Azərbaycan bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir
22.09.2011 [09:42]
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələnin BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə daxil edilməsi diplomatiyamızın uğurudur. Məsələnin Baş Assambleyada gözlənilən müzakirəsi həmçinin, ölkəmizin hücumçu diplomatiyasının göstəricisidir. Bu fakt onu təsdiqləyir ki, Azərbaycan bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq təşkilatlarda ədalətli qərarların qəbul edilməsinə nail olur”. Bu fikirləri “yap.org.az” saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bu məsələnin Assambleyanın gündəliyinə daxil edilməsinə qarşı yeganə olaraq Ermənistanın çıxması bu dövlətin işğalçılıq mahiyyətinin əyani göstəricisidir. Onun fikrincə, Ermənistan məsələnin əleyhinə səs verməklə beynəlxalq hüquq normaları və prinsiplərini pozduğunu bir daha nümayiş etdirir. M.Qurbanlı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri ərazi bütövlüyünü və suverenliyi ön plana çəkir. Ərazi bütövlüyü və suverenlik məsələsi də bu danışıqlarda Azərbaycan tərəfinin irəli sürdüyü başlıca fikirdir. O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Ona görə də, BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar dörd qətnamə qəbul edib.
“Dövlətlərarası münaqişələrin və qarşıdurmaların aradan qaldırılmasında BMT-nin özünəməxsus yeri və rolu var. BMT Təhlükəsizlik Şurası yeganə beynəlxalq təşkilatdır ki, bu qurumun qəbul etdiyi qərar və qətnamələr üzv dövlətlər tərəfindən yerinə yetirilməlidir. Əslində, bu gün dünyada sülhün, əmin-amalığın, təhlükəsizliyin və mövcud problemlərin həlli BMT-nin üzərində dayanıb. BMT böyük bir təşkilat olmaqla yanaşı, həm də siyasi məsuliyyət daşıyan bir qurumdur” - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

