquq və azadlıqlarının pozulması ilə bağlı yeni məlumatlar daxil olur. Haqlarını tələb edən, sosial ehtiyaclarının ödənilməsini istəyən insanların döyülməsi, qadınların zorakılığa məruz qalmaları, ölkə daxilində və ölkə hüdudlarından kənarda siyasi müxalifətin sıradan çıxardılması, kütləvi həbslər mollakratiyanın gerçək simasını əks etdirir.
ABŞ-da Əhməd Obalı ailəsinin zorakılığa məruz qalması
İran bütün dünyada terror dövləti kimi tanınır. Mollakratiyanın siyasətini tənqid edənlər bir qayda olaraq “qara siyahı”ya alınırlar və onların təqibi başlanır. Sivil mübarizə metodlarını tanımayan rejimin siyasi rəqiblərini sıradan çıxarmaq üçün əl atdığı vasitələrdən biri məhz qanlı terrordur. Məlum olduğu kimi, rejimin antihumanist siyasəti ilə barışmayanların bir çoxu qaçaraq xarici ölkələrə sığınıblar. Lakin onların da həyatı terrordan və təqiblərdən sığortalanmayıb. Rejim tərəfindən qurulan və maliyyələşdirlən şəbəkə onları hər yerdə tapıb öz çirkin əməllərinin qurbanına çevirə bilərlər.
Bu günlərdə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalının və oğlu Dənizin ABŞ-da fiziki zorakılığa məruz qalaraq döyülmələri mollakratiyanın terror əlinin hətta okeanın o tayına da çatdığından xəbər verir. Yaxınları xəstəxanada olan Əhməd Obalının son durumu barədə danışıblar. Ümumi diaqnoz ondan ibarətdir ki, Əhmədin sağ əlinin barmaqları qırılıb, əl və ayaqlarını hiss etmir. Həmçinin baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb. Ehtimal olunur ki, muzdlu qatillər onun boynunu sındırmağa cəhd göstəriblər. Oğluna da ayrı-ayrı nahiyələrdən zərbələr endirilib. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.
Əhməd Obalının fəaliyyəti bu terror hadisəsinin də İran hakimiyyətinin sifarişi ilə törədildiyi ehtimalını gücləndirir. Qeyd edək ki, Əhməd Obalı və ailəsi uzun illərdir ki, Amerikada mühacir həyatı yaşayır. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejimini davamlı olaraq tənqid atəşinə tutan, mollakratiyaya nifrətlərini ifadə edən insanlara tribuna verən GünAz TV-nin rəhbəri və qurucusudur. Mollakratiya ölkə ətrafında informasiya çəpəri qurmağa çalışır. GünAz TV isə bu çəpəri sökür və rejimin iç üzünü bütün dünyaya göstərir. Bu materiallar İrandan okeanın o tayına əksər hallarda aksiya iştirakçılarının özləri tərəfindən göndərilir. Birbaşa aksiyalardan çəkilən videomaterilallar həm İranın özündə, həm də ölkənin hüdudlarından kənarda izlənilir. Beləliklə də, etirazların əhatə dairəsi genişlənir,
İran rejimini Obalı ailəsinə qəzəbli edən digər bir amil isə azərbaycanafobiyadır. Rejim bu ölkənin aborogen sakinləri olan 40 milyon azərbaycanlının hüquqlarını tanımaq istəmir. Burada yaşayan bir ovuc erməniyə ana dilində təhsil almağa, qəzet və jurnallar dərc etməyə imkan verildiyi halda, bütün bunlar azərbaycanlılara qadağan edilib. Nə üçün? Sualın cavabı aydındır: Rejim azərbaycanlıların təşkilatlanacağından, milli azadlıq mübarizəsinə qalxacaqlarından ilan vuran ala çatıdan qorxan kimi ehtiyatlanır. Məhz buna görə də İranda yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik edilir, soydaşlarımızın yaşadıqları bölgələrdə diskriminasiya siyasəti aparılır.
Davam edən edamlar
İran dünyada edam hökmünü qüvvədə saxlayan azsaylı ölkələr sırasında yer alır. Xatırladaq ki, ötən ilin sentyabr ayında İranın paytaxtı Tehranda 22 yaşlı Məhsa Əmini adlı gənc qadının polis nəzarəti altında ölməsindən sonra ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Nümayişlərlə bağlı cinayətlərə görə 10-dan çox adam edam cəzasına məhkum edilib.
Ölkədə yaşayan milli azlıqların nümayəndələri də tez-tez edamlara məruz qalırlar. “İran international”ın yaydığı xəbərdə bildirilir ki, aprelin axırı-mayın əvvəlində 19 etnik bəluc edam olunub. Müşahidəçilər və hüquq müdafiəçiləri bunun Tehran rejiminin Sistan-Bəlucistan fəallarına qarşı kampaniya olduğunu bildiriblər. Onların qənaətincə, hakimiyyət bu yolla bəlucları qorxutmaq və mübarizədən çəkindirmək istəyir. Məlumata görə, ölkənin müxtəlif həbsxanalarında son 7 ayda 123 etnik bəluc edam olunub. Onlar hakimiyyətə qarşı etiraz aksiyalarında iştirak ediblər.
Qonşu ölkədə bu günlərdə daha 3 nəfər - Salih Mirhaşimi, Mecid Kazımi ve Said Yakubi adlı şəxslər də edam olunublar. Onların “dövlətə qarşı müharibə açmaq” maddəsi ilə həbsə alındıqları bildirilir. Edam edilən əxslər Məhsa Əmininin öldürülməsindən sonra başlanan etiraz aksiyaları zamanı 3 hüquq-mühafizə orqanı əməkdaşını öldürməkdə ittiham olunublar.
Xəbər lenti
Hamısına baxMEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03

