Dövlətə, Vətənə bağlılığın təntənəsi...
15.07.2023 [10:20]
Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən yeddi il ötür
2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən uğursuz dövlət çevrilişi cəhdindən yeddi il ötür. Xatırladaq ki, FETÖ və ona bağlı olan qüvvələr legitim hakimiyyəti hərbi yolla ələ keçirmək üçün çevrilişə cəhd göstərmişdi. Qəhrəman Türkiyə xalqı bu ağır sınaqdan şərəflə çıxdı, Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlət çevrilişi cəhdinin qarşısını aldı. Məhz bu qəhrəmanlıq və milli birlik nəticəsində məkrli qüvvələr öz niyyətlərinə çatmadılar, Türkiyə dövləti təlatümlərdən və tənəzzüldən xilas oldu.
Dövlətçilik və demokratiya çətin sınaq qarşısında...
Türk xalqı hər zaman özünün milli kimliyinin, dövlətçiliyinin və demokratiyanın keşiyində dayanıb, böyük itkilər versə də, bu dəyərləri unutmayıb, ən kritik məqamlarda belə Vətənə, torpağa sədaqət, möhkəm bağlılıq nümayiş etdirib. 15 iyul hadisələri də Türkiyə üçün, dövlətçilik üçün belə sınaq məqamlarından biri idi. Bu çevriliş cəhdində Türkiyənin zəifləməsini, regiondakı nüfuzunu və çəkisini itirməsini, iqtisadi cəhətdən çökməsini arzulayan xarici güclərin də rolu vardı. Başqa sözlə, FETÖ ssenarisi imperialist güc mərkəzlərinin mətbəxində hazırlanmışdı. Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyətləri və onun rəhbərliyi ilə Türkiyənin özünün milli maraqlarını qətiyyətlə qoruması, ədalət prinsipinin hər yerdə bərqərar olmasına güclü səy göstərməsi, Türk dünyasının birliyi uğrundakı mübarizəsi bir çoxlarını narahat edirdi. Onlar Türkiyəni inkişafdan, demokratiyadan geri döndərmək üçün müxtəlif planlar qurur, ssenarilər hazırlayırlar. Lakin FETÖ və digər satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları planlar növbəti dəfə iflasa uğradı. Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında FETÖ, ona himayədarlıq edən qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar.
Qan yaddaşına yazılan izlər
FETÖ terror təşkilatının 2016-cı il 15 iyul tarixində törətdiyi dövlət çevrilişi cəhdi Türkiyə xalqının qan yaddaşında acı izlər buraxıb. Hərbi çevrilişə cəhd nəticəsində 251 nəfər şəhid olub, 2196 nəfər isə yaralanıb. Qədirbilən türk xalqı qəhrəman övladlarının xatirəsini həmişə əziz tutur. Türkiyə çox qısa zamanda toparlanaraq bu cinayətə yol verənlərin layiqli cəzasına çatmasını təmin etdi. Uzun illər ərzində Türkiyə daxilində fəaliyyət göstərən FETÖ şəbəkəsi ifşa edildi. Özünü “paralel hökumət” hesab edən bu terror birləşməsi ilə bağlı bütün faktlar açıldı.
Azərbaycanın həmrəyliyi
Azərbaycan-Türkiyə münasibətləri hər zaman dostluğun, qardaşlığın zirvəsi sayılır. Dünya dövlətləri arasında ikinci belə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun.15 iyul hadisələri zamanı nümayiş etdirilən qətiyyət Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya göstərdi. Həmin çətin anlarda həm xalqımız, həm də dövlətimiz Türkiyə ilə bir yerdə idi. Prezident İlham Əliyev bu hadisələrdən dərhal sonra qardaş ölkəyə lazımi dəstəyin göstərilməsi ilə əlaqədar tapşırıqlarını verdi. Azərbaycan dövləti birinci olaraq bu məsələyə öz münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion quruluşunu, xalqın iradəsi ilə formalaşmış hakimiyyəti dəstəklədi, bu hakimiyyətə qarşı xain cəhdləri qətiyyətlə pislədi. Prezident İlham Əliyev 16 iyul 2016-cı il tarixində qardaş ölkənin dövlət başçısına ünvanladığı məktubunda baş verənləri bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi səciyyələndirdi.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

