Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şərtləri Bakı diqtə edir...

Şərtləri Bakı diqtə edir...

26.08.2023 [10:20]

Ermənipərəst kaspşiklər “tır oyununa” baxa-baxa qalıb

23 aprel hər kəsə öz yerini və həddini başa saldı

BMT TŞ-nın Laçın dövlət sərhəd-buraxılış məntəqəsi və Azərbaycanın alternativ yol təklifi ilə bağlı toplantısı bir sıra suallara cavab verdi. Bu, həm Azərbaycanın illərdir ki, apardığı uğurlu xarici siyasət kursunun düzgün istiqamətləndiyinin təsdiqi, həm də Fransanın dirijorluğu ilə aktuallaşdırılmasına çalışılan və beynəlxalq hüquqa zidd olan separatizmə verilən növbəti qiymət oldu. Başqa sözlə, beynəlxalq aləm Azərbaycanın irəli sürdüyü təklifləri pozitiv, Ermənistanın “şikayətini” isə qeyri-qanuni hesab etməklə ölkəmizin ərazi bütövlüyünü növbəti dəfə təsdiqləmiş oldu.

Bu, həm də separatçı rejimə verilən cavabdır. Fransaya arxayın “olaraq” yenidən “fəallaşma” fazasına qədəm qoymağa çalışan qondarma rejim girov saxladığı Qarabağ ermənilərinə özünü təsdiq etmək üçün “tarana” gedir.

Separatçı rejimin boş “arzuları”

Belə ki, Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb. Separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb. “Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”, - separatçı deyib. Separatçı bildirib ki, Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər.

Göründüyü kimi, separatçı rejim yenidən özünü oda atmağa hazırlaşır. Azərbaycanın humanist mövqeyindən sui-istifadə edərək “şərt irəli sürmək” cəsarəti nümayiş etdirməklə separatçı rejim tam özünüməhvini hazırlayır.

Məğlubiyyətdən nəticə çıxara bilməyənlər...

Qondarma rejim Ermənistanın ikiüzlü siyasətindən və Fransanın apardığı qeyri-hüquqi siyasətdən ruhlanır - onlar düşünülər ki, yalançı səs-küylə nəyəsə nail ola bilərlər. Fakt ortadadır - Ermənistan sülhə tərəf irəliləmək yerinə fərqli bəhanələr “axtarır”, manipulyasiyalara əl atmağa niyyətlənir, hətta BMT TŞ-dakı məğlubiyyətdən belə nəticə çıxarmaq istəmir. Məğlub Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döyür”. Son bir neçə ayda Laçın sərhəd buraxılış məntəqəsi ətrafında Ermənistanın yaratmağa çalışdığı süni şou da fiaskoya uğradı. Artıq bütün beynəlxalq instansiyalar - hətta, Beynəlxalq Ədalət Məhkəməsi belə Laçın dövlət sərhəd-buraxılış məntəqəsi ilə bağlı iddialarının əsassız olduğunu təsdiqləyib. Hətta separatçıların havadarları belə etiraf edirlər ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur.

Laçın postu ermənipərəstləri “baxa-baxa” qoydu...

Ermənistan - Fransa cütlüyünün “tır oyununun” fiaskoya uğraması ermənipərəst xorun səsini batırmaqla yanaşı, Azərbaycanın apardığı uğurlu fəaliyyətə kölgə salmaq üçün min bir vasitəyə əl atanların da ümidlərini puça çıxardı. Məsələn, canfəşanlıqda Fransadan geri qalmayan (əslində onların əksəriyyəti fransızlardan ibarətdir - red.) Aİ “missiyası” sükuta qərq olub. Tələm-tələsik “sərhədə” qaçıb özünü çatdıran ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik isə tır karvanına “baxa-baxa” qalıb. Bu “baxa-baxa” qalmaq isə bir həqiqəti növbəti dəfə ortaya qoyur - Azərbaycanın qələbəsi qarşısıalınmaz bir prosesdir. 23 aprel tarixi - Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması hamıya öz yerini və həddini başa saldı. 23 aprel tarixi qlobal müstəvidə Azərbaycana qarşı kampaniya yürütməyə çalışanları tərk-silah etdi...

Təhlükəsizlik təmin edilib...

O ki qaldı, təhlükəsizlik məsələsinə, ötən aylar ərzində minlərlə insan bu dövlət sərhəd-buraxılış məntəqəsinin xidmətindən yararlanıb - hansısa bir erməni ilə davranışlarda etik qaydaların pozulmasına belə rast gəlinməyib. Hüquq məsələsinə gəldikdə isə, onlara izah olunub - Azərbaycanda yaşayan bütün vətəndaşlar bərabər hüquqa malikdirlər. Laçın dövlət sərhəd-buraxılış məntəqəsi təhlükəsizlik seqmenti üzrə ən yüksək təminata malikdir - əslində post qurulmayana qədərki dövr daha təhlükəli idi. Erməni silahlıları həmin yol vasitəsilə Qarabağa mina, silah-sursat daşıyırdı. Postun qurulması ilə bu təhdid aradan qalxdı.  

Azərbaycan xəbərdarlığını edib...

Azərbaycan hələ ki, sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istimədiyimizi önə çəkir, 2023-cü ildə sülhün imzalanmasına çalışır. Bunun üçün isə real şərtlər ortadadır -əsassız iddialardan əl çəkilməli, sülh prosesinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərilməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istər qondarma rejim üçün üçün, istərsə də də vasitəçi tərəflər üçün aydındır. Ermənistanın mövqe(sizli)yi, Qarabağ separatçılarının “fəallığı” onlara baha başa gələ bilər. Onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Prezident İlham Əliyev bir müddət öncə yerli televiziya kanallarına müsahibəsində də bildirmişdi ki, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər: “Mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.

Gizli görüşlər...

BMT-nin imicinə zərbədir

Ötən həftə BMT Təhlükəsizlik Şurasındakı (TŞ) müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistanın isə  kapitulyasiya olunmuş ölkə kimi diplomatiyasının da tam iflasa uğradığını göstərmiş oldu. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı sənədin qəbul edilməsi üçün bütün qüvvəsini səfərbər etsə də, həmişə olduğu kimi Ermənistanın bu cəhdləri də nəticəsiz sonlandı.  Və bu, Ermənistanın, eləcə də onun havadarlarının BMT-də ikinci fiaskosu idi. Xatırladaq ki, ötən il Fransa və Ermənistan tərəfindən Laçın yolu məsələsinin BMT TŞ-də qaldırılmasına cəhd edilib, onların bu addımı da nəticə verməmiş və iflasa uğramışdı.

Amma görünən odur ki, Ermənistan və onun havadarları da dinc oturmaq niyyətində deyillər. Tarixin bütün anların Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib. Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi erməni diplomatların bu davranışını pisləyərək, onları dünya təşkilatının platformasından “sui-istifadə etməkdə” suçlayıb.

Bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin  yaydığı məlumatda bildirilib.  Qeyd olunub ki, avqustun 23-də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında adəti üzrə dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti təxribat xarakterli tədbir keçirib: “Birləşmiş Millətlər Təşkilatının formalaşmış ənənələrini kobud şəkildə pozaraq Ermənistanın Daimi Nümayəndəliyi BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə yalnız kiçik bir qrup ölkələri və qərəzli ekspertləri dəvət edərək bütün digər BMT üzvlərinə qapıları bağlayaraq, hətta sadəcə olaraq nəyin bahasına olursa-olsun, vicdanlı müzakirələrdən qaçınmaq və qaçılmaz ifşadan özünü qorumaq üçün iclas otağının qarşısında mühafizə yerləşdirərək qapalı iclas təşkil edib. Məlum olduğu kimi, BMT-nin divarları daxilində ictimai müzakirələr, həqiqətən də, qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda, açıq formatda, üzv dövlətləri tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirməklə və qatılmağa dəvət etməklə keçirilir. Beləliklə, erməni diplomatların seçdiyi format bu platformadan mütəmadi olaraq yalan xəbərlər yaymaq üçün sui-istifadə edən Ermənistanın halında olduğu kimi getdikcə adətə çevrilməsəydi, BMT üçün misilsiz adlandırıla bilərdi. Bu kontekstdə Ermənistanın Daimi Nümayəndəliyinin bütün BMT üzvlərinin müzakirəyə qatılmaq üçün elementar hüququndan nəinki imtina etdiyi, hətta onları polislə hədələdiyi bir neçə ölkənin diplomatlarının çaşqınlığını və hiddətini başa düşmək asandır. Xarakterikdir ki, bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki dəqiq cavab aldıqdan sonra bu cür meyllər daha da güclənir. Təəccübləndirmir ki, açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur. Aydındır ki, bu cür yanaşma BMT Nizamnaməsinin ruhu və hərfi, təşkilatın məqsədləri ilə bir araya sığmır. Beləliklə, təsadüfi deyildi ki, BMT Katibliyi konfrans zalının məlumat ekranında bu tədbirin sponsor ölkəsi olan Ermənistanın təşəbbüsü və yalnız məsuliyyəti ilə keçirildiyi barədə xüsusi qeyddə bunun BMT tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib. Azərbaycanın Daimi Nümayəndəliyi bu qəbildən olan təxribat xarakterli hərəkətləri, o cümlədən münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəni pisləyir”, - deyə məlumatda qeyd olunur.

Pərviz

Paylaş:
Baxılıb: 257 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30