Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Moskvaya çağırılır...

Moskvaya çağırılır...

31.05.2023 [10:20]

Erməni baş nazirin növbəti “izahatı” alınacaq

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən proses bir neçə istiqamətdən davam etdirilir. Qeyd edək ki, mayın 14-də Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüşün ardından Moskvada üçtərəfli formatda danışıqların davam etdirilməsi prosesin diqqət mərkəzində olduğunu deməyə əsas verir.

Moskva görüşündən öncə Aİİ İqtisadi Şurasının iclasında baş verənlər, Ermənistanın baş naziri Nikol Paşinyanın yeni manipulyasiyalara əl ataraq sülhdən yayınma cəhdləri isə uğursuzluqla müşayiət olundu. Min bir yolla prosesi uzatmağa, nəqliyyat kommunikasiyalarının açılmasına mane olmağa çalışan Paşinyan hətta Rusiya prezidenti Putin tərəfindən də məzəmmət edildi - Kreml rəhbəri Paşinyana açıq şəkildə prosesləri beynəlxalq hüquq müstəvisində yanaşma sərgiləməyin vacibliyini “izah etdi”.

Paşinyanın, dolayısı ilə Ermənistanın sülh prosesinin uzadılması ilə bağlı cəhdləri boşa çıxdıqca onun ətrafındakı çəmbər də daralır. Artıq hansısa xarici güclərə “arxalanmağın” da yersiz olduğunu anlayan Paşinyan danışıqlar prosesinə “sadiq”liyini sübut etməyə çalışır, Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərrbaycan torpağı kimi tanıdığını dəfələrlə təkrar edir. Bununla belə erməni baş nazirin uğurlu sülhə doğru istiqamətlənən prosesə ciddi-cəhdlə mane olmağa çalışdığı ilk baxışdan da sezilir.  

Paşinyanı Mişustin qəbul edəcək

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Moskvaya işgüzar səfərə gedəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə deyib. O bildirib ki, Paşinyanı Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin qəbul edəcək.

Xatırladaq ki, baş naziri Paşinyan Moskvada aparılan danışıqlardan sonra rəhbərlik etdiyi kabinetin qapalı iclasını keçirib. Qapalı görüşlə bağlı erməni mətbuatının yaydığı məlumatların isə rəsmi İrəvan və separatçı rejim üçün ürəkaçan olmadığı  bildirilir.

KTMT “qulaqburması”...

Paşinyanın Moskvaya yenidən səfər etməsi isə bir sıra istiqamətlərdə izah edilir. İlk növbədə bu səfərin Ermənistanın KTMT-dəki gələcək aqibəti ilə bağlı olduğu vurğulanır. Qeyd edək ki, qurumun Minskdə baş tutan sonuncu müdafiə nazirlərinin görüşündə Ermənistanın təmsil olunmaması Rusiya tərəfindən qınanılmışdı. Rusiyanın müdafiə naziri Şoyqu bunu yolverilməz adlandıraraq Ermənistanın təşkilatdan çıxmaq planlarını istisna etmişdi.

İndiki halda isə Paşinyan Ermənistanın KTMT-dəki fəaliyyətini dayandırması üçün bütün gücünü səfərbər edib. Səbəb kimi isə, KTMT üzvü olmalarının onlara Qərb dövlətlərindən silah almaqda mane olduğunu əsas gətirirlər. Qeyd edək ki, Ermənistanın bu “arzusu” həm Rusiya XİN, həm də Rusiya MN tərəfindən etirazla qarşılanmışdı.

Moskva xəbərdarlıq edir

Səfərin digər səbəbi isə təbii ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı aparılan sülh prosesi ilə əlaqələndirilir. Paşinyanın ciddi-cəhdlə mane olmağa çalışdığı regional kommunikasiya layihələri, əsasən də “Zəngəzur dəhlizi” və diğər nəqliyyat logistika kommunikasiyaları ilə bağlı Rusiyanın mövqeyi bəllidir. Prezident Putin də son Aİİ İqtisadi Şurasında çıxışı zamanı bu mövqeyi açıq şəkildə izah etdi. Eyni zamanda, Ermənistanın Fransanın himayəsinə sığınaraq Rusiyaya qarşı “fərqli mövqe” nümayiş etdirmək cəhdləri çox güman ki Kreml tərəfindən müşahidə olunur. Prezident Putinin Paşinyana verdiyi “düzəlişlərin” kökündə həm də buna işarələr yatırdı - Rusiya dövlət başçısı dolayısı ilə Ermənistana hərəkətlərində “korrektələr” etməyi “məsləhət” gördü.

Beləliklə, Paşinyanın nəzərdə tutulan Moskva səfəri Ermənistan üçün həm də xəbərdarlıq sayıla bilər. Rəsmi İrəvan bu xəbərdarlıqdan nəticə çıxarmasa, prosesin inkişafının fərqli məcralara yönələcəyi də istisna edilə bilməz..

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Yuxumuz şirin olsun...

28 Sentyabr 11:32

MEDİA

Sosial

Son 8 ayda...

28 Sentyabr 11:10

Analitik

Xəbər lenti

İki terrorçu Ruben

28 Sentyabr 10:50

Siyasət

Fransanın “məkri”

28 Sentyabr 10:40

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30