Separatçılar arasında qarşıdurma...
19.07.2023 [10:25]
N.BAYRAMLI
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşən rus sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında mövcud olan erməni separatçıları arasında qarşıdurma güclənib. Xankəndidəki qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanın bir neçə gün əvvəl həbs olunması, sonra isə həbsdən azad olunması da bu qarşıdurmanın göstəricisidir. Xatırladaq ki, Balasanyan gah “çevrilişə cəhd”də, gah da “dələduzluqda” ittiham olunurdu. Onun oğlu isə kredit fırıldaqçılığına görə həb edilmişdi. Həbsdə olduğu müddətdə Balasanyanın döyülməsi və ciddi xəsarətlər alması barədə məlumatlar da yayılmışdı. Lakin Rusiya sülhməramlılarının məsuliyyət zonasında mövcud olan qondarma “məhkəmə” V.Balasanyanın həbsi ilə bağlı vəsatəti rədd edib və onun azad olunmasına qərar verib.
Qeyd edildiyi kimi, Balasanyanın həbsi və sonradan azad olunması Qarabağın erməni separatçıları arasında qarşıdurmanın göstəricisidir. Məlumdur ki, Azərbaycana inteqrasiya olunma məsələsi ilə bağlı onlar arasında fikir ayrılıqları mövcuddur. V.Balasanyan qondarma “dövlət naziri” olmaq isətəyən Samvel Babayanla eyni tərəfdədir. S.Babayan isə Bakı ilə birbaşa dialoqun tərəfdarı kimi çıxış edir. Erməni mediası yazır ki, nə separatçıbaşı Araik Arutyunyanın “hökumət komandası”nda, nə də qondarma “parlament”də birlik var. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması və beynəlxalq platformalarda Qarabağdakı ermənilərinin məsələsinin Azərbaycanın daxili işi olmasının etirafı separatçıların ümidlərini büsbütün puç edib.
Daxili qarşıdurmada ən çox təzyiq altında qalan isə separatçıbaşı Araikdir. Onun “istefasını” tələb edənlərin sayı günbəgün artır. “Siyasi məsləhətləşmə” adı ilə baş tutan görüşlər də daha çox qalmaqallarla yadda qalır və tərəflər arasında uçurum dərinləşir. İddiaya görə, Araik vəziyyətdən çıxış yolu kimi mitinqlər keçirməklə sadə insanların başını aldatmağa çalışır. Lakin bu vəziyyət də ona kömək etməyəcək.
Arayikin iyulun 17-də verdiyi “bəyanatda” isə onda psixoloji problemlərin yarandığına dəlalət edir. Belə ki, separatçıların başçısı çıxışında beynəlxalq ictimaiyyət qarşısında “vaxt” qoyub. Deyib ki, “yaxın bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “Artsaxda”, həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq”. Çıxılmaz vəziyyətdə olan separatçılar bununla şantaj kartını işə salmağa çalışırlar, çünki məsələ erməni əhalisinin bölgədə olub-olmaması yox, onların mövcudluğudur. Ya Ağdamdan daşımaları qəbul edib Bakıya təslim olmalıdırlar, ya da erməni əhalisi tədricən onların nəzarətindən çıxmağa məcbur olacaq. Araikin çıxışı da erməni əhalisini “çətin vəziyyətə” hazırlamaq və dəstəyini saxlamaq məqsədi daşıyır.
Onun “həm Qarabağda, həm də ondan kənarda sərt tədbirlərə əl atacağıq” sözləri isə separatçıların növbəti təxribatlar törədə biləcəklərindən xəbər verir. Təbii ki, Azərbaycan ordusu onları törətdikləri təxribatlara görə hər zaman peşman edib. Çünki separatçıların ordumuza qarşı hər hansı addımlar atması üçün gücü yoxdur. Digər tərəfdən, Qarabağda sadə ermənilər arasında Azərbaycana inteqrasiya etmək istəyənlər də az deyil. Separatçılar nə qədər çalışsalar da, onların qarşısını ala bilməyəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

