Matəmə dönən günün 3-cü ili
02.09.2023 [11:10]
Qara gələn “bayram”
Beynəlxalq hüququ manipulyasiya edən ermənilər müxtəlif səpkidə miflər uydurublar. Bu sırada bədnam “miatsum”, “dənizdən-dənizə böyük Ermənistan”, “mədəni xalq”, “yenilməz ordu” miflərini sadalaya bilərik ki, onların da heç birinin əsası yoxdur və başdan ayağa blefdən ibarətdir. Ermənilərin yuxuda görüb səhər uydurduqları belə blef miflədən biri də qondarma 2 sentyabr - “Artsax”ın müstəqillik günüdür. Xəstə təxəyyülün məhsulu olan bu mif də artıq digərləri kimi puç olub və ermənilərin bu günlə bağlı xəyalları sulara qərq olaraq əriyib. Artıq üç ildir ki, “Artsax” günü onlar üçün matəm gününə çevrilib.
Azərbaycanın yaratdığı yeni reallıqlar
İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC - “Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi. Mənfur düşmən beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizi zor tətbiq etməklə işğal altına alanda və sonrakı mərhələdə ağır müharibə cinayətlərinə əl atdı. Belə ki, bu işğal nəticəsində soydaşlarımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötmüşdü və bu, ölkəmiz üçün böyük humanitar fəlakət idi. İşğal altına düşən ərazilərimizin bütün sərvətləri talanıb. İşğaldan azad olunan ərazilərdən təqdim edilən foto və video materiallar kədərli təəssüratlar oyadır - sanki, bu yerlərdən sivilizasiyadan tamam bixəbər olan vəhşi tayfa sürüləri gəlib keçib. Tarixi Azərbaycan ərazilərində törədilən vəhşiliklər ermənilərin özləri barədə uydurduqları “qədim və mədəni xalq” mifinin üstündən birdəfəlik xətt çəkir. Sivilizasiyadan az-çox xəbəri olan bir xalq heç vaxt qonşularının yaratdığı mədəniyyətə sahiblik iddiaları irəli sürməz və onu dağıtmağa cəhd etməz. Beynəlxalq təşkilatların ikili standartlardan ruhlanan Ermənistan işğalın miqyasını genişləndirməyə, yeni torpaqlar ələ keçirməyə çalışırdı. İşğal altındakı ərazilərdə qurulan istehkamlar açıq şəkildə təsdiqləyir ki, havadarlarının dəstəyinə arxalanan Ermənistan zəbt etdiyi əraziləri heç vaxt geri qaytarmaq niyyətində olmayıb.
İşğalçı Ermənistan bəd əməllərinıə görə cəzalandırılmalı idi və Azərbaycan 44 günlük Vətən müharibəsində bunu etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Verilən məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 11 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə belə hal aşkarlanmayıb.
Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı və həmin sənədlə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Azərbaycan şanlı Qələbəsi ilə yeni reallıqlar yaratdı. Beləcə ermənilərin növbəti mifləri də dağıldı və onlar “Artsax”la bağlı xəyal qırıqlığı yaşamaq məcburiyyətində qaldılar.
“Artsax” günü” müharibəyədək və müharibədən sonra
Azərbaycanın şanlı Zəfəri ilə başa çatan 44 günlük müharibəyədək ermənilər, necə deyərlər, eyforiyada idilər, xam xəyalları göylərdə uçurdu. Onlar “yenilməz ordu”larına güvənərək hər il sentyabrın 2-də Xankəndidə “Artsax” günü”nu böyük şadyanlıqla qeyd edirdilər. “Bayram” tədbirlərində separatçıların “liderləri” Ermənistandan, Fransadan və xaricdəki erməni lobisinin kirovluğunda qalan digər belə ölkələrdən təşrif gətirən qonaqları qarşılayardılar. Xoşbəxtcəsinə badələr qaldırılır, “döyüşkən erməni xalqının” şərəfinə təmtəraqlı sağlıqlar söylənilirdi...
Son 3 ildə isə “Artsax” günü” sözün əsl mənasında matəm tədbiri kimi qeyd olunur. Artıq Ermənistandan, uzaq xaricdən gələn qonaqların ayağı Xankəndidən kəsilib. Separatçıların özləri deyib, özləri eşidirlər. 44 günlük müharibədən sonra xəstə təxəyyüllü ermənilər möcüzə baş verəcəyinə və “Artsax”ın 30 illiyinin təmtəraqlı şəkildə qeyd olunacağını gözləyirdilər. Separatçıların gözləri Laçın-Xankəndi yoluna dikilmişdi. Onlar gözləyirdilər ki, ana Ermənistanın rəhbərliyi başda Nikol Paşinyan olmaqla “yubiley” törəninə mütləq qatılacaq. Quş qanadlı xəyallar bir qədər də ucalara qalxaraq Fransadan qonaqlar soraqlayırdı. Ancaq gözləntilər doğrulmadı-Ermənistan parlamentinin bir-iki deputatından savayı “Artsax”ın 30 illik “yubiley” törənini yada salan olmadı. Məyus qalan separatçılar da yalnız kağız parçasından ibarət “bəyanat” verməklə “yubiley” törənini yekunlaşdırmaq məcburiyyətində qaldılar.
Bundan sonra separatizmə dəstək verənlərin ayağı Xankəndinə ümumiyyətlə dəyməyəcək. Cari il aprelin 23-də Azərbaycan suveren hüquqlarından istifadə etməklə Laçın-Xankəndi yolunun üzərində sərhəd-keçid məntəqəsi qurub və burada nəzarət həyata keçirir. Əli azərbaycanlıların qanına bulaşan Meşəli qatili Vaqif Xaçaturyanın, bayrağımızı təhqir edən futbolçuların saxlanılması ermənilərin gözünü əməlli-başlı qorxudub. İndi “Artsax” günü”nü təmtəraqla qeyd etmək heç onların xəyallarına da gəlmir...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

